Icma.az
close
up
RU
Universitet müəllimləri də sertifikasiyaya cəlb olunmalıdır? Professor açıqladı

Universitet müəllimləri də sertifikasiyaya cəlb olunmalıdır? Professor açıqladı

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Təhsil eksperti Ramin Nurəliyev təklif edir ki, universitet müəllimləri də mütləq sertifikasiyaya cəlb olunmalıdır.

Redaktor.az-a açıqlamasında Azərbaycan Dillər Universitettinin (ADU) professoru, filologiya elmləri doktoru Vüsalə Ağabəyli səsləndirdi ki, prinsip etibarilə ali təhsildə keyfiyyətin qiymətləndirilməsinin tərəfdarıdır:

"Lakin hesab edirəm ki, universitet müəllimlərinin fəaliyyətini ümumi məktəblərdə tətbiq olunan sertifikasiya modeli ilə qiymətləndirmək doğru yanaşma olmaz.

Ali məktəb müəlliminin fəaliyyəti yalnız auditoriyada dərs deməklə məhdudlaşmır. O, eyni zamanda elmi tədqiqat aparır, beynəlxalq və yerli elmi jurnallarda məqalələr dərc etdirir, layihələrdə iştirak edir, magistr və doktorantlara rəhbərlik edir, konfranslarda ölkəsini təmsil edir, yeni tədris proqramları hazırlayır, universitetin akademik nüfuzunun formalaşmasına töhfə verir. Bu qədər çoxşaxəli fəaliyyəti bir və ya iki imtahanla ölçmək mümkün deyil".

Onun sözlərinə görə, bu gün dünyanın aparıcı universitetlərində müəllimlərin qiymətləndirilməsi daha çox kompleks meyarlar əsasında həyata keçirilir:

"Buraya elmi məhsuldarlıq, tədrisin keyfiyyəti, tələbə məmnuniyyəti, beynəlxalq əməkdaşlıq, qrant fəaliyyəti, innovativ tədris metodlarından istifadə, akademik etikaya riayət və universitetin inkişafına töhfə kimi göstəricilər daxildir. Məncə, Azərbaycan ali təhsilində də məhz bu istiqamətə üstünlük verilməlidir. Zatən ölkəmizdə fəaliyyət göstərən əksər universitetlərdə artıq müəllimlərin fəaliyyətinə uyğun differensial əməkhaqqı sistemi tətbiq olunur ki, bu proses özü-özlüyündə müəllimi təhlil edir və qiymətləndirir. 
Digər tərəfdən, universitet müəllimlərinin əksəriyyəti artıq müəyyən mərhələlərdən keçərək akademik vəzifələrə qəbul olunurlar. Onlar magistratura, doktorantura təhsili alır, dissertasiya müdafiə edir, elmi dərəcə və elmi ad qazanırlar. Bundan əlavə, onların fəaliyyəti mütəmadi olaraq attestasiya, müsabiqə, elmi göstəricilər və akkreditasiya prosesləri çərçivəsində qiymətləndirilir. Əgər bu mexanizmlər səmərəli işləyirsə, əlavə sertifikasiya modelinin tətbiqi təkrarlanan qiymətləndirməyə çevrilə bilər".

Müsahibimiz ali təhsildə keyfiyyətin artırılması üçün müəyyən qiymətləndirmə mexanizmlərinin təkmilləşdirilməsinə ehtiyac olduğunu da inkar etmir:

"Xüsusilə müasir texnologiyalardan istifadə, rəqəmsal pedaqogika, süni intellekt alətlərinin tədris prosesinə inteqrasiyası, akademik dürüstlük, tələbəyönümlü tədris metodları və xarici dil bacarıqları kimi istiqamətlərdə müəllimlərin davamlı peşəkar inkişaf proqramlarına cəlb olunması olduqca vacibdir. Lakin bu proses cəzalandırıcı yox, inkişafetdirici xarakter daşımalıdır".

Vüsalə Ağabəyli hesab edir ki, əgər universitet müəllimləri üçün hər hansı sertifikasiya modeli tətbiq olunacaqsa, bu, sadəcə test imtahanından ibarət olmamalıdır:

"Qiymətləndirmə müəllimin elmi portfeli, beynəlxalq nəşrləri, sitat göstəriciləri, dərs yükü, hazırladığı sillabuslar, tətbiq etdiyi innovativ metodlar, tələbələrin rəyləri və peşəkar inkişaf fəaliyyəti nəzərə alınmaqla aparılmalıdır. Hər ixtisas üzrə fərqli qiymətləndirmə meyarlarının hazırlanması da vacibdir. Məsələn, tibb, mühəndislik, filologiya və incəsənət sahələrində çalışan müəllimlərin eyni meyarlarla qiymətləndirilməsi doğru nəticə verməz.

Digər mühüm məsələ isə odur ki, qiymətləndirmə ilə müəllim üçün yaradılan şərait arasında balans olmalıdır. Universitet müəllimindən yüksək elmi nəticələr gözlənilirsə, onun müasir laboratoriyalara, elektron kitabxanalara, beynəlxalq elmi bazalara, qrant imkanlarına və layiqli əməkhaqqına çıxışı da təmin edilməlidir. Yalnız tələb irəli sürmək deyil, həmin tələbləri yerinə yetirmək üçün mühit yaratmaq da dövlətin və ali təhsil müəssisələrinin əsas vəzifələrindən biridir. Ümumiyyətlə düşünürəm ki, ali təhsildə keyfiyyətin artırılması üçün əsas məqsəd universitet müəllimlərinin peşəkar inkişafını, elmi fəaliyyətini və tədris keyfiyyətini davamlı şəkildə yüksəltmək olmalıdır".

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 21 İyul 2026 15:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see775

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see518

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see307

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see282

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see277

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see261

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see250

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see237

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see235

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see231

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see225

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see225

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see223

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see218

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see208

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see196

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see187

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see183

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see179

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri