Universitetdə nə baş verir? “Müəllimlərə olar, bizə yox!” VİDEO
Modern.az saytına istinadən Icma.az xəbər verir.
Bakı Avrasiya Universitetinin bir qrup tələbəsi liftdən istifadəyə qoyulan məhdudiyyətdən şikayətlənib. Onların sözlərinə görə, liftlər işləsə də, onlardan əsasən müəllimlər istifadə edir. Tələbələr isə yuxarı mərtəbələrə pilləkənlə qalxmalı olurlar.
Modern.az Baku TV-yə istinadən xəbər verir ki, tələbələr təhsil aldıqları şəraitlə bağlı narazılıqlarını əvvəlcə sosial şəbəkədə bildiriblər. Reportajda səsləndirilən iddiaya görə, universitetin beşmərtəbəli korpusunda lift yoxdur, altımərtəbəli korpusda isə tələbələrin liftdən istifadəsinə məhdudiyyət qoyulub. Hamilə tələbələrin də pilləkənlə qalxıb-düşməli olduğu bildirilib.
“Universitetimiz beş mərtəbə olduğu üçün çıxıb-düşməkdə bir az əziyyət çəkirik. Lift var. Amma sadəcə müəllimlərə icazə verirlər. Bizə icazə yoxdur”, – tələbələrdən biri deyib.
Digər tələbə liftin kartla işlədiyini və kartların müəllimlərə verildiyini bildirib. Baku TV-yə danışan başqa bir tələbə isə müəllimlərin bəzən yorulduqlarını görüb onları da liftə dəvət etdiklərini söyləyib.
Tələbələrin şikayətləri liftlə məhdudlaşmayıb. Onlar auditoriyaların təmizliyindən də narazılıq ediblər. Bəzi tələbələr dərs zamanı su içmək və ya özlərini pis hiss etdikdə auditoriyadan çıxmaq üçün icazə ala bilmədiklərini deyiblər.
Universitetin mətbuat katibi Şəfahət Avılbəyli isə B və C korpuslarında liftlərin olduğunu və işlək vəziyyətdə saxlanıldığını bildirib. Onun sözlərinə görə, liftə eyni vaxtda çox sayda tələbənin minməsi səbəbindən təhlükəsizlik məqsədilə müvəqqəti məhdudiyyət tətbiq olunub.
“Tələbələr 15–20 nəfər birdən liftə girirlər. Ona görə təhlükəsizlik baxımından müvəqqəti dayandırmışıq. Təlimatdan sonra açacağıq”, – universitet nümayəndəsi bildirib. O, dərs zamanı auditoriyadan çıxmağa icazə verilməməsi barədə iddia ilə də razılaşmayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 25 Noyabr 2026 10:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















