Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Instagram da yeni funksiya

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Universitetlərdə süni intellektdən əvvəl rəqəmsal yetkinlik olmalıdır…” EKSPERT

Universitetlərdə süni intellektdən əvvəl rəqəmsal yetkinlik olmalıdır…” EKSPERT

Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Əslində  xarici universitetlərin uğurunun əsas səbəbi  Sİ  deyil.  Əsas səbəblər uzunmüddətli strategiya, davamlı investisiyalar,  peşəkar idarəetmə,  güclü rəqəmsal mədəniyyət, yüksək insan kapitalı, layihələrin ardıcıl icrasıdır…”

"Yalnız bu baza formalaşdıqdan sonra süni intellekt universitetlərin inkişafını sürətləndirən real alətə çevrilə bilər..."

Moderator.az aktuallığını nəzərə alaraq tanınmış təhsil eksperti, ADPU-nun dosenti İlham Əhmədovun  Azərbaycanda elm və təhsilin problemləri barədə “Universitetlərdə süni intellektdən əvvəl rəqəmsal yetkinlik  olmalıdır.  Azərbaycan universitetləri gecikmiş  strateji seçim mərhələsində"  başlıqlı növbəti elmi analitik məqaləsini dəyərli oxucuların müzakirəsinə buraxır:

“Son illər Azərbaycanda ali təhsil sahəsində  rəqəmsal transformasiya, süni intellektin tətbiqləri  mövzusu  geniş  müzakirə olunur.   Təhsildə rəqəmsallaşma prosesləri son 25 ildə bütün dünyada cox aktual olsa da, təhsil  menecerləri  bu məsələlərə uzun müddət  ərzində lazımi diqqət yetirməmişlər. Bu səbəbdən milli təhsil sistemimiz, xüsusən də universitetlərimiz rəqəmsal yetkin deyil, ölkənin heç bir universitetində normal distant təhsil sistemi yaradılmamışdır.  Bu gün  ekspertlər, beynəlxalq təşkilatlar və dövlət qurumları universitetlərdə süni intellekt texnologiyalarının tətbiqini innovativ inkişafın əsas göstəricilərindən biri kimi qeyd edirlər.  Bu yanaşma ilk baxışdan tamamilə məntiqli görünür. Lakin bir məsələni aydınlaşdırmalıyıq:   rəqəmsal transformasiyanı tam başa vurmamış, rəqəmsal yetkin olmayan  universitet süni intellekt universitetinə çevrilə bilərmi?..

Məsələnin mahiyyəti budur ki,  süni intellekt rəqəmsallaşmanın başlanğıcı deyil, onun ən yüksək inkişaf mərhələsidir.  İnkişaf etmiş ölkələrin universitetləri bu mərhələyə təsadüfən çatmamışlar. Onlar təxminən 20–25 il ərzində ardıcıl şəkildə rəqəmsallaşma strategiyalarını həyata keçirmiş, elektron universitet ekosistemləri yaratmış, distant təhsili genişləndirmiş, böyük verilənlər (Big Data) infrastrukturunu qurmuş, tədris analitikası sistemlərini tətbiq etmiş və yalnız bundan sonra süni intellekt həllərinə keçmişlər.

Azərbaycan universitetlərinin əhəmiyyətli hissəsi isə bu uzun inkişaf yolunun hələ  başlanğıc mərhələlərindədir. Buna görə də xarici universitetlərin süni intellekt təcrübəsini olduğu kimi köçürmək nə iqtisadi, nə təşkilati, nə pedaqoji, nə də idarəetmə baxımından real görünmür.

Süni intellekt inkişafın başlanğıcı deyil, nəticəsidir…

Müasir universitetlərdə  Sİ  sistemləri müstəqil fəaliyyət göstərmir. Onlar artıq mövcud olan rəqəmsal ekosistemin üzərində qurulur.  Belə universitetlərdə  vahid rəqəmsal idarəetmə platformaları,  “Learning Management System” (LMS),  elektron tələbə portalları, rəqəmsal sənəd dövriyyəsi,  böyük verilənlər bazaları, bulud texnologiyaları, distant təhsil infrastrukturu, tədris analitikası, kiber-təhlükəsizlik sistemləri, rəqəmsal idarəetmə mədəniyyəti  kimi  komponentlər uzun illər ərzində formalaşdırılmışdır… 

Başqa sözlə, süni intellekt bu infrastrukturun üzərində çalışan növbəti texnoloji təbəqədir…

Əgər universitetdə etibarlı rəqəmsal məlumat bazası yoxdursa,  Sİ  öyrənə bilməyəcək. Elektron proseslər tam formalaşmayıbsa, Sİ  onları optimallaşdıra bilməyəcək. Distant təhsil sistemi inkişaf etməyibsə, Sİ fərdi  öyrənmə mühiti yarada bilməyəcək.  Deməli, süni intellekt texnologiyası əvvəlcə rəqəmsal yetkinlik tələb edir…

Xarici universitetlərin 25 illik inkişaf modeli…

ABŞ, Böyük Britaniya, Finlandiya, Estoniya, Cənubi Koreya, Sinqapur və digər qabaqcıl ölkələrin universitetləri bugünkü   Sİ  imkanlarına birdən-birə sahib olmamışlar.  Onların inkişafı   təxminən bu mərhələlərlə  olmuşdur:

I mərhələ (1995–2005):  kompüterləşmə,  internet infrastrukturunun qurulması,  universitet şəbəkələrinin yaradılması,  elektron kitabxanalar.

II mərhələ (2005–2015): elektron universitet, LMS sistemləri, distant təhsil, əqəmsal sənəd dövriyyəsi, elektron qiymətləndirmə.

III mərhələ (2015–2020):  Big Data, Təlim analitikası,  adaptiv təhsil, bulud texnologiyaları, mobil universitet.

IV mərhələ (2020–indiyədək): generativ Sİ,  ağıllı tutorlar,  avtomatik qiymətləndirmə, fərdi iş öyrənmə,  Sİ əsaslı universitet idarəetməsi.

Beləliklə, Sİ tətbiqi 25 illik sistemli inkişafın məntiqi nəticəsi olmuşdur.

Azərbaycan universitetləri hansı mərhələdədir?

Azərbaycan ali təhsil sistemində   bəzi  rəqəmsallaşma layihələri həyata keçirilsə də, universitetlər arasında inkişaf səviyyəsi ciddi şəkildə fərqlənir.  Bəzi universitetlər elektron xidmətlər, LMS platformaları və rəqəmsal idarəetmə sahəsində müəyyən irəliləyiş əldə etmişlər. Lakin universitetlərin böyük hissəsində  hələ də bu kimi problemlər qalmaqdadır: rəqəmsal strategiyanın olmaması, vahid rəqəmsal arxitekturanın formalaşmaması, zəif məlumat inteqrasiyası, elektron sənəd dövriyyəsinin tam tətbiq edilməməsi, distant təhsil imkanlarının məhdudluğu, “Learning Analytics” sistemlərinin olmaması, Sİ  üçün zəruri məlumat bazalarının formalaşmaması…

Əgər rəqəmsal yetkinlik baxımından bir çox universitetlərimizin  hazırda rəqəmsal   yetkinlik səviyyəsi  təxminən 15–20 faiz   olduğu qənaətinə gəlirik.  Bu isə  Sİ  texnologiyalarının geniş tətbiqi üçün kifayət qədər baza yaratmır.

Yaxşı yadımdadır, 18 il əvvəl   işlədiyim universitetin  “ İKT Mərkəzi”nin  direktoru  olaraq, universitetin  informasiyalaşması ilə əlaqəli 5 illik strategiya hazırladım. Strategiya 5 il ərzində 20 layihənin icrasını  nəzərdə tuturdu. Amma nazirlik bu strategiyanın reallaşmasına maliyyə ayırmadı. Hər şey kağız üzərində qaldı. Beləliklə, universitet inkişafdan  xeyli geri qaldı. Bir çox  universitetlərdə  informatlaşma üzrə  heç strategiya da   olmayıb.  

Beynəlxalq təcrübədə bu layihələrin hər biri ən azı 1 milyon $ büdcə ilə reallaşıb. Eyni ilə də bizdə Boloniya prosesinə qoşulma, keyfiyyətin təminatı sisteminin qurulması, distant təhsil sisteminin yaradılması v.s. layihələr maliyyə tələb edirdi. 

Maliyyəsizlik və səriştəsizlik səbəbi ilə bu layihələrin heç biri 20 ildə reallaşmadı. Türkiyə, Qazaxıstan v.s. ölkələrin universitetlərində bu layihələrə 100 milyonlar ayrılıb, bizdə isə 0 büdcə. Ona görə də onların universitetləri bizdən 20 il irəlidədir. Universitetlərimizdəki bu durumun 2 səbəbi var: səhv kadr və səmərəsiz maliyyə siyasəti. 

Bu qədər sadə. Bunu dərk etməyə ingilis dilini bilməyə, nə də xaricdə dövlət proqramı hesabına oxumağa ehtiyac yoxdur.   

Əsas problem texnologiya deyil, inkişaf trayektoriyasıdır

Müzakirələrdə tez-tez menecerlər belə  deyirlər:  “Xaricdə bunu edirlər, biz də tətbiq etməliyik.”  Bu yanaşma səbəbi deyil, nəticəni təqlid etməyə çalışır.  Əslində isə xarici universitetlərin uğurunun əsas səbəbi  Sİ  deyil.  Əsas səbəblər uzunmüddətli strategiya, davamlı investisiyalar,  peşəkar idarəetmə,  güclü rəqəmsal mədəniyyət, yüksək insan kapitalı, layihələrin ardıcıl icrasıdır.  Sİ  yalnız bu sistemin son halqasıdır.

Maliyyə məhdudiyyətləri…

Xarici universitetlərin rəqəmsallaşma tarixi göstərir ki, belə transformasiya çox bahalı prosesdir.  İnfrastrukturun yaradılması aşağıdakı istiqamətlər üzrə uzunmüddətli investisiyalar tələb edir: serverlər, bulud sistemləri, proqram təminatı, kibertəhlükəsizlik, müəllim hazırlığı, idarəetmə sistemləri, məlumat bazalarının qurulması, rəqəmsal xidmətlər.

Azərbaycan universitetlərinin böyük hissəsi,   xüsusilə publik hüquqi şəxs (PHŞ) statusunda fəaliyyət göstərənlər və  regional ali məktəblər  cüzi  maliyyə resurslarına malikdirlər, olan maliyyəyyə imkanları da  daim  təmir-tikinti kimi  “ənənəvi  təhsil innovasiyaları”na israf edilib. 

Belə şəraitdə hər universitetin ayrı-ayrılıqda 20–25 illik rəqəmsal inkişaf yolunu təkrar etməsi iqtisadi baxımdan səmərəli görünmür.

İnsan kapitalı problem…

Texnologiya almaq mümkündür.  Lakin idarəetmə mədəniyyətini satın almaq mümkün deyil.  Rəqəmsal transformasiya ilk növbədə insan kapitalının transformasiyasıdır. Bu sahədə də ciddi problemlərimiz var:  rəqəmsal liderliyin çatışmazlığı, dəyişikliklərin idarə olunması bacarıqlarının zəifliyi, Sİ  üzrə ekspertlərin azlığı, layihə idarəetməsinin zəif inkişafı, məlumat əsaslı qərarvermə mədəniyyətinin formalaşmaması.

Əgər universitet rəhbərliyi rəqəmsal transformasiyanın fəlsəfəsini qəbul etməyibsə, ən müasir Sİ  platformaları belə gözlənilən nəticəni verməyəcək.

Strateji alternativ: 25 ili təkrar etmək, yoxsa sıçrayış modeli qurmaq?

Azərbaycanın qarşısında iki alternativ dayanır.

Birinci yol klassik inkişaf modelidir. Bu modeldə hər universitet ayrıca rəqəmsallaşır, uzun illər ərzində infrastruktur qurur, böyük maliyyə vəsaiti xərcləyir və yalnız bundan sonra  Sİ  mərhələsinə keçir.  Bu yol həm çox bahalı, həm də zaman baxımından uzundur.

İkinci yol isə “rəqəmsal sıçrayış”  modelidir. Bu yanaşma inkişaf etmiş ölkələrin keçdiyi bütün mərhələləri eyni ardıcıllıqla təkrarlamaq əvəzinə, onların yaratdığı hazır texnoloji platformalar, açıq standartlar və bulud xidmətləri üzərində milli həllər qurmağı nəzərdə tutur.

Belə modeldə  milli universitet platforması yaradılır,  ortaq Sİ  xidmətləri formalaşdırılır,  bulud əsaslı infrastruktur tətbiq olunur,  universitetlər resursları paylaşırlar, rəqəmsal xidmətlər mərkəzləşdirilir, Sİ  həlləri vahid ekosistem daxilində inkişaf etdirilir.

Bu yanaşma xərcləri əhəmiyyətli dərəcədə azalda, tətbiq müddətini qısalda və universitetlər arasında rəqəmsal bərabərsizliyi zəiflədə bilər. 

Yeni yanaşmada  əvvəl  Sİ  strategiyası deyil, rəqəmsal yetkinlik strategiyası reallaşır

Azərbaycan universitetləri üçün əsas sənəd “Süni İntellekt Strategiyası” deyil, “Rəqəmsal Yetkinlik Strategiyası” olmalıdır.

Bu strategiya rəqəmsal transformasiya yol xəritəsi,  universitetlərin rəqəmsal yetkinlik indeksinin hazırlanması,  vahid rəqəmsal platformaların yaradılması,  insan kapitalının inkişafı, rəqəmsal liderliyin formalaşdırılması, məlumat əsaslı idarəetməyə keçid, Sİ  tətbiqi üçün zəruri məlumat ekosisteminin qurulması  kimi istiqamətləri əhatə etməlidir.  

Yalnız bu baza formalaşdıqdan sonra süni intellekt universitetlərin inkişafını sürətləndirən real alətə çevrilə bilər.

Göründüyü kimi,  Azərbaycan universitetləri üçün əsas problem süni intellekt texnologiyasının mövcudluğu deyil, onu daşıya biləcək rəqəmsal ekosistemin yetkinlik səviyyəsidir. Xarici universitetlərin  Sİ  sahəsində qazandığı uğurlar onların son 2-3  ildəki fəaliyyəti ilə deyil, 25 il davam edən ardıcıl rəqəmsal transformasiya siyasəti ilə izah olunur. Bu səbəbdən həmin təcrübənin yalnız texnoloji komponentlərini idxal etmək, lakin elmi, pedaqoji, təşkilati və mədəni əsaslarını formalaşdırmamaq arzu olunan nəticəni verməyəcək.

Başqa problem isə universitetlərimizin ümumi durumunun qlobal inkişafdan xeyli geri olmasıdır.  Yəni, universitetlərimiz, xarici universitetlərdən təkcə rəqəmsallaşma və ya distant təhsil sahısində geridə deyilər. Universitetlərimiz bütün parametrlər üzrə 20 il geridədir. Çünki, universitetlərimizdə rəqəmsallaşma necə  “aparılıbsa”, digər  “layihələr” də elə aparılıb. Bu durum  universitetlərimizin rəqəmsallaşmasını, Sİ-nin tətbiqini  daha da çətinləşdirir.  Təhsilimizdə olan  sistem  xarakterli  bu problemlər haqqında biz  son 25 ildə yüzlərlə məqalə yazmışıq. Amma məmur biganəliyi, səriştəsizliyi v.s. səbəblərdən,  verilən təkliflər heç vaxt nəzərə alınmayıb.  

Azərbaycanın strateji üstünlüyü başqalarının keçdiyi yolu mexaniki şəkildə təkrarlamaqda deyil, milli şəraitə uyğun, platforma əsaslı və mərhələli rəqəmsal sıçrayış modeli qurmaqdadır. Bunun üçün dövlət, universitetlər və özəl sektor arasında koordinasiya gücləndirilməli, ortaq rəqəmsal infrastruktur yaradılmalı, insan kapitalına sistemli investisiya qoyulmalı və hər bir ali təhsil müəssisəsinin rəqəmsal yetkinlik səviyyəsi obyektiv meyarlarla qiymətləndirilməlidir. Yalnız bu halda süni intellekt Azərbaycan ali təhsilində  dəbdə olan texnologiya kimi deyil, davamlı inkişafın və beynəlxalq rəqabət qabiliyyətinin real hərəkətverici qüvvəsinə çevrilə bilər…"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://moderator.az
archiveBu xəbər 10 İyul 2026 18:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see624

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see437

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see325

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see316

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see240

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see232

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see230

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see213

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see211

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see211

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see210

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see202

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see195

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see187

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see186

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see184

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see182

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see180

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see175

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri