Icma.az
close
up
RU
“Universitetlərin rəqabət qabiliyyəti” mövzusunda tədbir keçirilib

“Universitetlərin rəqabət qabiliyyəti” mövzusunda tədbir keçirilib

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

“Peşəyönümlü təhsilin inkişafına yardım”  ictimai birliyi “Universitetlərin rəqabət qabiliyyəti mövzusunda maarifləndirici dəyirmi masaların təşkili”  adlı layihənin icrasını tamamladı. 

Azərbaycan Respublikası  “Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi”nin verdiyi  kiçik qrant hesabına  “Peşəyönümlü təhsilin inkişafına yardım”  ictimai birliyi   “Universitetlərin rəqabət qabiliyyəti mövzusunda maarifləndirici dəyirmi masaların təşkili”   adlı layihənin icrasını yekunlaşdırdı. Məlumdur ki, bizim universitetlər 20 ildir ki, universitetlərin qlobal reytinqlərində çox zəif nəticələr göstərirlər. Çünki, universitetlərimiz  qlobal təhsil bazarında rəqabətə davamlı deyil. Bunun bir çox səbəbləri var.  

Təcrübə gösrtərir ki, bizim universitetlər nəinki rəqabətə davamlı deyil, hətta bəzi universitetlərdə “ali təhsil müəssisəsinin rəqabət qabiliyyəti nədir?” sualına birqiymətli cavab verə bilmirlər. Universitetlərimizinn beynəlxalq rəqabətqabiliyyəliyi olmaması səbəbi ilə bizdə oxuyan əcnəbi tələbələrin sayı xeyli azdır. Məsələn, bu il Türkiyə universitetlərində 300 min əcnəbi tələbə təhsil alır.  Türkiyədə Azərbaycandan 34 min tələbəmiz təhsil alır. Təxminən bir o qədər də toplam olaraq digər ölkələrdə tələbələrimiz ola bilər. Yəni xarıcdə 70 min  tələbəmiz varsa, bizdə əcnəbi tələbələrin sayı 7-8 min nəfərdir. Bu həm iqtisadi, həm də beynəlmiləlləşmə baxımından alğışlanmayan göstəricidir.

Bu səbəbdən universitetlərdə belə bir mövzuda maarifləndirici dəyirmi masaların keçirilməsinə ehiyac var idi. Əslində belə müzakirələr davamlı olaraq və bütün universitetlərdə təşkil edilməlidir.  Yaxşı haldır ki, Azərbaycan Respublikası  “Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi”  təhsil problemlərinə dair belə layihələrə mütəmadi olaraq qrant ayırır. 

Qeyd edək ki, “Peşəyönümlü təhsilin inkişafına yardım”  ictimai birliyi  sistematik olaraq agentliyin dəstəyi ilə təhsil müəssislərində belə aktual mövzularda tədbirlər təşkil edir. 

Sonuncu  layihə  çərçivəsində  olan dəyirmi masalarda  universitetlərin rəqabət qabiliyyəti nədir, universitetlərin rəqabət qabiliyyətliyi meyarları, universitetlərin rəqabət qabiliyyətliyi və rəqabət üstünlükləri, niyə  universitetlərimiz  rəqabət qabiliyyətli  deyil və başqa  məsələlər müzakirə edildi. Belə təbdbirlər ADA universitetində, SDU-də və ADPU-da   keçirildi.  Tədbirlərdə  ADA,  ADPU, UNEC və digər universitetlərin əməkdaşları, təhsil ekspertləti, təhsil yönümlü QHT nümayəndələri, jurnalistlər  iştirak etdilər. Layihə rəhbəri  “Peşəyönümlü təhsilin inkişafına yardım”  ictimai birliyinin təsisçisi, təhsil eksperti,  dosent  İlham Əhmədovun  “Universitetlərin rəqabət qabiliyyəti” mövzusunda təqdimatı iştirakçılar  böyük  maraqla qarşılandı və sonda mövzu ətrafında maraqlı diskusiyalar aparıldı.  

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Dekabr 2024 22:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri