Icma.az
close
up
RU
“Universitetlərin yataqxana təminatı aşağı səviyyədədir” DOSENT AYDINLIQ GƏTİRDİ

“Universitetlərin yataqxana təminatı aşağı səviyyədədir” DOSENT AYDINLIQ GƏTİRDİ

Icma.az, Gununsesi saytına istinadən bildirir.

Azərbaycanda tələbələrin yataqxana təminatı hələ də müzakirə mövzusudur. Bakı şəhərində mövcud yataqxanalar tələbələrin yalnız kiçik bir qismini əhatə edir.

Kirayə mənzillərin və təhsil haqqının artması valideynlər üçün əlavə yük yaradır. Universitetlərin şəhərdən kənara köçürülməsi və distant təhsil imkanları ilə bağlı fikir mübadilələri uzun illərdir davam edir.

Gununsesi.infoya danışan dosent İlham Əhmədov mövzunu belə şərh edib:

“Bakı şəhərində universitetlərin yataqxana təminatı aşağı səviyyədədir. Çox az universitetin yataqxanası var və mövcud yataqxanalar da tələbələrin cəmi 5–10 faizini təmin edə bilir. Təxminən, universitetlərin yalnız 5 faizində yataqxana mövcuddur.

Bu gün bu vəziyyət böyük problemdir, çünki Bakı şəhərində kirayə mənzillərin və təhsil haqqının qiyməti günbəgün artır. Nəticədə valideynlər üçün maddi yük ağırlaşır. Onlar övladlarının təhsil haqqı, dərsə gedib-gəliş xərcləri, kirayə, qidalanma və digər ehtiyaclarını ödəməkdə çətinlik çəkirlər.

Kirayədə qalan tələbələrin əksəriyyəti regionlardan gəlir və regionlarda əhalinin maddi vəziyyəti Bakıya nisbətən aşağıdır. Problemin həlli universitetlərin imkanları daxilində mümkün deyil. Bakı şəhərində boş torpaq sahəsi demək olar ki, yoxdur. Məsələn, əgər universitet Qaradağ rayonunda yataqxana tiksə belə, tələbələrin oraya gedib-gəlməsi dərslərə qatılmaq baxımından çətinlik yaradacaq.

Bakı şəhərində nəqliyyat tıxacları da əlavə bir problemdir. Şəhər daxilində boş torpaq sahəsi yoxdur, buna görə universitetlərin şəhərdən kənara köçürülməsi mövzusu gündəmə gəlir. Bu müzakirələr 15 il əvvəl də aparılmış, sonra dayandırılmışdı. Son vaxtlar isə yenidən aktivləşib. Əvvəlki müzakirələrdə universitet kampuslarının Bakı ətrafında yerləşdirilməsi nəzərdə tutulurdusa, indi regionlara, o cümlədən Qarabağ və Zəngəzur bölgələrinə köçürülməsi məsələsi müzakirə olunur. Bu isə ciddi əlavə problemlər yaradır”.

İlham Əhmədovun sözlərinə görə, universitetlərin bütün professor və müəllim heyətinin regionlara köçməsi çətin prosesdir:

“Onların məişətinin təşkil olunması və ailələrinin yerləşdirilməsi problem yaradacaq; ailənin bir üzvü Bakıda işləyərkən digəri regionda işləməli olacaq. Bu isə müəllimlərin ailə həyatında çətinliklər yaradır.

Maliyyə məsələsi də mühüm rol oynayır. Kampusların şəhərdən kənara köçürülməsi və yeni kampusların tikilməsi böyük investisiyalar tələb edir. Hazırda əsas maliyyə vəsaitləri Qarabağın yenidən qurulmasına yönəldildiyi üçün universitetlər üçün kampus tikintisi asan olmayacaq. Universitetlərin öz maliyyə imkanları yetərli deyil, dövlət dəstəyi isə hələ müəyyən deyil. Buna görə də problem hələ də açıq qalır.

Son 20 il ərzində dəfələrlə təklif etmişik ki, başqa sivil ölkələrdə olduğu kimi, Azərbaycanda da universitetlərdə distant təhsil sistemi yaradılsın. Distant təhsil tətbiq olunsa, regionlardan gələn tələbələr onlayn oxuya bilər və bu təhsil keyfiyyətcə əyani təhsildən geri qalmayacaq. Beləliklə, onların nəqliyyat xərcləri azalacaq, qiymət daha münasib olacaq.

Eyni zamanda, Bakıda yaşayan tələbələr də hər gün dərsə gəlmək məcburiyyətində qalmayacaq. Onlar distant və ya hibrid təhsil ala bilər: məsələn, həftədə iki gün universitetə gəlir, qalan günləri isə onlayn dərs keçirlər”.

Dosentin fikrincə, süni intellektin inkişafı, internet sürətinin artması və onlayn təhsilin dünyada populyarlaşması göstərir ki, artıq 20 illik mənasız inadkarlıqdan əl çəkib ölkədə distant təhsil sistemi yaradılmalıdır.

“Müqayisə üçün deyə bilərəm ki, bu il İqtisadiyyat Nazirliyi 200.000 Azərbaycan vətəndaşının peşə kurslarında təlim keçməsi üçün şərait yaradıb. Mən bu təşəbbüsü alqışlayıram və dəstəkləyirəm. Belə imkanlar sayəsində insanlar, xüsusilə uzaqda yaşayan və işləyənlər, onlayn şəkildə təlim alır, müasir peşələr üzrə biliklər qazanır və beynəlxalq sertifikat əldə edirlər.

Bu təşəbbüsü genişləndirmək və əvvəlki səhvlərdən dərs almaq vacibdir. Təhsil sistemimizdə problemlər çoxdur və bunlardan biri də distant təhsilin yaradılmasına maneələrin olmasıdır. Distant təhsil tətbiq edildikdə, həm yataqxana problemi, həm də digər çətinliklər effektiv şəkildə həll olunacaq”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:42
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 08 Sentyabr 2025 14:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see251

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see242

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see198

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see181

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see159

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see145

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri