Univet klinikasından şikayət: Pişiyi ölümcül halda geri qaytardılar (VİDEO)
Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakıda pişiyinin təmizlənməsi üçün "Univet" klinikasına müraciət edən vətəndaş qeyri-adi halla rastlaşıb.
Bu barədə "Unikal"a pişiyin sahibi Nigar Hüseynova məlumat verib. O bildirib ki, pişiyi "Univet" klinikasına onun təmizlənməsi üçün göndərib:
"Pişiyi mənə geri qaytardıqları zaman onun başında böyük yaranın meydana gəldiyini gördüm. Həmçinin, pişiyin çənəsi və qulaqları da çirk içərisində idi. Qeyd edim ki, həmin klinaya göndərməzdən əvvəl pişiyin heç bir problemi yox idi.
Beləliklə, "Univet" klinikasında pişiklərə heç bir qulluq olunmur. Mənim pişiyimi 1 sutka saxladılar və ölümcül halda geri qaytardılar. Klinikanın müdiriyyəti isə məsələdən boyun qaçırır", - deyə şikayətçi qeyd edib.
Seymur Əli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 11 Dekabr 2024 15:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















