Icma.az
close
up
RU
Bakıda “Atico” MMCnin sürücüsü ölümcül döyüldü FOTOLAR ŞİKAYƏT

Bakıda “Atico” MMCnin sürücüsü ölümcül döyüldü FOTOLAR ŞİKAYƏT

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

Abşeron rayon Hökməli qəsəbəsi Yeni yaşayış massivində yaşayan Abasov Şahin Vidadi oğlu gecə saatlarında evinə basqın edən şəxslər tərəfindən ölümcül döyülüb.

Bu barədə o, Redaktor.az-a şikayətində deyib.  Onun sözlərinə görə, dava etdiyi şəxslə əvvəlcə işdən evə gələrkən əlbəyaxa olub:

“Mən özüm “Atico MMC”də sürücü işləyirəm. Hər gün işə gedib-gələndə  benzin pulu üçün yoldan adam başı 1 manat olmaqla  4 nəfər sərnişin götürürəm.  Yanvarın 8-i işdən çıxdığım gün idi, gəldim “20 Yanvar”dan qadın və kişi olmaqla maşınıma 2 nəfər adam mindirdim.  “Şamaxinka”dan isə daha 2 nəfər cavan oğlan götürdüm və onlardan biri sərxoş idi. Sərxoş şəxs arxada orta oturacaqda, sağında qadın, solunda isə daha bir sərnişin əyləşmişdi.

Həmin şəxs  dedi ki, “içkili olduğum üçün maşınımı Yol polisi cərimə meydançasına apardı, amma pulun verib çıxardacam, maşındı da tutublar” belə öz-özünə danışmağa davam etdi.  Mən də sakit maşınımı sürürdüm, yol tıxac idi, yavaş-yavaş gedirdik. Sonra həmin şəxsə zəng olundu. O, telefonda qeyri-etik ifadələr işlətməyə başladı və yanındakı qadın sərnişin də onun bu sözlərinə görə ona iradını bildirdi. O,  qadınla mübahisə edərək dedi ki, “kəs səsini xoşun gəlmir düş rədd ol başqa maşına min get”.  Mən ona dedim ki, ayıbdır, bu nə hərəkətdi edirsən, hörmət elə qadına. O, isə bu dəfə mənim üstümə qışqırdı və təhqir etdi. Ondan sonra maşını saxladım düşdüm. Sağ tərəf arxa qapını açdım xanım düşdü və sonra sərxoş şəxsə  dedim ki, mənim maşınımdan düşün! O, məni təhqir elədi, söydü və yumruq atdı o da alt dodağıma dəydi bu azmış kimi, köynəyimin də boynunu cırdı. Sonra mən bunu maşından çəkib düşürdüm. Onu da xatırladım ki, hadisə Yeni avtovağzalın yaxınlığında baş verib”.

Ş.Abasovun sözlərinə görə, ətrafdakı sürücülər yaxınlaşaraq onları sakitləşdirib və ona deyiblər ki, içkili şəxslə mübahisə etməyin mənası yoxdur. Daha yaxşısı sür maşınını çıx, get. Ş.Abasov da yoluna davam edib. Evinə çatdıqdan təxminə bir saat sonra onun evinin qapısını döyməyə başlayıblar:

“Mən yoluma davam edəndə sərxoş şəxs dedi ki, “hara qaçırsan, onsuz da gəlib tapacam səni”. Evə təzə çatmışdım ki, gördüm evin qapısını sındırırlar. Evdə isə  7 və 8 yaşında iki azyaşlı uşağım və həyat yoldaşım bu səsdən qorxmağa başladılar. Uşaqlar qorxudan əsirdilər. Onların evimə girərək ailəmə hücum edəcəklərindən ehtiyat edib özümü evdən həyətə atdım.  Bunu görən həyat yoldaşım qorxduğu üçün Daxili İşlər Nazirliyinin “102” xidmət-zəng mərkəzinə zəng vurdu. Küçəyə çıxanda gördüm ki, iki maşın dayanıb və 10 nəfər adam qapımın ağzında məni gözləyir”.

Ş.Abasov deyib ki, mübahisə etdiyi şəxs tanışlarını toplayaraq onu döyməyə gəlibmiş:

“Həmin şəxslər mənim qollarımı tutdular və mübahisə etdiyim şəxs mənim burnuma, ağzıma zərbələr endirməyə başladı, ardıyca digər şəxslər də məni ölümcül döydülər və səsə qonşular çıxdı. Həmin şəxslər maşınlarına minib uzaqlaşdılar. Zərbələrin təsirindən huşumu itirdim və qonşular kömək edərək məni yerdən qaldırıb evə apardılar.

Şikayətçi deyib ki, təxminən iyirmi dəqiqə sonra post patrul xidmətinin əməkdaşları onlara gəliblər:

“Ondan sonra polis əməkdaşları məni Abşeron rayon Polis İdarəsinin Qobu Polis bölməsinə apardılar və orda izahat yazdım. Burnumun isə qanı dayanmırdı deyə Abşeron rayon Mərkəzi Xəstəxanasına gəldim və burnumu rentgen etdilər. Məlum oldu ki, burnumu sındırıblar. Həmin vaxt isə xəstəxanada lor həkimi olmadığı üçün məni M.Ə.Əfəndiyev adına Xətai Tibb Mərkəzinə göndərdilər. Orda həkimlər burnuma sarğı qoydu”.

Ş.Abbasov yanvarın 9-da Abşeron Mərkəzi Xəstəxanasında ekspertizadan keçib və məlum olub ki, bütün burun sümükləri sınıb:

“Həkim dedi ki, təcili əməliyyat olunmalısan. Yanvarın 11-də burnumdan çox ağır əməliyyat keçirdim. Hazırda xəstəxanada yatıram”.

Şikayətçi hadisəni törədənlərin hələ də tapılmamasına görə narahat olduğunu deyib və Daxili İşlər Nazirliyinə müraciət edib:

“Hadisəni Qobu Polis bölməsi araşdırır, amma təəssüflər olsun ki, hələ də hadisəni törədən şəxslər tapılmayıb. Bizə bölmədən belə deyiblər. Hansı ki, küçəmizdə qonşuların kamerasında onların görüntüləri var. Görüntülərdən məlum olur ki, kimsə telefonda mənim evimin ünvanını o şəxsə telefonda deyir və o, da evimi tapır. Daxili İşlər Nazirliyinə müraciət edərək xahiş edirəm ki, məni bu hala salan şəxslər məsuliyyətə cəlb edilsin. Mən xətəxanada yatıram, ailəm isə evimdə qorxu içində yaşayır”.

Redaksiyadan: Məsələylə bağlı Daxili İşlər Nazirliyinə müraciət etdik. Əlavə məlumat verəcəyik.

Vasif ƏLİHÜSEYN  

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:291
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 13 Yanvar 2025 21:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see401

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see379

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see358

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see344

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see340

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see318

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see301

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see232

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see226

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see225

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see221

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see220

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see215

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see210

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see204

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see204

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see201

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see201

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see201

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri