Icma.az
close
up
RU
UNO lar 10 nüvə başlığını sıradan çıxarıb? Bu müharibə elan deyil, xəbərdarlıqdır

UNO lar 10 nüvə başlığını sıradan çıxarıb? Bu müharibə elan deyil, xəbərdarlıqdır

Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Son illər dünyada müşahidə olunan tanınmayan hava hadisələri təkcə maraq doğurmur, həm də ciddi təhlükəsizlik və müdafiə narahatlıqlarına səbəb olur. Hökumət sənədləri, hərbi şahid ifadələri və müstəqil araşdırmalar bu hadisələrin əsasən nüvə silahları ilə əlaqəli bölgələrdə cəmləşdiyini göstərir.

Qaynarinfo xəbər verir ki, ABŞ-dan gələn yeni bir şahid ifadəsi bu narahatlıqları daha da artırır. Təqaüddə olan Hava Qüvvələri zabiti Robert Salas UNO-ların (naməlum uçan obyekt) nüvə raketlərini sıradan çıxardığını və bu müdaxilələrin insanlığa yönəlmiş bir xəbərdarlıq olduğunu iddia edir.

"10 nüvə başlığı müvəqqəti olaraq sıradan çıxarıldı"

84 yaşlı təqaüddə olan zabit Robert Salas 1967-ci ildə Montana ştatındakı Malmstrom Hava Bazasında xidmət etdiyi dövrdə şahidi olduğunu iddia etdiyi hadisə barədə danışıb. Onun sözlərinə görə, tanınmayan hava hadisələri nəticəsində 10 nüvə başlığı müvəqqəti olaraq qeyri-işlək vəziyyətə düşüb. Salas bu hadisəni "bir hücum deyil, insanlığa güclü bir mesaj" kimi dəyərləndirib.

"Daily Mail"ə verdiyi müsahibədə Salas yalnız Malmstromda deyil, altı ay ərzində fərqli məntəqələrdə ümumilikdə 30 nüvə raketinin eyni şəkildə sıradan çıxarıldığını deyib. O bildirib ki, raketlərə fiziki zərər verilməyib və əlavə edib: "Bu, müharibə elan deyil, açıq bir xəbərdarlıq idi".

"Amerika xalqı və dünya bu hadisələrin həqiqi ölçüsünü bilmir"

Salas ötən il Pentaqonun nəzdində fəaliyyət göstərən Bütün Sahələr Anomaliya Həll Ofisində rəsmi şahid kimi ifadə verib. O, özü ilə yanaşı təqaüddə olan kapitan David Şindel və keçmiş leytenant Robert Ceykobsun da oxşar ifadələr verdiyini bildirib. 

Həmin ifadələrin artıq ABŞ Müdafiə Nazirliyinin rəsmi qeydlərində yer aldığını qeyd edən Salas hökumətin hələ də ictimaiyyəti yetərincə məlumatlandırmadığını iddia edir: 

"Amerika xalqı və dünya, bu hadisələrin gerçək miqyasını bilmir. Rəsmi şəxslər bunu qəsdən gizlədir. Üstəlik, bu yalnız ABŞ-a xas bir hal deyil. Nüvə silahları dünya sülhü üçün təhlükə təşkil edir və UNO-lar bu mesajı dəfələrlə verib".

"Əsl təhlükə UNO-lar deyil"

Pentaqonun tanınmayan hava hadisələrini milli təhlükəsizlik təhdidi kimi qiymətləndirməsinə qarşı çıxan Salas bunları deyib:

"Heç bir zərər verilmədi. Əgər istəsəydilər, zərər verə bilərdilər. Amma vermədilər. Onlar bizə demək istəyir ki, bu lənətə gəlmiş silahlardan xilas olun. Əsl təhlükə bu varlıqlar deyil, bizim əlimizdə saxladığımız silahlardır".

O əlavə edib ki, nüvə silahlarına əsaslanan mövcud strateji yanaşma qüsurludur, çünki bu siyasət digər ölkələrin silahlanmasının qarşısını ala bilmir:

"Kiçik bir nüvə bombası belə qarşı hücuma səbəb ola bilər və nəticədə dönməz bir yola girilər. Qarşılıqlı qorxuya əsaslanan strategiya mütləq deyil, bu bir illüziyadır".

Hadisələr yalnız ABŞ ilə məhdudlaşmır

Salasın xəbərdarlıqlarına UNO araşdırmaçısı və jurnalist Brüs Zabel də dəstək verib. Kaliforniyada keçirilən "Səhrada əlaqə" adlı konfransda çıxış edən Zabel bənzər hadisələrin Rusiya, Fransa, İngiltərə, Çili, Yaponiya və Ukrayna kimi ölkələrdə də yaşandığını bildirib.

Zabel 1982-ci ildə Sovet Ukraynasında baş verən diqqətçəkən bir hadisəni nümunə göstərib: 

"Dairəvi formalı bir obyekt raket bazasının üzərində uçdu və bir neçə qitələrarası ballistik raketin buraxılış prosesini işə saldı. Ancaq buraxılışa bir neçə saniyə qalmış sistemlər avtomatik olaraq dayandı".

Zabel bu hadisələrin təsadüfi deyil, müəyyən bir məqsədə yönəlik və cərrahi dəqiqlikdə müdaxilələr olduğunu deyib:

"Əgər qarşımızda düşmən niyyətli bir güc olsaydı, bu vaxta qədər müharibə çoxdan başlamış olardı".

"Bu sadəcə izləmə yox, müharibə hazırlığı ola bilər"

Zabel UNO-ların davranışlarına dair fərqli ehtimallara da açıq olduğunu bildirib:

"Bir nəzəriyyəyə görə, bu varlıqlar yalnız dolayı yolla ünsiyyət qurur. Başqa bir nəzəriyyə isə onların sadəcə müşahidə apardığını deyir. Ancaq daha qaranlıq bir ehtimal da var: Müharibə öncəsi kəşfiyyat. Yəni mümkün bir döyüş üçün hazırlıq. Əgər biz yadplanetli bir təhdidə qarşı hazırlıq aparsaydıq, onların nüvə infrastrukturunu əvvəlcə analiz edərdik. Ola bilsin, onlar da eyni şeyi indi edirlər".

Beynəlxalq miqyasda gizli əməkdaşlıq iddiası

Salas bu cür hadisələrin dünyada dövlətlər arasında gizli əməkdaşlıq çərçivəsində ört-basdır edildiyini iddia edib. "Yalnız ABŞ-da deyil, bütün dünyada kəşfiyyat qurumları daxilində bu sirri qorumaq üçün yaradılmış strukturlar var", deyə bildirib və əlavə edib ki, bu qurumlar tamah, hakimiyyət istəyi və inkişaf etmiş texnologiyaları silaha çevirmək motivasiyası ilə hərəkət edirlər.

Zabel də bu fikirlərə qatılaraq deyib:

"Gündən-günə daha çox sızma və məlumat verən ortaya çıxır. Amma hökumətlər pərdəni tamamilə qaldırmadıqca, biz qaranlıqda qalmağa davam edəcəyik".

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 15 İyul 2025 09:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see317

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see312

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see310

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see306

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see306

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see286

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see286

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see285

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see282

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see264

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see256

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see252

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see240

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see239

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see238

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see227

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see219

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see218

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see213

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri