Melinda Qeyts boşanma zamanı gecəsi 132 min dollara özəl ada kirayələyib
Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Microsoft”un qurucusu Bill !eytslə 27 illik evliliyini 2021-ci ildə bitirən Melinda Frenc Qeytsin boşanma prosesində etdiyi böyük xərc yenidən gündəmə gəlib.
Bizim.Media xəbər verir ki, Melinda Qeyts boşanma zamanı uşaqları ilə birlikdə medianın diqqətindən uzaq qalmaq üçün Karib dənizində özəl ada kirayələyib.
O, Qrenadada yerləşən Kalivinyi adasını gecəsi 132 min dollara icarəyə götürüb. Bildirilir ki, Melinda boşanma qərarının elanından sonra mediadann uzaqlaşmaq istəyib.
Məlumata görə, adaya üç övladı – Cennifer, Rori və Fibi, eləcə də onların sevgililəri dəvət olunub. Lakin keçmiş həyat yoldaşı Bill Qeyts dəvət edilməyib.
Qeyd edək ki, 1994-cü ildə ailə quran Bill və Melinda Qeyts 2021-ci ilin mayında boşanacaqlarını açıqlayıblar. Həmin ilin avqustunda boşanma rəsmiləşib.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 11 Noyabr 2026 10:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















