3 milyonluq mənimsəmə Saday Alıyev məhkəməsində YENİLİK
Lent az saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində (ADSEA) və onun sələfi “Azərsu” ASC-də yüksək vəzifələrdə çalışmış Saday Alıyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Lent.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
Təqsirləndirilən Saday Alıyev ona qarşı irəli sürülən ittiham üzrə özünü təqsirli bilmədiyini deyib.
Məhkəmə tərkibi digər proseslərin vaxtının çatması ilə əlaqədar növbəti iclası dekabrın 15-i saat 09:30-a təyin edib.
Xatırladaq ki, Saday Alıyev 3 milyon manatlıq mənimsəmədə ittiham olunur.
Sonuncu dəfə ADSEA-da şöbə müdiri vəzifəsində çalışan sabiq məmurun fəaliyyəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırılıb.
İstintaqın topladığı sübutlar əsasında ona Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.
52 yaşlı sabiq məmur barəsində həbs qətimkan tədbiri seçilməyib. O, məhkəməyə qədər polisin nəzarətinə verilib.
Cinayət işi üzrə ADSEA-nın tabeliyində fəaliyyət göstərən “İri Şəhərlərin Su Təchizatı” QSC zərərçəkmiş qismində tanınıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 11 Noyabr 2026 10:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















