Icma.az
close
up
RU
Unudulmaqda olan adət ənənələlər adlı layihənin növbəti tədbir keçirilib FOTOLAR

Unudulmaqda olan adət ənənələlər adlı layihənin növbəti tədbir keçirilib FOTOLAR

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

Xankəndi şəhərində yerləşən Xüsusi Nümayəndəliyin təşkilati dəstəyi ilə Ballıca kənd tam orta məktəbinin akt zalında, Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Qloballaşma və Milli Həmrəylik" İctimai Birliyi (QMHİB) tərəfindən həyata keçirilən "Unudulmaqda olan adət-ənənələlər" adlı layihənin növbəti tədbiri keçirilib. "Səs" qəzeti xəbər verir ki, tədbirdə Xankəndi şəhər Xüsusi Nümayəndiliyinin əməkdaşları, Ballıca kənd sakinləri, Xankəndi şəhərində bərpa-quruculuq işlərində çalışanlar və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə Xankəndi şəhərində yerləşən Xüsusi Nümayəndəliyin Məskunlaşma Şöbəsinin baş məsləhətçisi Xəyal Muradov açılış nitqi edib. O, tədbir iştirakçılarını salamladıqdan sonra QMHİB-yi və sədrini tədbir iştirakçılarına təqdim edərək mövzu ilə bağlı ətraflı çıxış edib. QMHİB-nin sədri Həsən Qarayev tədbir iştirakçılarını və qonaqları salamladıqdan sonra tədbirin Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə keçirildiyini bildirib. Həsən Qarayev tədbirin həmçinin, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2025-ci ili ''Konstitusiya və Suverenlik İli'' elan etməsi ilə bağlı 28 dekabr 2024-cü il tarixdə imzaladığı Sərəncamına uyğun keçirildiyini qeyd edib.

Layihə rəhbəri unudulmaqda olan adət-ənənələrdən, tariximizə sahib çıxmamızdan, düşmən üzərində ləyaqətli qələbə qazanmaq ənənəsindən danışıb. Layihə rəhbəri QHT-lərə Dövlət Dəstəyi Agentliyinə bu cür layihələri dəstəklədiyi üçün xüsusi təşəkkürünü bildirib. Xankəndi şəhərində yerləşən Xüsusi Nümayəndəliyin Xocalı Şöbəsinin baş məsləhətçisi Vüsal Həsənov milli adət-ənənələr, torpağa bağlılıq, mənəvi dəyərlər ilə bağlı gənclər arasında təbligat işinin aparılmasının vacibliyi barədə çıxış edib.

Şəhid anası Afinə Hümbətova erməni vəhşiliyindən, bizim gənclərin mərdliyindən, torpağa olan bağlılıqdan, Vətənə olan sevgidən, qazi və şəhid ailələrinə olan hörmətdən danışıb. Tədbir iştirakçıları ailə dəyərləri, toy adət-ənənəsi, yas adətləri, milli geyim, ata-baba ocağının doğmalılığından, Türk milli kimliyi, milli-mənəvi dəyərlərimiz barədə məzmunlu və mənalı çıxışlar edərək öz fikirlərini bildiriblər.

Mövzu ilə bağlı çıxış edənlər, Ballıca kənd ziyalısı İlham Quliyev, İDEA YAP AŞ-nin əməkdaşı Çingiz Məmmədov, Xankəndi şəhərində Bərpa- Qurculuq işlərində çalışan Kamal Məmmədov, Ballıca kənd tam orta nəktəbinin müəllimi Vüsalə Hümbətova, ziyalı Şahsuvar Hümbətov, müharibə veteranı Ismayıl Nəcəfov və digərləri belə bir layihənin olmasını çoxdan arzuladıqlarını bildirərək İB-in sədrinə adət-ənənələrimizin, milli-mənəvi dəyərlərimizin təbliğindəki roluna görə təşəkkür ediblər.

Tədbirdə iştirak edənlər bu cür layihələrin müasir dövrdə çox vacib olduğunu, orta ümumtəhsil məktəblərində, gənclər arasında daima təbliğ olunmasının aktuallığını nəzərə alaraq, davamlılığının olmasını arzulayıblar.

Sonda İB-nin sədri, H.Qarayev tədbir iştirakçılarına və qonaqlara, tədbirdə iştirak etdikləri həmçinin mənalı və dəyərli fikirləri üçün təşəkkürünü bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 11 Sentyabr 2025 13:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see375

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see289

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see238

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see237

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see197

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see197

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see181

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see179

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see178

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see176

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see162

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see159

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see158

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see157

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see150

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see149

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see144

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see144

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see143

Əməkdar idman ustası və əməkdar məşqçi dünyasını dəyişdi

27 Yanvar 2026 15:35see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri