Uqandada Ebola epidemiyasının başa çatdığı elan edildi
Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Uqanda rəsmiləri ölkədə may ayında qeydə alınan Ebola epidemiyasının sona çatdığını bəyan ediblər.
Moderator.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin "X" sosial şəbəkəsində yayımlanan məlumatında bildirilir.
Ölkənin səhiyyə naziri Kris Baryomunsinin sözlərinə görə, bu qərar daxili yoluxma halı olan sonuncu xəstənin iyunun 16-da evə buraxılmasından sonra başlayan 42 günlük müşahidə müddəti bitdiyi üçün qəbul edilib.
Ümumilikdə ölkədə 20 infeksiyaya yoluxma faktı təsdiqlənib. Onlardan 15-i qonşu Konqo Demokratik Respublikasından (KDR) gətirilib, daha beş nəfər isə birbaşa Uqandada virusa yoluxub. KDR vətəndaşı olan iki xəstə həyatını itirib, 18 nəfər isə sağalıb.
Eyni zamanda, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) iyulun 17-də bildirmişdi ki, Uqandada 42 günlük gücləndirilmiş epidemioloji nəzarət dövrü yalnız iyulun 16-da, kənardan gələn sonuncu xəstənin (KDR vətəndaşı) sağalaraq xəstəxanadan çıxmasından sonra başlayıb.
ÜST-ün qaydalarına əsasən, həmin müddət ərzində yeni yoluxma halı qeydə alınmazsa, epidemiya bitmiş hesab olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 28 İyul 2026 17:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















