Ürək damar xəstəliklərinin qabağını təbii üsullarla almaq mümkündür
Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Ürək-damar xəstəlikləri bütün dünyada ölümün əsas səbəbidir. Bununla belə, qida korreksiyası da daxil olmaqla, bu xəstəliklərin əhəmiyyətli hissəsinin qabağını almaq mümkündür. Ürək-damar sistemi üçün ən qiymətli məhsullardan biri balıq və dəniz məhsullarıdır".
Oxu.Az xəbər verir ki, bu barədə Gazeta.ru-ya Rusiya Piroqov Universitetinin dosenti Elvira Xaçirova məlumat verib.
"Ürək-damar sistemi üçün ən qiymətli məhsullardan biri balıq və dəniz məhsullarıdır. Yağlı balıq sortları xüsusilə faydalıdır - qızılbalıq, skumbriya, sardina, tuna və siyənək. Bu məhsullar ürək və qan damarlarına kompleks müsbət təsir göstərən Omeqa-3 yağ turşuları ilə zəngindir. Maksimum fayda əldə etmək üçün həftədə ən azı iki dəfə balıq yeyin", - deyə o vurğulayıb.
Həkimin sözlərinə görə, tərəvəzlər də ürək və qan damarları üçün vacib məhsullardandır. Brokoli, ispanaq, kələm, yerkökü, çuğundur və bolqar bibəri xüsusilə faydalıdır.
"Sadalanan məhsullardan istifadə etməklə yanaşı, sağlam qidalanmanın ümumi prinsiplərinə riayət etmək vacibdir: doymuş yağların (yağlı ət, kərə yağı) qəbulunu məhdudlaşdırın və trans yağlardan çəkinin (çox vaxt sənaye üsulu ilə hazırlanmış çörək məhsullarında olur), duz qəbulunu tövsiyə olunan səviyyəyə qədər azaldın (gündə 5 qramdan çox olmamalıdır), qan təzyiqinə nəzarət edin, şəkər və şirniyyatların qəbulunu məhdudlaşdırın və fiziki aktivliyi də unutmayın", - deyə o əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 01 Sentyabr 2025 07:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















