Icma.az
close
up
RU
Ürəyi və böyrəkləri səssizcə çökdürür Gizli xəstəlik

Ürəyi və böyrəkləri səssizcə çökdürür Gizli xəstəlik

Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Halsızlıq, yorğunluq, keçməyən bel və kürək ağrısı… Bu cür şikayətlər çox vaxt adi yorğunluq kimi qəbul edilir. Halbuki bu əlamətlər bəzən qəlbi və böyrəkləri səssizcə məhv edən "paratiroid adenomu” adlı gizli bir xəstəliyin xəbərçisi ola bilər.

Qaynarinfo bu barədə "Hürriyet"ə istinadən xəbər verir.

Hiyləgər və tanınmayan bir xəstəlik

"Paratiroid adenomu” paratiroid vəzindən qaynaqlanan, xoşxassəli, lakin bədəndə ciddi fəsadlar yarada bilən bir şişdir. "Şiş” ifadəsi xəstələrdə tez-tez xərçəng qorxusu yaratsa da, bu xəstəlik xərçəng deyil. Lakin uzun müddət aşkarlanmadıqda ürək, damar və böyrək kimi həyati orqanlarda qalıcı zədələrə səbəb ola bilər.

Ümumi cərrah və endokrin cərrahı, professor Erhan Ayşan bildirir ki, bu xəstəlik illərlə fərq edilmədən davam edə bilər, halbuki sadə bir qan analizi ilə asanlıqla diaqnoz qoymaq mümkündür.

Kalsium dəyərlərinə diqqət vacibdir

Bu xəstələrin qanında kalsium dəyərləri adətən yüksək çıxır. Qanda artan kalsium, xüsusilə ürək və damar sistemində yığılıb ciddi zədələr yaradır. Buna görə də halsızlıq, yayılmış ağrılar və səbəbi bilinməyən yorğunluq hallarında mütləq kalsium səviyyəsinə baxılmalıdır.

Əlamətlər çox sinsi seyr edir

Paratiroid vəzləri bədənin ən kiçik orqanlarındandır və onların əsas vəzifəsi kalsium tarazlığını tənzimləməkdir. Bu vəzlər "parathormon” adlı hormon ifraz edirlər. Paratiroid adenomu isə həmin hormonun həddindən artıq ifrazına səbəb olur və nəticədə kalsium miqdarı qalxır. Artan kalsium damarlarda çökmələr yaradaraq qan axınını azaldır, bu da ürək krizi, beyin insultu və böyrək çatışmazlığına yol aça bilər.

Diaqnoz çətin, lakin vacibdir

Xəstəliyin diaqnozu bəzən çətin olur, çünki əlamətlər çox ümumidir və digər xəstəliklərlə qarışdırıla bilər. Halbuki sadəcə qan analizində kalsiumun 10-un üzərində olması artıq paratiroid adenomu şübhəsi üçün kifayətdir.

Yeganə müalicə – əməliyyat

Mütəxəssislər bildirirlər ki, bu xəstəliyin dərmanla müalicəsi yoxdur. Yeganə effektiv üsul əməliyyatla şişin çıxarılmasıdır. Əməliyyatdan əvvəl ultrasəs və sintiqrafiya ilə adenomun yeri müəyyən edilir, lakin bəzən bu testlər nəticə vermir və əməliyyat çətinləşə bilər. Buna görə endokrin cərrahiyyəsində tez-tez belə deyilir: "Paratiroid əməliyyatı ya 30 dəqiqə çəkər, ya da 3 saat!”

Əməliyyatdan sonra sürətli sağalma

Əməliyyat uğurlu keçdikdən sonra xəstələrdə kalsium səviyyəsi tez bir zamanda normallaşır və bədəndəki gərginlik, halsızlıq kimi şikayətlər qısa müddətdə azalır. Xüsusilə gənc və orta yaşlı xəstələrdə bərpa prosesi daha sürətli gedir.

Sadə test, böyük fayda

Bu xəstəlik nadir görüldüyü üçün həkimlər bəzən onu digər diaqnozlarla qarışdıra bilər. Halbuki səhər acqarına edilən sadə kalsium testi həyatı xilas edə bilər. Ailə sağlamlıq mərkəzlərində belə aparılan bu analiz, qanda kalsium dəyəri 10-un üzərində çıxarsa, dərhal endokrinoloqa müraciət edilməlidir.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:291
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 12 Oktyabr 2025 17:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri