Icma.az
close
up
RU
Ürəyi qüvvətləndirir, böyrəkləri təmizləyir... Reyhanın sağlamlığımıza faydaları

Ürəyi qüvvətləndirir, böyrəkləri təmizləyir... Reyhanın sağlamlığımıza faydaları

Icma.az xəbər verir, Saglamolun saytına əsaslanaraq.

Süfrələrin bəzəyi olan reyhan bitkisi milli mətbəximizin ayrılmaz tərkib hissəsi və salatlarda ən çox istifadə olunan göyərtilərdən biridir.

Qədim zamanlarda Aralıq dənizi sahillərində yaşayan xalqlar onu "kralın ətirli bitkisi" hesab edirdilər. Reyhan sözü ərəb mənşəli olub "gözəl qoxu" deməkdir. Bitkinin latınca adı "krallara layiq ətir" mənasını verir. Əsasən subtropik və tropik ölkələrdə yayılan reyhanın dünyada 200-ə qədər növü var. Onların əksəriyyəti zahirən oxşar olsalar da, ətirlərinə görə bir-birindən fərqlənirlər. Reyhanın vətəni Seylon adası, Asiyanın tropik rayonları hesab olunur. Həmin ölkələrin təbabət və mətbəxində bu bitkidən 5 min ildən çoxdur ki, istifadə olunur.

Saglamolun.Az AZƏRTAC-a istinadən bildirir ki, ətirli və ədviyyəli xüsusiyyətə malik olan reyhan xoş iyinə görə mixəyi və muskat tozunu xatırladır. Reyhan universal otlardan biridir, həm ayrıca istifadə olunur, həm də digər bitki və ədviyyatlarla birlikdə yeməklərin tərkibinə qatılır. Reyhan ətirli olduğuna görə termiki təsirə məruz qalmır və onu həm soyuq, həm də isti xörəklərə əlavə edilir. Qurudulmuş reyhan bağlı qablarda 3-6 ay, təzə reyhan isə soyuducuda bir həftəyə qədər təravətini saxlayır.

Reyhanın yarpaqlarında efir yağı, azotlu maddə, yağ, vitaminlər və boya maddələri var. Onun yarpaqlarında olan boya maddələri tibbi cəhətdən faydalıdır. Əbəs yerə deyil ki, bitki həm də bir çox dərdin dərmanı kimi də tanınır. Qida ilə birgə qəbul olunan reyhan maddələr mübadiləsini yaxşılaşdırır, həzm prosesini asanlaşdırır və mədə-bağırsaq sisteminin işini nizamlayır.

Sağlamlıq üçün reyhanın çox böyük əhəmiyyəti var. Bitkinin yarpaqlarından hazırlanan duru ekstrakt qanda protrombinin miqdarını artırır və qanın laxtalanmasını sürətləndirir. Xalq təbabətində reyhanın meyvələrindən dəmlənmiş çay soyuqdəymədən əmələ gələn sinə ağrılarında yumşaldıcı təbii vasitə kimi qəbul edilir. Reyhan yarpaqlarının çayı ürəyi qüvvətləndirmək, dəmləməsi isə mədənin fəaliyyətini və iştahanı artırmaq üçün içilir. Orqanizmdə maddələr mübadiləsini yaxşılaşdırır, böyrək və sidik yollarının iltihabını aradan qaldırır, köp əleyhinə təsir göstərir. O həmçinin dərini canlandırır, aknelərə qarşı tətbiq olunur və sakitləşdirici təsir göstərir.

Yay aylarında reyhandan hazırlanan sərin kompot orqanizmdə serotonin hormonunu artırır. Sinir xəstəlikləri zamanı reyhan çayı çox faydalı təsirə malikdir. Həmin çay həm də qusma və ürəkbulanmanın qarşısını alır.

Bir neçə quru reyhan budağının paltar şkafına qoyulması pis qoxunun və geyimlərə güvə düşməsinin qarşısını alır.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:167
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri