Icma.az
close
up
RU
Ürəyimizə etdiyimiz 11 pislik

Ürəyimizə etdiyimiz 11 pislik

Saglamolun saytından alınan məlumata görə, Icma.az bildirir.

Bədənimizdə bütün orqanların bir funksiyası və imtina edilməz vəzifələri var. Ancaq ürəyin yeri başqadır.

Ürək sanki həyatın aynasıdır. Ürəyin sağlamlığı ya da sağlamsızlığı bu aynanın əks etdirdiyi görünüşlərdən qaynaqlanır. Ürəyimiz qiymətlidir, ancaq çox vaxt onun qiymətini bilmədən yaşayırıq. İnsanın ürəyinə edəcəyi ən böyük yaxşılıqların başında pəhrizinə diqqət yetirməsi gəlir. Bununla tac arteriya xəstəliklərindən ölüm riski yüzdə 30-60 nisbətində azala bilir.

Mütəxəssislər ürəyimizə verdiyimiz 11 zərəri belə sıralayırlar:

1. Geç qalxıb geç yemək.

2. Acmadan yemək.

3. Yatmazdan əvvəl kalorili yeməklər yemək.

4. Çoxlu şirniyyat yemək.

5. Davamlı oturmaq, uzun müddət ərzində hərəkətsiz qalmaq.

6. İdman etməmək.

7. Davamlı həddindən artıq stressə məruz qalmaq.

8. Yağ toxuması artımı ilə kilo almaq.

9. Həddindən artıq spirtli içkilər qəbul etmək.

10. Siqaret çəkmək.

11. Ürəyimizi bir şikayət olana qədər heç ağlımıza gətirməmək.

ƏLAMƏTLƏRƏ DİQQƏTLİ OLUN

Lent.az xəbər verir ki, xüsusilə sinə ağrısı, sinədə sıxılma və ya yanma kimi əlamətlər ürək-damar xəstəliklərinin erkən əlamətləri ola bilər. Bu şikayətlər sinədə sağda və ya solda, qollarda, mədə üzərində, boyunda və ya çənəyə doğru ola bilər.

Bununla bərabər tez yorulma, nəfəs darlığı və ya nəfəs ala bilməmə hissi, boğulma hissi, ritm nizamsızlığı, yuxusuzluq, gecə tez-tez oyanmaq ürək xəstəliyi əlaməti ola bilər.

Kişilərdə 40 yaşından sonra, qadınlarda isə 50 yaşından sonra ürək nəzarəti etdirmək lazımdır. Ancaq adamın ailəsində və bir yaxınında erkən bir ürək xəstəliyi hekayəsi, diabet və ya hipertoniya, çox yüksək xolesterol dəyərləri varsa bu nəzarətin 30 yaşlarında etdirilməsi əhəmiyyətlidir.

KÖKLÜK ÜRƏYƏ YÜKDÜR?

Yağın qarın bölgəsində toplanması (abdominal piylənmə) ürək-damar xəstəliklərinin riskini xeyli artırır.

Bel çevrəsiqadınlarda qadınlarda 80 sm-dən, kişilərdə 90 sm-dən çox olması təhlükəli sayılır. 

SAĞLAM İNSAN NEÇƏ İLDƏ BİR MÜAYİNƏ OLUNMALIDIR?

Bir sağlam adamın kişidə 40 və qadında 50 yaşından sonra nizamlı ürək nəzarətləri etdirməsi lazımdır. Bu nəzarətlər aşağı riskli kəslərdə hər iki ildə bir, yüksək riskli kəslərdə isə hər il edilməlidir. Çünki əvvəlki məlumatlar artıq keçmişdə qalmışdır və bu müddət ərzində maddələr mübadiləsi dəyişə bilər və bəzi xəstəliklər başlaya bilər.

Birinci dərəcəli bir yaxınında ürək-damar xəstəliyi olan kəslər 30 yaşından etibarən ilk nəzarətlərini etdirməlidir. Kardioloji risk nisbətlərini nəzərdən keçirməli və riskini yüksəldən fiziki, diyet, həyat vərdişləri ilə əlaqədar və ya qan təhlilləri ilə əlaqədar pozuqluqlar üçün erkəndən tədbir görməlidir.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Oktyabr 2026 10:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see342

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see287

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see274

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see258

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see257

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see242

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see232

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see220

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see207

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see207

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see196

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see196

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see194

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see193

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see191

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see186

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see181

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see172

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

14 Oktyabr 2026 20:04see169

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri