Icma.az
close
up
RU
Allah ürəyimizə görə versə, nə olar? ARAŞDIRMA

Allah ürəyimizə görə versə, nə olar? ARAŞDIRMA

Icma.az, Ses qazeti saytına istinadən bildirir.

Bu dünyaya gəldiyimiz gündən ətrafımızda yaxşı insanlar da var, pis insanlar da. Planetimizə ona görə maddi deyilir ki, burada ideal və əbədi heç nə yoxdur. Ruhi dünyadan fərqlənən maddi kainat həm bədxasiyyətli, xəbis, həm də xoşxasiyyətli, gülərüz insanların evidir. Bir az obrazlı desək, yaxşı ilə pisin, xeyirlə şərin, müsbətlə mənfinin yanaşı yaşadığı və mübarizə içində olduğu bir yerdəyik. Kimimiz alqış etməyi sevsək də, aramızda elələri də var ki, ətrafındakılara daim qarğış və mənfi enerji yönləndirir.

Tanrının yaradılışı sözlə var etdiyi bütün dinlərdə qeyd olunur. Xüsusilə də, Avesta, Baqavad-Qita kimi müqəddəs kitablarda sözün özündə qüdrətli enerji daşıdığı haqda elmi təcrübələrlə uyğunlaşan dəyərli fikirlər var. İncildə, Quranda, Tövratda da bu haqda işarələrə rast gəlinir. Son vaxtlar Avropa və Yaponiya alimlərinin apardığı elmi təcrübələr bu aşkar gerçəyi fakt olaraq ortaya çıxardı. Su üzərində aparılan təcrübələrdən yəqin ki, çoxlarının məlumatı var. Təcrübə zamanı suyun yanında öncə xoş sözlər, sonra isə pis sözlər söylənir. Birinci halda suyun tərkibi molekulyar olaraq dəyişir və təmizlənir, ikinci halda isə həmin suyun tərkibi yenidən dəyişir və çirklənir. Sözdən təsirlənib açılan-solan çiçəklər də var.

Adi sözlərdə hansı sirlər gizlənir?

Yəqin ki, ailə böyüklərinizdən çox alqış eşitmisiniz: “səni min yaşa”, “səni görüm min budaq ol” , “üzün hər iki cahanda ağ olsun” kimi sözlər nənələrimizin, babalarımız ən çox işlətdikləri alqışdır. Nənəmdən belə sözləri çox eşidirdik. Nənəm həm də deyirdi ki, əgər bir adam sidq-ürəklə deyilmiş alqış alarsa, o Tanrının ən çox sevdiklərindən olur.

Çoxlarımız müxtəlif səbəblərdən qarğışlar da eşitmişik. Bu qarğışlarda da mənfi enerji toplanıb və hətta bəzən onların həyata keçdiyi hallara da rast gəlinir. Qədim dini-fəlsəfi biliklərə görə, bu qarğışın haqlı və ya haqsız olmasından, onu edənin və onun ünvanlandığı subyektin daxili ruhi səviyyəsindən asılıdır. Edilən alqış və qarğışlar həm edənin özünə, həm də sözlərini yönəltdiyi insana olduqca böyük təsir edir. Alqış və ya qarğış kəlmələrindən istifadə edəndə öncə insanın öz energetik kanalları zərər görür. Neqativ enerji həm insanın daxilinə, həm də xaricinə təsir edir.

Hissləri ifadə etmək üçün istifadə etdiyimiz ən adi bir söz də bizim emosiyalarımızı və duyğularımızı ifadə edir. Çoxlarımız milli adət-ənənədən və mentalitetdən qaynaqlanan psixologiyamıza görə şər işlərdən və qarğışlardan uzaq dursaq da bəzimiz də hirsini soyutmaq, çarəsizlik və ya digər səbəbdən qarğış edir. Beləliklə, sözlərdə mənfi ya da müsbət hansısa gizli enerjinin gizləndiyi ortaya çıxır. Minillərdən süzülüb gələn folklorumuz da əsasən bunların üzərində qurulub.

Alqışlar - milli dualar

Tanrının insanlara göndərdiyi müqəddəs kitablarda qarğış və alqış barədə məlumat verilib. Bütün peyğəmbərlər məsləhət görür ki, dili duaya, alqışlara, mehribançılıq, sülh ifadə edən kəlmələrə alışdırmaq lazımdır. “Heç vaxt neyləyim, necə eləyim deməyəsən”, “Ağ günlü, ağ əppəkli olasan”, “Allah balanı sənə çox görməsin”, “Evin abadan olsun”, “Balan bar gətirsin”, “Ürəyinə xal düşməsin” kimi milli dualarımız da bu nəsihətlərdən doğulub.

Sözdə böyük enerji var. İnsanda olan mənfi və ya müsbət enerji də bu sözlə çarpazlaşdıqda yaranan enerji olduqca böyük təsir qüvvəsinə malikdir. İndiki elmin ağ və ya qara magiya adlandırdığı elm də əsasən sözün qüdrəti ilə var olur. Dünyada ən zəngin folklara malik olan Azərbaycan xalqının yazılı və şifahi ədəbiyyatında alqışlar daha çox yer tutur. Bu da xalqımızın sülsevər, mehriban və xeyirxah təbiətə sahib olduğunu ortaya qoyan faktlardandır. Ümumiyyətlə, sözlərin, səsin vibrasiyası ətrafda energetik sahə yaradır ki, bu da bir enerji qəbuledici rolu oynayan insana təsirini göstərir. Bəzən elə mühitə düşürük ki, orada daha çox qalmaq, o insanlarla ünsiyyətdən, söhbətdən rahatlıq tapırıq. Demək, bu zaman onlardan müsbət enerji yayılır və biz də onu qəbul edirik.

Qarğışlara dinlərin münasibəti necədir?

Valideynlər, xüsusilə də analar, hisslərinə hakim olmaqda çətinlik çəkdikləri zamanlar bəzən uşaqları üçün özləri də istəmədən qarğış edirlər. Çox təəssüf ki, dövrümüzdə qarğış insanın özünü rahatlaşdırmaq üçün söylədiyi adi söz halını alıb. “Boyuna ip ölçüm”, “Üzünü mürdəşir yusun”, “Yolun gedər-gəlməzə düşsün”, “Ətin tökülsün”, “Allah sənə qotur versin, dırnaq verməsin”, “Adın daşlara yazılsın”, “Südüm sənə qənim olsun”, “Qanın daşlara dağılsın” və s. kimi qarğışlar əslində xəncər qədər kəsərlidir, fərqində deyilik.

Qarğış lənətdir, onu edən də, qarğış edilən də bu ağırlıq altında əzilir. Qarğış var ki, anında təsirini göstərir, qarğış var ki, uzun illərdən sonra təsir edir. Bütün dinlərdə qarğışlardan istifadə məsləhət görülmür. Dini inanclarda sutkanın müəyyən vaxtları var ki, həmin saatlar dua vaxtı adlandırılır. Din xadimləri hesab edir ki, dil vərdişi ilə deyilən qarğışlar, dua vaxtına rast gələrsə qəbul olur. Valideynlərin əsəbi anında etdiyi bir qarğış uşağına olduqca pis təsir edə bilər. İslam dinində də qarğış etmək qəbahət sayılıb. Məhəmməd peyğəmbər “özünüzə, uşaqlarınıza, mallarınıza da qarğış etməyin. Qarğışınız diləklərin qəbul edildiyi zamana tuş gələr və Allah qarğışınızı qəbul edər” deyə öyüd verərmiş.

“Avesta”da ata qarğışı barədə yazılanlar

Yaşlı nəslin nümayəndələri deyir ki, ananın övladına etdiyi qarğış tutmur, çünki nəhs sözlərinin qarşısını ana ilə balanın arasında olan görünməz bağ tutur. O bağ nədir, bilirsinizmi? Ana südü. Ana südü ana ilə balanın arasında mistik bağ yaradır və bu əlaqə balanı bütün nəhs sözlərdən və qarğışlardan qoruyur. Yəni, ana südü bizim fiziki sağlamlığımız üçün nə qədər vacibdirsə, ruhi-astral bədənimiz üçün də bir o qədər əhəmiyyətlidir. İddia edilir ki, ən təhlükəli və adamı tez tutan qarğış ata qarğışıdır. Hətta belə qarğışlar ölümlə də nəticələnə bilir. Bəşəriyyətin ilk müqəddəs kitabı olan "Avesta"da da bu barədə yazılıb. Kitabda tez-tez "Ulu Tanrı, Sən bizi ata qarğışına tuş eləmə!" söylənilir.

Dini və ruhi biliklərə görə insanın ruhu ataya, fiziki bədəni - canı isə anaya tabedir, əgər ana qarğış edirsə, zərbə yalnız bədənə dəyir. İllər öncə tanınmış astroloq Səbuhi Rəhimli ilə söhbətimizdə belə bir fikir söyləmişdu: “Ana qarğışı nəticəsində yol qəzası, sınıq-çıxıq, yanmaq və digər xəsarətlər baş verə bilər. Ata qarğışı isə birbaşa ruha zərər yetirir. Bunun da nəticəsi çox vaxt iki sonluqla bitir: qarğışa tuş gələn adam ya ölür, ya da havalanır (dəli olur). Yəqin elə bu səbəbdəndir ki, övlad xəsarət alanda, dara düşəndə ananın, öləndə isə atanın ürəyinə damır”.

Qarğışın iki başı var?

Ehtimal ki siz də eşitmisininz bu sözü, böyüklər adətən qarğış etməyin həm edənə, həm də edilənə zərər verdiyini deyir. Buna görə də qarğışı da alqış kimi edirlər. Necə? Maraqlı bir alqış var bizdə, əslində bu həm alqışdır, həm də qarğış. “Allah ürəyinə görə versin” diləyi ən çox alqış kimi istifadə edilsə də qarğış edəndə bu diləkdən istifadə edən olur. Təbiidir, pis insana “Allah ürəyinə görə versin” demək ən böyük qarğışdır, eləcə də təmiz, saf insana alqış edəndə bu ifadəni işlədiriksə ona ən yaxşı duanı etmiş oluruq.

Qarğışın ikibaşlı olması isə onu edənin kimliyindən asılıdır. Yaşlı nəslin iddialarına görə əgər qarğış edən özü mənfi enerjiyə malik insandırsa qarğışın bir tərəfi ona da toxunur, çünki o, mənfi enerji ilə zəngin olduğu üçün neqativ enerjiləri maqnit kimi özünə çəkir. Əgər həmişə alqış edən biri təsadüfən qarğış edirsə qarğışı qarşı tərəf üçün gerçəkləşir və özünə bir zərəri olmur. Çünki o pozotiv insandır, ətrafında müsbət enerjilərdən çəpər çəkilib, qarğış və mənfi enerji ona yaxın düşə bilmir.

Qarğış insana arxadan tuş gəlir, bu insanın astral bədəninin kürəyindən açıq olması ilə yozulur. Astral bədən bizim ruhi sahəmizdir və ona daxil olan qarğış ruhumuzu yaralayır. Qarğış edənin gözlərinə baxanda ən neqativ sözlər belə effektini itirir. Həmçinin nənələrimizin istifadə etdiyi bəzi sözlər var ki, o da qarğışın istiqamətini dəyişə bilir: "Ağzından çıxıb qoynuna dolsun", "ağzından qara yellər aparsın", “öz başını yesin” kimi ifadələr zamanın sınağından boşuna keçməyib yəni.

Alqış et, alqış al – ruhun sağlam olsun

Qarğışdan qorunmağı bildiyimiz kimi, alqış almağın yollarını da öyrənməliyik. Milli dualar olan alqışlar uğurdur, bərəkətdir, sevgidir. Sidq-ürəkdən deyilmiş alqışlar sizə yönləndirilmiş müsbət enerji deməkdir və bu da bir növ qalxan, qoruyucu rolunu oynayır. Ruhun xəstələnməməsi bədənin sağlamlığı deməkdir, həm ruhun, həm bədənin sağlamlığı üçün də müsbət nerji mühimdir.

Ahıl insanlar deyir ki, uşaqların və qocaların duası tez gerçəkləşir. Ona görə də onlardan alqış-dua almaq böyük uğurdur. Təsadüfi deyil ki, uzaq yola çıxanlar, yeni işə başlayanlar böyüklərin xeyir-duasını və alqışını almaq istəyir. “Kitabi Dədə Qorqud” dastanından bilirik, oğuz igidləri döyüşə çıxanda Dədə Qorqudun alqışlarını alıb sonra meydana çıxarlarmış. El ağsaqqalının sözü, duası, alqışı oğuz igidlərini hər bəladan qurtarardı.

Gününüzü alqışla açın, alqışla bağlayın. Qarğış dilinizə yad olsun, nə qarğımayın, nə də tuş gəlməyin. Həmçinin, heç vaxt imkan verməyin ki, kimsə sizin evinizdə, yanınızda qarğısın. Qarğışın mistikasını bilən, nə faciələrə yol açacağını anlayan insanlar adətən öz evində yox, başqasının evində edirlər. Buna icazə verməyin, qarğışın çıxdığı ünvan olmayın.

Lalə Mehralı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 24 Mart 2025 12:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu məhsul marketlərdən yığışdırılır Təhlükəli bakteriya aşkarlanıb

05 İyul 2025 04:04see130

60 yaşdan sonra gündə 4 fincan kofe içsəniz...

05 İyul 2025 04:47see129

Trampın gözlənilməz tarifləri və...

05 İyul 2025 00:26see125

Səhnədə badə qaldırdı, yerə yıxıldı Video

04 İyul 2025 23:48see119

Portuqaliyalı ulduz İstanbula gəldi

05 İyul 2025 01:26see119

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri başa çatıb FOTO

05 İyul 2025 01:16see119

Şəkidə yük və minik avtomobilləri TOQQUŞDU: İkisi körpə olmaqla dörd nəfər xəsarət aldı

05 İyul 2025 15:18see118

UEFA “Barsa”nı 60 milyon cərimələdi

05 İyul 2025 06:10see117

İkili diplom proqramlarının məzun və tələbələrinin sayı açıqlanıb

04 İyul 2025 23:35see116

Məhkumlar arasında badminton yarışı keçirilib FOTOLAR

05 İyul 2025 10:02see116

İki qulaq, bir ağız...

04 İyul 2025 23:02see114

Avro qalxır, bu, Azərbaycan bazarına necə təsir edir? Açıqlama + VİDEO

05 İyul 2025 10:04see114

Qonşu ölkəyə qovurucu istilərlə bağlı XƏBƏRDARLIQ edildi Temperatur 44 dərəcəyə çatacaq

05 İyul 2025 15:18see113

Boksçumuz Dünya Kubokunu bürünc medalla başa vurdu

05 İyul 2025 15:16see113

Rusiya MN: PUA istehsalı sexləri Geran 2 ilə vurulub

05 İyul 2025 13:30see112

Dövlət dili Azərbaycan dilidirsə, o zaman büdcədən maliyyələşən ümumi təhsil də yalnız dövlət dilində olmalıdır

05 İyul 2025 14:59see112

Yaprak Dökümü nün çəkildiyi malikanə ofis oldu

05 İyul 2025 14:03see112

Pezeşkian Azərbaycanla bağlı görün nələr DANIŞDI: “Mənə dedilər ki…” KONKRET

05 İyul 2025 10:34see112

Niderland millisinin üzvü Braziliya klubundan ayrıla bilər

06 İyul 2025 17:50see112

Samir Bağırova görə öldürülən rəqqasənin bacısı illər sonra danışdı

05 İyul 2025 14:44see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri