Ürəyiniz sizdən daha yaşlı ola bilər
Medicina portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ-də aparılan yeni araşdırma bir çox insanın ürək yaşının bioloji yaşından yüksək olduğunu ortaya qoyub.
Medicina.az xəbər verir ki, bəzi yetkinlərdə bu fərq 5-7 il, hətta daha çox ola bilər.
Araşdırmada 14 mindən çox insanın məlumatları təhlil edilib. Nəticələr göstərib ki, yüksək təzyiq, xolesterin, diabet, siqaret və fiziki passivlik ürəyin daha sürətli qocalmasına səbəb olan əsas amillərdəndir.
Kardioloqlar bildirirlər ki, ürəyin “yaşını” müəyyən etmək üçün xüsusi risk hesablayıcılarından istifadə etmək mümkündür. Bu göstərici insanın infarkt və insult riskini daha aydın qiymətləndirməyə kömək edir.
Mütəxəssislər ürək sağlamlığını qorumaq üçün sağlam qidalanma, müntəzəm fiziki aktivlik, siqaretdən uzaq durmaq və qan təzyiqinə nəzarət etməyi tövsiyə edirlər. Onların fikrincə, gündəlik həyat tərzində edilən dəyişikliklər ürəyin qocalma prosesini yavaşlada bilər.
Xanım,
Medcina.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 30 İyul 2026 16:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















