Icma.az
close
up
RU
Menu

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

Bu meyvələrin qabığını yemək olarmı?

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

Ürfan Məmmədli Limitsizliyin ilk bəhrələri

Ürfan Məmmədli Limitsizliyin ilk bəhrələri

Yeniavaz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Futbol üzrə 34-cü Azərbaycan çempionatının birinci dövrəsi geridə qalıb. Çempionatın bu bölməsi futbolumuza nə verdi?
Bu ilk dəfə olaraq Azərbaycan çempionatının yüksək liqasında legioner futbolçuların sayına qoyulmuş limit ləğv olundu. Bu o deməkdir ki, liqamız başdan-başa legioner futbolçulardan təşkil edilə bilər. Bunun, təbii ki, müsbət və mənfi cəhətləri var. Əcnəbilərə tətbiq edilən limitin ləğv olunmasını mütəxəssislərimizin də, mediamızın da bir hissəsi müsbət, bir hissəsi isə mənfi addım kimi qiymətləndirir.
Limitin ləğvinə tərəfdar olanlar bunu futbolçuların tənbəlliyi, öz üzərilərində işləməməsi ilə əlaqələndirirlər. Yəni limit olanda yerli futbolçular onsuz da onların yerlərinin limitlə təmin olunduğuna arxayınlaşaraq ciddi məşq etmirlər, özlərini inkişaf etdirmirlər. 
Əleyhdarları isə bunun futbola və futbolçulara ciddi zərbə olduğunu düşünürlər. Mən limitin ləğv olunmasının əleyhinə olanlardanam. Düşünürəm ki, hər komandada 5-6 yerin yerli futbolçulara ayrılması ölkə futbolunun sabahı baxımından vacibdir. Belə ki, yetişməkdə olan gənc nəsil futbol təcrübəsini yüksək liqada davam etdirmək imkanına sahib olmalıdır. Bu imkan təcrübəsiz futbolçulara öz ölkəsində verilmirsə, özgə ölkədə bunu əldə etmək, ümumiyyətlə, mümkünsüz olacaq və bir neçə il sonra Azərbaycan milli komandası tamamilə birinci və ikinci liqa komandalarının ümidinə qalacaq. 
Bu baxımdan birinci dövrənin yekunlarına rəqəmlərin gözü ilə baxmağı məqsədəuyğun sayırıq. 
Bu il yüksək liqda iştirak etmək üçün 12 komanda 267 futbolçu sifariş edib. Onlardan 141 nəfəri yerli, 126 nəfəri isə əcnəbidir. Bu o deməkdir ki, Azərbaycan çempionatına sifariş edilmiş futbolçuların 53%-i Azərbaycan pasportuna sahibdir. Azərbaycan pasportuna sahib olmaq isə Azərbaycan futbolunun yetişdirməsi olmaq demək deyil. Bu barədə aşağıda məlumat verəcəm.
Arxada qalan 11 turda 65 oyun keçirilib. (Bir oyun təxirə salınıb). 65 oyunda sifariş olunmuş 141 yerli futbolçudan yalnız 120-si meydançaya çıxıb. Onlardan da ən azı 15 nəfəri sonradan Azərbaycan pasportu alaraq yerli futbolçu statusuna yiyələnənlərdir. Əslində birinci dövrədə Azərbaycan futbolunun 105 yetirməsi oynayıb. Onların da 38 nəfəri autsayderlərin – “Qəbələ”, “Karvan” və “Kəpəz”in heyətində yer alıb.
Yalnız 3 nəfər – Azər Salahlı (“İmişli”), Səlahət Ağayev (“Qəbələ”) və Azərbaycan pasportunu sonradan alan Mehti Cənnətov (“Sumqayıt”) 11 turun hamısında əvəz olunmadan oynayıblar. Maraqlıdır ki, millinin son oyunlarında bu futbolçuların heç birinin xidmətindən istifadə olunmayıb.
Əvəzolunma ilə 11 turun hamısında meydançaya çıxan futbolçuların sayı 19 nəfərdir. Onların da 10 nəfəri yüksək liqada qalmaq uğrunda mübarizə aparan  4 komandanın – “Kəpəz”, “Karvan”, “Qəbələ” və “İmişli”nin payına düşür. 
120 yerli futbolçudan 25-i 11 turda üst-üstə 90 dəqiqədən az oynayıblar. 8 futbolçu isə cəmi turda meydançaya çıxıb. 
İki futbolçu – Hüseyn Əliquliyev (“İmişli”) və Qədir Ramazanov cəmi 1 dəqiqə, bir futbolçu Fərid Kələntərov (“Kəpəz”) 2 dəqiqə oynayıblar. Ümumiyyətlə, 10 futbolçu meydançada 10 dəqiqədən az olub.
Yerli futbolçuların xidmətindən ən çox istifadə edən komanda autsayder “Kəpəz” (14 nəfər), ən az istifadə edən komanda isə “Neftçi”dir (7 futbolçu). 
Yüksək yerlər uğrunda mübarizə aparan komandalar yerli futbolçuların xidmətindən daha “xəsisliklə” istifadə ediblər. Belə ki, “Sabah” və “Turan-Tovuz” 8, ”Zirə” isə 9 yerli futbolçunun xidmətinə ehtiyac duyub. 
“Sabah”da iki futbolçu cəmi iki oyunda – Tellur Mütəllimov (26 dəqiqə), Aleksey İsayev (56 dəqiqə) meydançada olub. Milli komandanın ən fəallarından olan Abudulla Xaybulayev 7 oyunda iştirak etsə də cəmi 156 dəqiqə meydançada olub.
“Turan”ın 8 yerli futbolçusindan 5-i ən çoxu 4 oyunda iştirak edib: Xəyal Nəcəfov 4 oyun (160 dəqiqə),  Şəhriyar Əliyev 3 oyun (109 dəqiqə), Veysəl Rzayev 3 oyun (127 dəqiqə), Fərid Yusifli 3 oyun (69 dəqiqə) və  Adulla Rzayev 2 oyun (125 dəqiqə).
“Zirə” də 5 futbolçu 4 və daha az oyunda meydana çıxıb: Hacıağa Hacılı 4 oyun (160 dəqiqə), Eldar Quliyev 4 oyun (75 dəqiqə), Elçin Əlicanov 3 oyun (120 dəqiqə), Aydın Bayramov 2 oyun (180 dəqiqə) və Rövlan Muradov 1 oyun (18 dəqiqə).
“Araz-Naxçıvan”da 11 oyunun hamsında iştirak edən futbolçu yoxdur. Meydançaya çıxan 10 futbolçudan biri – Tərlan Əhmədzadə 1 oyunda əvəzlənmədən oynayıb. Digər 9 futbolçu 6-9 oyuna çıxıb.
“Qarabağ” əsas gücünü Çempionlar Liqasına yönəltsə də digər iddialılardan daha çox - 10 futbolçunun xidmətindən istifadə edib. Ümumiyyətlə, düşünürəm ki, “Qarabağ” üçün istisnalar olmalıdır, çünki komanda rotasiyalar etmək məcburiyyətindədir. Bu səbəbdən bəzi yerli futbolçular çempionat oyunundan çox Avropa oyunlarında meydançaya çıxırlar.
İndi gəlin milli komandanın son 2 oyununda meydançaya çıxan futbolçuların Avqust ayından (Azərbaycan çempionatı başlayandan) bəri oyun təcrübəsinə baxaq.
- Şahrudin Məhəmmədəliyev – 6 oyun, 540 dəqiqə.
- Bəhlul Mustafazadə - 2 oyun, 180 dəqiqə və Çempionlar Liqası.
- Anton Krivotsyuk – Legoner həyatı yaşayır.
- Elvin Bədəlov – 11 oyun, 972 dəqiqə.
- Rəhman Daşdəmirov – 10 oyun, 752 dəqiqə.
- Qismət Alıyev – 11 oyun, 918 dəqiqə
- Abdulla Xaybulayev – 7 oyun, 156 dəqiqə.
- Emin Mahmudov – 11 oyun, 815 dəqiqə
- Səbuhi Abdullazadə, – 10 oyun, 813 dəqiqə. 
- Xəyal Əliyev – 9 oyun, 378 dəqiqə
- Mustafa Əhmədzadə – 6 oyun, 274 dəqiqə.
- Ceyhun Nuriyev – 8 oyun, 448 dəqiqə
- Nəriman Axundzadə – 7 oyun, 318 dəqiqə və Çempionlar Liqası.
- Renat Dadaşov – Legionerdir.
- Abbas Hüseynov – 2 oyun, 149 dəqiqə.
- Rüfət Abbasov – 11 oyun, 980 dəqiqə.
- Anatoli Nuriyev – 7 oyun, 164 dəqiqə.
- Rüstəm Əhmədzadə – 11 oyun, 889 dəqiqə.
- Rüfət Abdullazadə – Legionerdir. 
- Toral Bayramov – 10 oyun, 599 dəqiqə. Çempionlar Liqasında da kifayət qədər təcrübəsi olub.
Göründüyü kimi, milli çempionatda kifayət qədər oyun təcrübəsi olan futbolçuların, demək olar ki, hamısı (autsayder komandaların oyunçuları istisnadır) milliyə cəlb edilib. Amma heyətdə təcrübəsi xeyli az olan futbolçular da yer alıb. Bunun səbəbləri çoxdur. Məsələn, millidə çox aktiv olan Xaybulayev və Xəyal Əliyev kimi futbolçular öz komandalarında – “Sabah”da kifaəyət qədər oyun təcrübəsi qazana bilmirlər. Bunu yalnız legioner limitinin olmaması və ya baş məşqçinin bu futbolçulara etimad etməməsi ilə izah etmək olar. 
Səbəb hansıdır? Zənnimcə, birinci.
Mən inanıram ki, limit olsaydı, Xaybulayev və Əliyev bütün turlarda əvəzedilmdən oynayardılar. Bu cür misalları turnir cədvəlinin yuxarı hissəsində məskunlaşan bütün komandalara aid etmək olar.
Bu vəziyyəti görəndən sonra milli komandaların baş məşqçilərini (istər yerli olsun, istərsə də əcnəbi) oyuncu seçiminə görə tənqid etmək, ən yaxşı halda insafsızlıqdır. 
Futboçu qıtlığından da şikayətlənmək doğru deyil.  
10 milyondan çox əhalisi olan ölkənin buna haqqı yoxdur. 
Heç kim futbolçu doğulmur. Futbolçunun yetişməsi üçün sistem qurulmalıdır, məktəb olmalıdır. Bu isə nə baş məşqçilərin işidir, nə də medianın. 
Bu, Azərbaycan futbolu üçün məsul olan AFFA-nın vəzifəsidir.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 19 Noyabr 2025 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see686

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

09 Sentyabr 2026 12:17see487

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

09 Sentyabr 2026 19:08see281

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

09 Sentyabr 2026 15:22see279

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

09 Sentyabr 2026 15:28see265

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

09 Sentyabr 2026 16:52see262

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see255

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

09 Sentyabr 2026 15:12see250

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

09 Sentyabr 2026 17:42see249

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see248

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see246

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

09 Sentyabr 2026 15:28see236

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see232

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see227

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see227

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

09 Sentyabr 2026 19:21see223

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see222

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see215

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

09 Sentyabr 2026 16:33see214

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

09 Sentyabr 2026 21:16see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri