Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Ürfan Məmmədli Tramp təlatümü

Ürfan Məmmədli Tramp təlatümü

Icma.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ-nin yeni prezidenti Donald Tramp vəzifəsinin icarasına 50 gün əvvəl başlayıb. Adətən, prezidentlərin fəaliyyətinə ilk 100 gündən sonra qiymət verilir. Tramp istisnadır. Çünki...
Tramp proqnoza yatmayan siyasətçidir. 
Hələ noyabr ayında – ABŞ-də prezident seçkiləri başa çatan kimi Tramp haqqında proqnozlarımı yazmaq istəyirdim. Lakin bunun bir risk olduğunun fərqində idim. Çünki o, artıq bir müddət bu postda olmuş, həmin müddətdə də dünyanın ən mahir proqnozçularını yanılda bilmişdi.
Düşünürdüm ki, Tramp ilk prezidetliyinə sadəcə biznesmen təcrübəsi ilə başladığına görə bəzi davranışları ilə siyasi müşahidəçiləri təəccübləndirmişdi. İndi isə onun həm də 4 illik prezidentlik təcrübəsi var və bu dəfə davranışları daha ölçülü olacaq. 
Amma ilk 50 gün göstərir ki, o dəyişməyib.
50 gündür dünya təlatümdədir. 
Tramp ədalətin yox, gücün dili ilə danışır. O, Amerikanı dünyanın super dövlətinə çevirəcəyini deyir. (Guya indiyə qədər ABŞ super gec deyildi?) Amma açıqlamaları bunun əksini göstərir.
Gəlin onun açıqlamalarının bir hissəsini xatırlayaq:
- Kanada ABŞ-nin əyaləti olmalıdır.
- Qrenlandiya ABŞ-yə birləşdirilməlidir.
- Panamaya ABŞ nəzarət etməlidir.
Bunlar işğalçı açıqlamalardır. Bu o deməkdir ki, hər kəs gücü yetdiyi qədər əraziləri işğal edə bilər. İndiyə qədər bütün ABŞ prezidentlərinin dövlətlərin ərazi bütövlüyünü, suverenliyini, insan haqlarını önə çıxardıqlarını görmüşük. Tramp özündən əvvəlki prezidentləri inkar edir.
XX əsrin əvvəllərinə qayıdaq. Dünyada 2 qütb var: kapitalizm düşərgəsi, sosializm düşərgəsi.
Bir tərəfdə SSRİ, diğər tərəfdə başda ABŞ olmaqla qərb dövlətləri. ABŞ SSRİ-ni özü üçün təhlükə sayır, onu məhv eləmək üçün NATO təsis edir. Dünyada bir nizam yaratmaq üçün BMT qurulur. 
ABŞ uzun müddət sosializm düşərgəsi ilə mübarizə aparır və nəhayət, SSRİ süqut edir.
İndi SSRİ yoxdur, onun varisi olan Rusiya var. Rusiya SSRİ-nin siyasətini davam etdirir. 
İndi gəlin Trampın daha bir neçə açıqlamasını yada salaq.
- Müharibəni Rusiya yox, Ukrayna başladıb.
- Ukrayna NATO-ya üzv olmamalıdır.
- Ukraynaya silah verilməsini dayandırırıq.
- Kəşfiyyat materialarını Ukrayna ilə bölüşməyi dayandırırıq.
- Rusiya bizim üçün təhlükə deyil, bizim aramızda okean var, Avropa təhlükəsizliyini özü təmin etməlidir. (NATO-dan dolayısı ilə imtina).
- BMT-dən çıxa bilərik.
Baxın, bu açıqlamaların hamısı Rusiyanın istəyidir. Tramp rus dilində danışır.
Rusiya NATO-nun dağılması üçün neçə illərdir çalışır, Tramp isə onu həyata keçirmək məramını elan edir. Ukraynaya silah tədarükünün və kəşfiyyat materiallarının verilməməsi Rusiyanı gücləndirmək deməkdir, SSRİ-nin süqutu ilə aradan qalxan rəqib qütbün yenidən canlandırılması deməkdir. 
Yəni Trampın 50 gündə yaratdığı təlatümü heç bir rus casusu bacarmazdı.
Tramp rus casusudurmu?
Bunu iddia etmək üçün əlimizdə tutarlı faktlar yoxdur. Əksinə, Tramp ABŞ xalqı tərəfindən seçilmiş prezidentdir.
Bəs ABŞ xalqı yuxarıda xatırlatdığımız açıqlamaları dəstəkləyəcəkmi?
ABŞ xalqı özünün istəklərini həyata keçirmək üçün prezident seçir. 
Prezident xalqın istəyinin əleyhinə gedə bilməz. Bu, Amerkianın yüz illərlə oturuşmuş, sınanmış siyasətidir.
Yuxarıda qeyd etdim ki, Tramp proqnozlara yatmayan siyasətçidir. Ona görə də onun sabahına proqnoz verməyə risk etmirəm.  
Amerikan xalqı isə düşmənini diriltmək istəməz. Amerikalılar NATO-nun dağılmasına razı olmaz, Avropanın düşmənə çevriməsini qəbul etməz. 
Amerika prezidenti Amerika xalqının xidmətçisi olmalıdır, başqa yol yoxdur.
Tramp Amerika xalqının xidmətçisi olmağı qəbul etməsə, 2028-ci ilin noyabrını gözləməyə xalqın hövsələsinin çatacağı inandırıcı görünmür.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:199
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 12 Mart 2025 12:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see717

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see681

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see680

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see517

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see492

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see485

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see473

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see415

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see367

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see358

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see357

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see349

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see346

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see339

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see337

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see334

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see330

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see328

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see319

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see307
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri