Icma.az
close
up
RU
Ürfan Məmmədli Limitsizlik ümidsizlik

Ürfan Məmmədli Limitsizlik ümidsizlik

Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Futbol təkcə bir oyun deyil, həm də biznes sahəsidir.
Futbolla böyük pullar qazanmaq mümkündür. Bunun üçün uzun və məşəqqətli yol keçməlisən.
Bizim futbolumuz o yola hələ çıxmayıb. Çıxmayıbsa, deməli, onun məşəqqətlərinə də hələ rast gəlməyib.
Azərbaycan futbolunda inkişafa nail olmaq üçün irimiqyaslı islahatlara ehtiyac var.
AFFA-nın yeni rəhbərliyi (yeni deyəndə düzmü deyirəm?) iş başına keçəndə çoxumuz düşündük ki, arxada qalan illərin təcrübəsindən ibrət götürüb yeni dönəmə başlayacağıq. Amma yeni rəhbərlik də işə, sələfləri kimi, milli komandanın baş məşqçisi postuna əcnəbi gətirməklə başladı.
Bu o deməkdir ki, yeni rəhbərlik də futbolun inkişafını milli komandanın qazanacağı 3-5 qələbədə görür.
Futbolu bir piramidaya bənzətsək, milli komanda onun təpə nöqtəsi olar. Təpəyə çatmaq üçün isə öncə təməl atılmalıdır. Bizim futbolun təməli, demək olar ki, yoxdur.
İndiyə qədər AFFA-ya rəhbərlik edənlərin heç biri bu təməl haqqında düşünməyib. Onlar təməlsiz təpə ilə əlləşmək yolunu tutublar.
Yeni rəhbərliyin ikinci addımı inkişaf strategiyasını təqdim etmək oldu. Düşünmək olardı ki, bu strategiya islahatların başlanğıcı olacaq. Təəssüf ki, bu da olmadı. Xatırladım ki, indiyə qədər bir dəfə buna oxşar “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı” adlı bir sənəd görmüşük. Həmin proqram yerinə yetirildimi?
Bu suala cavab tapmaq üçün arxivə səyahət edib 2005-ci ildən sonra tarix səhnəsindən silinən futbol komandalarımızın (klublarımızın) sayını öyrənmək kifayət edər.
Əslində dövlət proqramı adlandırdığımız həmin sənəd direktivlərdən ibarət idi. Yəni həmin sənəd futbolun necə inkişaf etdiriləcəyini yox, problemləri və onların aradan qaldırılmasının lazımlığını göstərirdi.
Yeni strategiyada da inkişafa dair pafoslu sözlər çoxdur, amma inkişafın necə və hansı müddətdə təmin ediləcəyi göstərilməyib.
AFFA-nın 3-cü addımı güclülər dəstəsində (Premyer Liqada) komandaların sayının 12-yə çatdırılması oldu. Bunu irəliyə doğru addım hesab etmək olar, amma islahat saymaq olarmı? Bilmirəm.
4-cü addım: Legioner limiti ləğv edildi.
Bu addımın həm tərəfdarları, həm də əleyhdarları var.
Tərəfdarların ən böyük arqumenti odur ki, yerli futbolçulara yüksək maaş verilir, ona görə də onlar ölkə xaricinə çıxmaq istəmirlər. Limit də heyətdə yerli futbolçuların olmasını məcburi edir ki, bu da onların öz üzərlərində işləməsinə ehtiyac olmamasına imkan yaradır. Yəni yerli futbolçular arxayınlaşırlar ki, onlar mütləq oynayacaqlar.
Bu, mənə görə gülməli arqumentdir. Bu, inkişaf üçün yox, yerli futbolçulara qarşı atılmış addım təsiri bağışlayır. Hazırkı əsasnaməyə görə, güclülər dəstəsi komandalarının heyətində 4 azərbaycanlı futbolçunun iştirakı məcburidir. Ölkədə bütün liqaları nəzərə alsaq, qeydiyyatdan keçən 3 mindən çox futbolçu var. (Deyirlər ölkədə futbolçu qıtlığı var!!!) Bu 3 min futbolçunun yetişməsi üçün şərait varmı? Yoxdur. (17-18 yaşından sonra ölkədə yoxa çıxan perspektivli futbolçuların sayını bilirsinizmi? Bunu bilmək üçün sahibsiz qalan, öz inersiyası ilə davam edən uşaq futbolunu izləmək lazımdır). Araxdan gələn 3 min futbolçuya 4 yeri də çox görmək nə deməkdir? Həmin uşaqlar ustalıqlarını ustalardan ibarət komandalarda davam etdirməlidirlər. Ustalardan ibarət komandalarda isə azərbaycanlı futbolçuya artıq ehtiyac olmayacaq. Onlar tam yetişmək üçün xarici klublara üz tutmalıdırlar? Necə? Axı onlar hələ tam cilalanmayıblar. Onalrı xarici klublara kim dəvət edəcək? Heç Azərbaycanın gənc futbolçularını izləmək üçün bura gələn xarici seleksiyaçı görmüsünüz? Azərbaycan futbol məktəbi elə bir səviyyəyə çatmalıdır ki, xarici seleksiyaçılar bura gəlməyə məcbur olsunlar. Həmin səviyyə olsa, güclülər dəstəsi komandalarında oynayan yerli futbolçular da rəqabət olduğunu hiss edərlər.
Avropa ilə müqayisədə bizim futbolçulara verilən maaş çox cüzidir. Avropada oynamaq qabiliyyətində olan azərbaycanlı futbolçunu heç bir güc bu cüzi maaş qarşılığında burada saxlaya bilməz. Limiti ləğv eləmək isə az-çox istedadı olan futbolçunu da məhv edəcək.
Limiti Braziliya, Serbiya, qonşumuz Gürcüstan kimi ölkələrin federasiyası ləğv edərsə, buna arqument tapmaq olar. Dünyanın harasına baxsan, braziliyalı, serbiyalı futbolçular görərsən. Xaricdə qonşu Gürcüstanın 400-dən çox futbolçusu oynayır. Ermənistan milli komandasının da heyətinin böyük hissəsini xaricdə oynayan futbolçular təşkil edir. Bu ölkələrdə limitin ləğvi futbola zərər verməyə bilər. Çünki seçim imkanları var.
Bəs bizim? Milli komandaya oyunçu seçmək üçün hara gedəcəyik? Xaricdə oyunçumuz var?
Kim təminat verir ki, bundan sonra xaricdən topa zərbə vurmağı bacaranları futbolçu adı ilə bura gətirməyəcəklər.
“Kəpəz”, “Səbail”, “Şamaxı”, “Sumqayıt” kimi komandalardakı legionerlər bizim futbolçulara nə ilə örnək ola bilərlər?
Yaxşı ki, legionerlər üçün rüsumlar nəzərdə tutulub. Yoxsa...
Azərbaycan futbolundakı limitsizlik məndə ümidsizlik yaradır.
Yaşayarıq, görərik...
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:332
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 08 Fevral 2025 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see358

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see338

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see338

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see335

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see290

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see280

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see268

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see266

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see260

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see259

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see242

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see224

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see220

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see214

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see213

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see201

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see198

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see196

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see195

Səhiyyə üçün 9 milyona yaxın vəsait ayrılır

30 Oktyabr 2026 17:31see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri