Icma.az
close
up
RU
Ürfan Məmmədli “Sabahın ulduzları” yenidən parlamağa başladı

Ürfan Məmmədli “Sabahın ulduzları” yenidən parlamağa başladı

Yeniavaz portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Uzun fasilədən sonra yenidən bərpa olunan “Sabahın ulduzları” layihəsində Bakı Kuboku yarışlarına  yekun vuruldu.
İki yaş qrupunda keçirilən yarışlarda üst-üstə 24 komanda iştirak edirdi. Onlardan 12-si peşəkar futbol klublarını deyil, futbol məktəblərini təmsilçiləridir. Bakı Futbol Federasiyasının (BFF) AFFA ilə birgə təşkil etdiyi bu yarışlarda istisna hal kimi 2 region komandası  – “Sumqayıt” və “Qəbələ” komandaları da mübarizəyə qoşulmuşdular. 
Yarışlarda iştirak üçün U-14 qrupunda 281, U-15 qrupunda isə 302 gənc futbolçu sifariş olunmuşdu. İki yaş qrupunda 583 futbolçunun iştirakı “Azərbaycanda futboçu qıtlığı var” deyənlərə tutarlı cavabdır. Nəzərə almaq lazımdır ki, bu yarışlar təkcə Bakı regionunu əhatə edir. Bölgələrdə futbol oynamaq arzusu ilə alışıb yanan uşaqları da bura əlavə etsək bir futbolçu ordusuna sahib olduğumuzu demək olar.
Hər iki qrupda komandalar, peşəkar liqalarada olduğu kimi, oyuna 11 nəfərlə çıxıb, FİFA standartlarına uyğun ölçülü meydançada mübarizə aparıblar. 
Yarımfinala vəsiqə qazanmış 8 komandadan 5-i peşəkar futbol klublarının, 3-ü isə futbol məktəblərinin təmsilçiləridir. 
U-14 qrupunda peşəkar klubların təmsilçiləri ilə sona qədər layiqli mübarizə aparan “Azərbaycan Qartalları” komandası yarımfinala vəsiqəni yalnız sonuncu oyunun 80+1-ci dəqiqəsində qol buraxmaqla əldən verdi. 
Bu isə onu göstərir ki, uşaq-gənclər futbolunda peşəkar klublarla rəqabət apara bilən futbol məktəblərimiz var, onlara dəstək artırılsa və “Sabahın ulduzları” kimi layihələr bölgələrdə də təşkil olunsa, gələcəyə nikbin baxa bilərik. 
U-14 qrupunda ilkin mərhələdə 70 oyun keçirilib. Bu oyunlarda qapılara 357 qol vurulub. Bu qədər qolu 111 futbolçu vurub. Ən məhsuldar oyunçu “Neftçi”nin hücumçusu Adil Şabanov olub. Onun hesabında 23 qol var. 2-ci yerdə 16 qolla “Qarabağ”ın hücumçusu, özünü Bayıl uşağı sayan azərbaycanlı-nigeriyalı Ceyms Eziyaşidir. Bombardirlər siyahısında 3-cü yerdə 15 qolla Hünər Səmədli (“Ulduz”) gəlir. Onu 12 qolla Emir Əmirxanov (“Azərbaycan Qartalları”) izləyir.
U-15 qrupunda da 70 oyun keçirilib. Bu qrupda qapılara 328 qol vurulub. Qollara 113 futbolçu imza atıb. Burada bombardirlər siyahısına 15 qolla neftçili İlham Qubadov başçılıq edir. Əli Hüseynov (“Zirə”) və Şahin Qasımzadə (EFA) 12 qolla 2-ci-3-cü yeri bölüşdürürlər. Yusuf Ağayevin (“Sabah”) hesabında 11 qol var. 
Oyunları 4 hakimdən ibarət hakimlər briqadası idarə edirdi. Ümumiyyətlə, bu layihədə 50-yə qədər gənc hakim sınaqdan keçirildi. AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov bildirib ki, “Sabahın ulduzları” gənc hakimlərin sınaqdan keçirilməsi üçün yüksək səviyyəli bir poliqon və tramplin rolunu oynadı. 
Bir qrup futbol mütəxəssisi tərəfindən “Sabahın ulduzları” Bakı Kubokunun nominasiyalar üzrə ən yaxşıları müəyyənləşdirilib.
U-14 YAŞ QRUPU
Ən yaxşı qapıçı – Hüseyn Qurbanov (“Qarabağ” FK)
Ən yaxşı müdafiəçi – Ramiz Qarayev (“Sabah” FK)
Ən yaxşı yarımmüdafiəçi – İbrahim Müzəəffərli (“Qarabağ” FK)
Ən yaxşı hücumçu – Hünər Səmədli (“Ulduz” FA)
Bombardir – Adil Şabanov (“Neftçi” PFK) – 23 qol
Ən yaxşı oyunçu – Uğur Hüseynli (“Ulduz” FA)
“Sabahın Ulduzu“ mükafatı – Emir Əmirxanov (“Azərbaycan Qartalları” FK)
U-15 YAŞ QRUPU
Ən yaxşı qapıçı – Yusif Məmmədli (“Qarabağ” FK)
Ən yaxşı müdafiəçi – Asif Allahverdizadə (“Ulduz” FA)
Ən yaxşı yarımmüdafiəçi – Hüseyn Novruzlu (EFA)
Ən yaxşı hücumçu – Yusif Əlizadə (“Ulduz” FA)
Bombardir – İlham Qubadov (“Neftçi” PFK) – 15 qol
Ən yaxşı oyunçu – Emil Quliyev (“Neftçi” PFK)
“Sabahın Ulduzu“ mükafatı – Şahin Qasımzadə (EFA)
Qeyd etmək lazımdır ki, bütün oyunlar BFF-nin Yutub kanalı (bir neçə oyun, o cümlədən hər iki final oyunu CBC-Sport kanalı) vasitəsi ilə canlı yayınlanıb. Təkcə final qarşılaşmasını Yutub kanalında 8 minə qədər tamaşaçı izləyib. Bu da Azərbaycan uşaq futbolu tarixində bir ilkdir.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:97
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 06 Oktyabr 2026 15:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see397

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see310

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see308

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see289

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see287

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see278

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see256

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see255

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see253

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see243

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see238

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see236

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see235

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see229

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see228

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see223

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see218

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see215

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see211

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri