Urmu gölünün quzey hissəsi tamamilə quruyub
Xalqcebhesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ətraf mühit fəallarının yaydığı yeni görüntülər və məlumatlar göstərir ki, Urmu gölünün keçən il hələ də su olan quzey hissəsi indi tamamilə quruyub.
Gunaz.tv
Ətraf mühit fəalı Mohsen Qasid 2025-ci ilin iyun ayında Urmu gölünün hazırkı durumunun görüntülərini dərc edərək gölün quruması prosesinin sürətləndirilməsi ilə bağlı xəbərdarlıq edib. Peyk və çöl görüntülərinin müqayisəsi göstərir ki, ötən ilin iyun ayında gölün 35 santimetrə qədər su olan quzey hissəsinin böyük hissələri indi tamamilə quruyub.
Yayımlanan görüntülər arasında əvvəllər dayaz su içində qalan və hazırda tamamilə quru ilə əhatə olunmuş “Həmzə” gəmisinin vəziyyəti böhranın şiddətinin simvolu kimi qeyd edilib.
İran rəsmilərinin Urmu gölünün qəsdən qurudulması fəlakətinin simvollarından birinə çevrilən bu gəmiyə İran bayrağını sancması diqqət çəkir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 12 İyun 2025 17:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















