Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Samiq Sadıxov vəzifəsindən azad edildi

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Ürünq Ayıqsıt: Türk mifologiyasında bərəkət və ilahi güc

Ürünq Ayıqsıt: Türk mifologiyasında bərəkət və ilahi güc

Turkstan.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Zəhra HƏSƏNOVA
Araşdırmaçı

Türk mifologiyası zəngin və qədim inanc sisteminə sahibdir. Bu mifologiya, xüsusilə qadın obrazlarının mərkəzdə dayandığı, təbiət, həyat və bərəkətin qoruyucuları olaraq təsvir edildiyi bir quruluşa əsaslanır. Türk inanc sistemində qadınlar yalnız ailə və cəmiyyətin əsas dayaq nöqtələri deyil, həm də təbiət güclərinin, həyatın və məhsuldarlığın ilahi simvolları və təmsilçiləridir. Qədim türk inancında qadın fiqurları, əksər hallarda, öz gücləri ilə təbiət hadisələrinə, həyatın qorunmasına və məhsuldarlığa təsir edən varlıqlardır. Bu varlıqlar həm ilahi, həm də fövqəltəbii xüsusiyyətlərə malikdirlər və bəzən insan dünyası ilə təbiət arasında bir körpü rolunu oynayırlar.

Türk mifologiyasının ən mühüm qadın simvollarından biri olan Umay Ana həyatın yaradılışı və qorunması ilə əlaqələndirilir. O, təbiətin və insan həyatının qoruyucusu kimi təsvir edilir. Əfsanələrə görə, Umay Ana, həyatın başlanğıcı və bərəkətin simvoludur. Onun vasitəsilə, qadınlıq və analıq yalnız ailə və cəmiyyət üçün deyil, həm də təbiətin dövrü və tarazlığını təmin etmək üçün əsas amillərdən biri kimi qəbul edilir.

Bununla yanaşı, BörüAna tülkü və canavarlarla əlaqələndirilən, həm qəhrəmanlıq, həm də güc simvolu olan bir qadın obrazıdır. O, xüsusilə müharibə və döyüş sahələrində strategiyanın mühafizəsi və qorunmasına dair təsir gücünü təmsil edir. Börü Ana, həm də həyatın və təbiətin sərtliyini və çətinliklərini simvolizə edərək, qadının gücünün və iradəsinin səmərəli şəkildə təbiət hadisələrinə müdaxilə edə biləcəyini göstərir. Onun bu rolunu, həm təbiət qanunlarına, həm də insan həyatına olan müdaxiləsi ilə əlaqələndirmək mümkündür.

Qadın fiqurları, yalnız ailə və cəmiyyəti deyil, həm də təbiət və onun qanunlarını qorumağa çalışan ilahi varlıqlar olaraq ortaya çıxır. Onlar bəzən həyatın başlanğıcı, bəzən isə onun bərpası və qorunması üçün mühüm bir vasitə kimi qəbul edilir. Bu inanc qadının yalnız insan cəmiyyətində deyil, təbiətin özündə də bərpaedicilik rolunu oynadığını göstərir. Türk mifologiyasında qadınların bu mühüm rolu, qadınların gücünü, iradəsini və təbiətə olan dərin bağlılıqlarını vurğulayır.

Ürünq Ayıqsıt, Yakut mifologiyasının əsas qadın fiqurlarından biri olaraq xüsusilə diqqəti cəlb edir. "Ürünq" sözü ağ və bəyaz rəngi, "Ayığ" isə "ay" (yaratmaq) kökünü daşıyaraq yaradıcı mənasını bildirir. Hərfi tərcüməsi "Ağ yaradıcı qadın" və ya "Parlaq ağ tanrıça" olaraq verilir. Bu obraz Həyat Ağacı ilə sıx bağlıdır və yeni doğulan körpələrə həyat vermək gücünə malikdir. Bəzi mənbələrə görə, Ayıqsıt doğumdan sonra ilk üç gün ərzində ananın yanında qalır. Bu müddət ərzində o, göydən bəyaz rəngli su (həyat suyu) gətirərək qadının üzünə tökür, beləliklə pis ruhları uzaqlaşdırır. Eyni zamanda, göydən aldığı xüsusi bir qut ilə yeni doğulmuş körpəyə can verir. Bu aktın müqabilində Yakutlar çadırlarında onun şərəfinə ət və yağla dolu qablar qoyur, qurbanlar kəsirlər.

Tanrıça Ayıqsıt yalnız insanları deyil, həm də heyvanları və onların balalarını qoruyur. Gözəllik və yaradıcılığın təmsilçisi olaraq, Ürünq Ayıqsıtın göyün üçüncü qatında yaşadığına inanılır. Bu səbəbdən onu çox vaxt şumer mifologiyasındakı İştar və yunan mifologiyasındakı Afrodita ilə müqayisə edirlər. Onun aparıcı simvolu qu quşudur. Bir yakut əfsanəsində deyilir ki, bu tanrıça ağ tülünü üzərinə saldıqda qu quşuna çevrilir, tülünü çıxardıqda isə gənc bir qıza dönüşür. “Dədə Qorqud” dastanındakı Tülü Quş obrazı da məhz onunla – tanrıça Ayıqsıtla əlaqələndirilir. Ümumilikdə, türk mifologiyasında Umay və digər qadın obrazlarının simvolu olan su quşları (durna, qaz, qu quşu və s.) Ayıqsıtın təbiətini və qüdrətini simvolizə edir. Məşhur ərəb səyyahı İbn Fadlan da başqırdların durnaya olan sitayişindən yazaraq Ayıqsıtın türk mədəniyyətindəki təsirini şəkildə göstərir.

Başqa bir əfsanəyə görə, Ayıqsıt öz sarayında xüsusi ruhlar tərəfindən qorunur. Hər il, şamanlar yayda ağ, qışda isə qara geyinərək Ayıqsıt bayramını qeyd edirlər. Türklər üçün müqəddəs və əvəzolunmaz heyvanlardan biri olan at da bu tanrıça ilə sıx əlaqələndirilir. O, zaman-zaman gümüş rəngli atına minərək yer üzünü dolaşır, bütün qadınlara, uşaqlara və canlılara yardım edir. Lakin əxlaqi dəyərlərini unudan və öz xalqından uzaqlaşan qadınlara kömək etməyəcəyini bildirərək onları öz talelərinin axarına buraxır. Bu, Ayıqsıtın yeganə və dəyişməz qanunudur.

Türk mifologiyası, zəngin və müxtəlif inanc sistemlərinə sahib olduğu kimi, qadın obrazlarının da çoxsaylı və çoxşaxəli olduğunu göstərir. Ayıqsıt Xatun, Ayıqsıt Ana və Ayıqsıt Xan adları ilə tanınan bu fiqur, yalnız yakutlar arasında deyil, həm də Orta Asiya və altay türkləri arasında sevgi, gözəllik və təbii gücün simvolu olaraq qəbul edilir. Ayıqsıt, özünün unikal xüsusiyyətləri ilə türk mifologiyasında xüsusi bir yer tutur. Bu obrazın təbiətin müxtəlif aspektlərinə, xüsusən də həyatın gözəlliyinə və işığına olan dərin təsiri vurğulanır.

Ayıqsıt Xatun və onunla əlaqəli miflər, yalnız onun cazibədarlığını və gözəlliyini deyil, həm də onun gücünü və yüksək mövqeyini təmsil edir. Miflərə görə, Ayıqsıt qədim türk əfsanələrində, xüsusən də Ürünq AyığToğon ilə evliliyi ilə xatırlanır. Bu evlilik, iki qüdrətli və müdrik varlığın birləşməsi kimi təsvir edilir və türk mifologiyasının şərtlərinə görə, onların arasında qurulan əlaqə bərəkət və harmoniyanı təmin edir. Ayıqsıtın bu kimi obrazlarla əlaqələndirilməsi, onun həyatın və təbiətin müxtəlif aspektlərinə müdaxilə etmək gücünü göstərir.

“Oğuz Xaqan” dastanında isə Ayıqsıt, daha çox işıq və göy qüvvələri ilə əlaqələndirilir. Ayıqsıt, işıq vasitəsilə göydən yerə endirilən bir qadın olaraq təsvir edilir. Bu təsvir onun ilahi və qeyri-adi bir mövqeyə sahib olduğunu göstərir, çünki o, işıq vasitəsilə və göy qüvvələrinin müdaxiləsi ilə dünyaya gəlir. Bu, Ayıqsıtın həm bəşəriyyətin yaradılışı ilə, həm də təbiət hadisələri ilə bağlı xüsusi rolunu vurğulayan bir simvolizmdir.

Bir digər mühüm cəhət isə Ayıqsıtın Ülgənin yaradılış prosesindəki rolu ilə bağlıdır. Ülgən, qədim türk inancına görə, dünyanı yaradan tanrıdır. Ayıqsıtın, Ülgən dünyanı yaradarkən "Göy Ana" adlandırılan bir mifik varlıqdan güc aldığı bildirilir. Bu, Ayıqsıtın tanrılar aləmindəki yüksək mövqeyini və onun yalnız bəşəriyyətə deyil, həm də göy qüvvələrinə olan yaxınlığını göstərir. "Göy Ana" obrazı, Ayıqsıtın ilahi bir varlıq olaraq həm təbiət, həm də həyat qüvvələrini təsir edə bilən bir rol oynadığını sübut edir. Bu da onun gücünün, bir qadın obrazı olaraq kişilərdən daha üstün bir mövqedə olduğunu göstərən mühüm bir simvolik elementdir.

Ayıqsıt, türk mifologiyasındakı qadın tanrıçalar arasında bənzərsiz bir yer tutur. O, sevgi, gözəllik, işıq və təbiətin tarazlığını simvolizə edərək, həm də məişət, həm də təbiət hadisələrindəki ilahi müdaxilələri ilə öz gücünü nümayiş etdirir. Bu cəhətlər, onu yalnız Orta Asiya və altay türkləri arasında deyil, həm də türk mifologiyasının bütünlükdə vacib bir fiquru halına gətirir. Ayıqsıtın obrazı, qadınlıq və ana rolu ilə əlaqədar müsbət təsvirləri ilə türk mifologiyasının əhəmiyyətli bir parçasıdır. Bu, onun əvəzolunmaz yerini daha da möhkəmləndirir və türk mədəniyyətinin dərinliklərində öz izini buraxır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 04 Mart 2025 12:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see312

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see261

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see252

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see239

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see236

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see204

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see201

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see183

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see174

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see164

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see153

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see152

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see151

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see149

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see129

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see127

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see126

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see125

Samiq Sadıxov vəzifəsindən azad edildi

01 Dekabr 2025 14:54see125

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri