Icma.az
close
up
RU
Menu

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

Bankların keşbek faizləri Yanvar 2026

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

Qızılın bahalaşması davam edir

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

Türk dünyasında yeni sülh və güc arxitekturası

Türk dünyasında yeni sülh və güc arxitekturası

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu coğrafiya təkcə enerji xətlərinin deyil, sabitlik marşrutunun da xəritəsidir

Türk Dövlətləri Təşkilatının 12-ci Zirvə görüşündə Prezident İlham Əliyevin Vaşinqtonda 8 avqustda Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanmasının Cənubi Qafqazı “sülh məkanına” çevirəcəyinə dair səsləndirdiyi fikirlər görüşü həm taktiki, həm də strateji dönüş nöqtəsinə çevirir. Sual ortaya çıxır: İlham Əliyevin formalaşdırdığı bu siyasət xətti regionda passiv gözləmə taktikasını dəyişdirərək davamlı sülh arxitekturası yarada bilərmi?

Cavab axtarışı üç əsas müşahidə üzərində qurulmalıdır. Birincisi, İlham Əliyevin çıxışı sülhü infrastruktur və təhlükəsizlik şəbəkələri vasitəsilə möhkəmlənməli olan çoxsahəli proses kimi təqdim edir. Bu məntiqə görə TRIPP, Orta Dəhliz və Şimal–Cənub nəqliyyat marşrutları, enerji ixracı və “yaşıl enerji” təşəbbüsləri yalnız iqtisadi layihələr deyil, eyni zamanda, geosiyasi sabitliyə xidmət edən strateji alətlərdir. İkincisi, Prezidentin TDT çərçivəsində təklif etdiyi birgə hərbi təlimlər və təhlükəsizlik əməkdaşlığı ideyası sülhün “müdafiəsi” konsepsiyasını gündəmə gətirir: Sülh müqaviləsinin paraflanması ilə yanaşı, onun qorunması üçün reallıqda güc, koordinasiya və qarşılıqlı bağlılıq tələb olunur. Üçüncüsü, Bakı üçün sülh gündəliyi daxili legitimlik və xarici strateji reallıqları uzlaşdıran xarici siyasət vasitəsidir. Bu, həm milli narrativin, həm də türk dünyamiqyaslı strateji maraqların sintezidir.

Amma kritik sual qalır: Bu strateji niyyətlər institusional çevikliyə və geosiyasi problemləri idarə etməyə kifayət edəcəkmi? Analitik cavab sadə deyil: Potensial var, lakin reallaşması institusional güc, üzv dövlətlərin maraqlarının sinxronizasiyası və qlobal oyunçularla məharətli manevr tələb edir. Türk Dövlətləri Təşkilatının 12-ci Zirvəsi bu ambisiyaları müəyyənləşdirir; lakin onların praktik çevrilməsi növbəti addımların məntiqində – TDT-nin infrastruktur layihələrinin icrasında və diplomatik koordinasiyada gizlidir.

Zirvə görüşündə səslənən fikirlərdən aydın görünür ki, İlham Əliyev TDT-ni yalnız mədəni birlik və ya ortaq tarixi platforma kimi deyil, regional güc sinxronizasiyasının mərkəzi kimi görür. O, təşkilatı sülh və təhlükəsizlik baxımından kollektiv məsuliyyət modelinə çevirmək istəyir. İlham Əliyevin çıxışındakı bir detal diqqətəlayiqdir: “2026-cı ildə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsi” təklifi. Əslində, bu fikir TDT-nin siyasi gündəliyini dəyişdirir. Əgər əvvəllər təşkilat iqtisadi və humanitar inteqrasiya ilə məhdudlaşırdısa, indi təhlükəsizlik ölçüsü gündəliyin mərkəzinə çıxarılır. Bunlar iki strateji məqsədə xidmət edir: Birincisi, regionda xarici hərbi təsirlərdən asılılığı azaltmaq; ikincisi isə üzv dövlətlər arasında real təhlükəsizlik bağlılığı formalaşdırmaq.

Lakin sual yaranır: Belə bir təşəbbüs türk dövlətləri arasında real hərbi koordinasiya yarada bilərmi? Analitik baxımdan cavab bir neçə faktora bağlıdır. Əvvəla, Azərbaycan artıq Türkiyə ilə 25-dən çox birgə hərbi təlim keçirməklə praktik baza formalaşdırıb. Həmin təcrübə TDT çərçivəsində çoxmillətli formata çevrilərsə, təşkilat ilk dəfə regional təhlükəsizlik sisteminə bənzər bir struktur qura bilər. İkincisi, Prezidentin vurğuladığı kimi, “bugünkü dünyada hərbi güc müstəqilliyin əsas amilidir” – bu, postsovet geosiyasətində balanslı, lakin realist yanaşmadır. Yəni Azərbaycan “sülhü qorumaq üçün güc” prinsipini normallaşdırır.

Bununla belə, İlham Əliyevin liderlik modelinin fərqləndirici cəhəti sərt gücü “yumşaq inteqrasiya” ilə tarazlaşdırmaq cəhdidir. Onun nitqində enerji, nəqliyyat və iqtisadi əlaqələrin təhlükəsizliklə eyni kontekstdə təqdim edilməsi təsadüfi deyil. Prezident açıq mesaj verir: Sabitlik yalnız silah balansı ilə deyil, qarşılıqlı asılılıqla təmin olunur. Orta Dəhliz və TRIPP bu yanaşmanın konkret ifadəsidir – hər iki xətt həm iqtisadi, həm də geosiyasi sabitliyin infrastruktur dayağıdır.

Mövcud modelin uğuru həm də TDT-nin institusional çevikliyinə bağlıdır. Burada Prezidentin təşəbbüskarlığı təşkilat daxilində yeni düşüncə formalaşdırır: İnteqrasiya artıq mədəni bağlardan deyil, praqmatik təhlükəsizlik və iqtisadi rasionalizmdən qidalanmalıdır.

***

İlham Əliyevin çıxışında diqqətçəkən başqa bir strateji xətt enerji siyasətidir. Prezident bir daha vurğuladı ki, Azərbaycanın enerji resursları sadəcə iqtisadi gəlir mənbəyi deyil, regional sabitliyin siyasi təminatıdır. Əslində, bu yanaşma postsovet məkanında bənzəri az olan bir yanaşmadır: Enerji rıçaqları artıq geosiyasi təsir vasitəsinə çevrilib, amma bu dəfə təzyiq yox, inteqrasiya aləti kimi.

Bəs enerji resursu sülhü təmin edə bilərmi? Ənənəvi baxışda enerji rəqabət və qarşıdurma amili sayılır. Lakin Azərbaycan modelində bu, əksinə, qarşılıqlı asılılıq yaradan vasitəyə çevrilib. Bakı–Tbilisi–Ceyhan, Cənub Qaz Dəhlizi və indi Orta Dəhliz – bunların hamısı təhlükəsizlik arxitekturasının iqtisadi sütunlarıdır. Prezidentin ifadəsi ilə desək, “enerji həm körpü, həm də sabitlik faktorudur.” Elə bu məntiq TDT çərçivəsində strateji dərinlik qazanır. Türk dünyası artıq enerji xətlərinin coğrafiyası deyil, sabitlik marşrutunun xəritəsidir. Qazaxıstan neftinin Bakı vasitəsilə Avropaya daşınması, türkmən qazının TANAP-a qoşulma perspektivi – bunlar alternativ enerji geosiyasətinin başlanğıcıdır. Hazırkı mənzərədə Azərbaycanın rolu dəyişərək regional təhlükəsizliyin təminatçısına çevrilib. Çünki enerji sabitliyi olmadan sülh də davamlı ola bilməz. Əslində, enerji diplomatiyası bu gün Azərbaycanın ən güclü siyasi alətidir. Amma bu alət yalnız o zaman effektiv olur ki, təhlükəsizliklə paralel irəliləsin.

Qəbələdə səslənən mesajların arxasında təkcə sülhə çağırış yox, həm də yeni güc balansının konturları dayanırdı. İlham Əliyev əslində, Cənubi Qafqazı “sabitlik adasına” çevirmək ideyasını irəli sürərkən, bunun təkcə Azərbaycan–Ermənistan münasibətlərinin normallaşması ilə məhdudlaşmadığını göstərdi. Maraqlıdır ki, postmünaqişə dövründə Azərbaycan sülh təşəbbüslərini regional liderlik strategiyasına necə çevirir? Cavab, ilk növbədə, onun müstəqil xarici siyasət kursunda gizlidir. Bakı nə Qərbin, nə də Rusiyanın orbitində tam yer almadan, hər iki tərəflə balanslı münasibət saxlayaraq türk inteqrasiyasını üçüncü alternativ kimi irəli sürür.

Türk dünyası bu güc harmoniyasını qorumaq üçün nə qədər institusional çevikliyə malikdir? Əgər TDT iqtisadi əməkdaşlıqdan təhlükəsizlik inteqrasiyasına keçə bilsə, o zaman regionda yeni asimmetrik balans yaranacaq – nə NATO, nə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı bu qədər mədəni-siyasi həmrəyliyi təmin edə bilir. İlham Əliyevin çıxışının əsas siyasi mesajı da budur: “Türk dünyası öz təhlükəsizlik sistemini özü formalaşdırmalıdır”. Çünki XXI əsrin güc sistemində artıq müttəfiqlik kağız üzərində deyil, qarşılıqlı etimada əsaslanmalıdır.

Qəbələdə səslənən çıxışın tonunda sadəcə siyasi diplomatiya yox, tarixi özünüdərkin manifesti vardı. İlham Əliyev Türk Dövlətləri Təşkilatını gələcəyin regional və qlobal sabitliyin yeni modeli kimi təqdim etdi. Əgər XX əsrin geosiyasəti güc bloklarının rəqabəti üzərində qurulmuşdusa, XXI əsrin ikinci rübündə artıq koordinasiya olunmuş milli iradələr yeni güc konsepsiyasını formalaşdırır.

Sülh sazişinin paraflanması ilə Bakı həm Qafqazda, həm də türk coğrafiyasında “stabilliyin aparıcı aktoru” statusunu qazandı. Yeni güc balansı uzunmüddətli sabitliyi təmin edə biləcəkmi? Cavab, görünür, siyasi iradənin davamlılığında və Türk dünyasının strateji sinxronizasiyasında gizlənir. Əgər TDT təhlükəsizlik və enerji inteqrasiyasını paralel istiqamətlərdə inkişaf etdirə bilsə, region yalnız sabitlik adası deyil, beynəlxalq sistemdə alternativ qüvvə mərkəzi statusuna yüksələcək.

P.S. “TDT-nin 12-ci Zirvə toplantısında Macarıstan və Türk dövlətləri sülhə sadiq olduqlarını bir daha təsdiq etdilər. Aİ Ukrayna cəbhəsində müharibə apararkən, biz dialoq və davamlı sülh üçün birlikdəyik”. Bunu Macarıstanın Baş naziri Vikror Orban Qəbələdə keçirilən TDT Dövlət Başçıları Şurasının XII Zirvə görüşü ilə bağlı paylaşımında qeyd edib.

Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki,
siyasi elmlər üzrə fəlsəfə doktoru

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:42
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 Oktyabr 2025 12:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see416

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see190

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see182

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see161

Bankların keşbek faizləri Yanvar 2026

05 Yanvar 2026 14:11see158

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see157

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see157

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see154

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see152

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see150

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see150

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see149

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see148

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see144

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see143

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see141

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see139

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see137

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see137

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri