Uruqvay millisinə ABŞ də narkotik qaçaqmalçısı münasibəti VİDEO
Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Dünya Çempionatı 2026-da iştirak etmək üçün ABŞ-yə gələn Uruqvay milli komandası ciddi təhlükəsizlik yoxlaması ilə üzləşib.
İdman.Biz xəbər verir ki, Cənubi Amerika təmsilçisinin futbolçuları komanda avtobusunun yanında saxlanılıb, onların baqajı və avadanlıqları xidməti itlərin köməyi ilə yoxlanılıb. Yayılan görüntülərdə təhlükəsizlik əməkdaşlarının əl detektorlarından istifadə etdiyi də görünür.
Proses zamanı futbolçuların yoxlamanın başa çatmasını gözləməsi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Xüsusilə Manuel Uqartanın qollarını çarpazlayaraq narazı görünməsi diqqət çəkib.
Sosial şəbəkə istifadəçilərindən biri baş verənləri sərt şəkildə tənqid edib:
“ABŞ dünya çempionatında çıxış edən komandaları alçaltmağa davam edir. İndi növbə Uruqvaya çatdı. Futbolçulara narkotik alverçisi kimi yanaşıldı. FIFA bu il tarixi rüsvayçılığa yol verdi”.
Qeyd edək ki, Uruqvay millisinin Meksikadan ABŞ-yə uçuşu da təyyarənin icazə sənədlərində yaranan problem səbəbindən bir neçə saat gecikib.
Daha əvvəl Özbəkistan və Seneqal milliləri də qeyri-adi yoxlama prosedurları ilə üzləşiblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:187
Bu xəbər 16 İyun 2026 11:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















