Muslera 4 il sonra Uruqvay millisinə qayıtdı
Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Türkiyənin “Qalatasaray” klubunun sabiq qapıçısı Fernando Muslera 4 illik fasilədən sonra Uruqvay millisinin heyətinə qayıdıb.
Moderator.az xəbər verir ki, bu barədə Uruqvay Futbol Federasiyası məlumat yayıb.
Baş məşqçi Marselo Biyelsa İngiltərə və Əlcəzairlə keçiriləcək yoldaşlıq oyunları üçün heyətə Argentinanın “Estudiantes de la Plata” klubunda çıxış edən 39 yaşlı qolkiperi də daxil edilib.
Muslera qərarla bağlı bunları deyib: “Yenidən dəvət aldığım üçün çox xoşbəxtəm. Bu dörd il ərzində şəxsi həyatımda bir çox şey yaşadım və bu da fikrimi dəyişərək milli komandanın qapılarını yenidən açmağıma səbəb oldu. İllər ərzində qazandığım təcrübəni komandaya və gənc futbolçulara ötürmək istəyirəm. Yaş və təcrübə sayəsində rol model olmağın mənim üçün xüsusi önəmi var”.
Qeyd edək ki, 2009-cu ildə Uruqvay millisində debüt edən Muslera yığmada 133 oyuna çıxıb. O, 2010, 2014, 2018 və 2022-ci il dünya çempionatlarında iştirak edib.
Baxış sayı:156
Bu xəbər 24 Mart 2026 13:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















