Uruqvaylı senator: Ekstremal hava şəraitləri təkcə iqlimə deyil, səhiyyəyə də mənfi təsir göstərir AZƏRTAC
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 17 noyabr, AZƏRTAC
İqlim dəyişikliyinin insan sağlamlığına birbaşa və dolayı təsiri var. Ekstremal hava şəraitləri təkcə iqlimə deyil, səhiyyəyə də mənfi təsir göstərir. Daşqınlar və quraqlıqlar daha çox infeksion xəstəliklərin yayılmasına səbəb olur, içməli su mənbələrinin azalmasına gətirib çıxarır. Bu problemlər xüsusilə təsirə birbaşa məruz qalan ərazilərdə özünü daha bariz şəkildə görstərir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Uruqvay Senatının üzvü xanım İren Moreyra noyabrın 17-də Bakıda COP29 çərçivəsində təşkil olunmuş Parlament Görüşünün ikinci günündə keçirilən sessiyada çıxışı zamanı deyib.
"İqlim dəyişikliyi yalnız keyfiyyətə təsir etmir, eyni zamanda, əlçatanlığı da azaldır. Onun təsirlərini kənd təsərrüfatında, balıqçılıqda da görmək olar. Bu dəyişikliklər nəticəsində balıqçılıq mövsümləri də dəyişir. Beləliklə, bunun iş şəraitinə də təsiri olur. İnsanlar daha ağır şəraitdə işləməyə məcbur qalırlar", - deyə uruqvaylı senator diqqətə çatdırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 17 Noyabr 2024 15:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















