Icma.az
close
up
RU
“Uşağa tərbiyə vermək də əmək fəaliyyətidir” Pensiyaya dair yeni təklif KONKRET

“Uşağa tərbiyə vermək də əmək fəaliyyətidir” Pensiyaya dair yeni təklif KONKRET

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Doğrudan da, indiki dövrdə 5 və daha çox uşağı saxlamaq çox çətindir. Uşaqpulu verilməli və məbləği artırılmalıdır. Təbii ki, belə anaların vaxtından əvvəl pensiyaya çıxması da gözəl təşəbbüsdür”.

KONKRET.az xəbər verir ki, bu sözləri “Yeni Sabah”a hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib.

O, çoxuşaqlı analara bir sıra imtiyazların verilməsinin zəruriliyini diqqətə çatdırıb:

“Çoxuşaqlı ailələrə, analara uşaqların böyüdüyü müddət ərzində də diqqət etmək lazımdır. Doğrudan da, indiki dövrdə 5 və daha çox uşağı saxlamaq çox çətindir. Uşaqpulu verilməli və məbləği artırılmalıdır. Təbii ki, belə anaların vaxtın öncə pensiyaya çıxması da gözəl təşəbbüsdür.

Əgər qadın 5 uşaq böyüdür, ona tərbiyə verir, saxlayırsa, ona çoxlu imtiyazlar verilməlidir. Belə xanımların, adətən, əmək fəaliyyətində ləngimələr və fasilələr olur. Yaxud uşaqlarının çox olması ucbatından qadın işləyə bilmir.

Ümumiyyətlə, “əmək fəaliyyəti” ifadəsi mənə çox pis edir. Həmin analar üçün əmək fəaliyyəti elə uşaqa verdiyi təlim-tərbiyədir. Ona görə də bu fəaəliyyət uyğunlaşdırılmalıdır. Uşaqları saxlamaq da bir iş fəaliyyətidir. Bunların hamısı diqqətə alınmalıdır”.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musayev isə təklif edib ki, “çoxuşaqlılıq” anlayışı 3 uşaqdan başlasın:

“Çoxuşaqlı qadınların pensiya yaşı ilə bağlı müəyyən müzakirələr gedir. Hazırda çoxuşaqlılıq dedikdə 5 və daha çox uşağın olması nəzərdə tutulur. Bu mövzuda müxtəlif təkliflər və müzakirələr var.

Məncə, çoxuşaqlılıq anlayışı 3 uşaqdan başlamalıdır. Hazırda ayrı-ayrı təkliflər var, müzakirələr gedir. Azərbaycan sosial dövlətdir və düşünürəm ki, bir müddət sonra bu kimi mövzular daha ciddi müzakirə olunacaq. Fürsət yarandıqca müavinətlərin sayını və miqdarını artırmalıyıq.

Təbii ki, çoxuşaqlı qadınların vaxtından öncə pensiyaya çıxması məsələsi daha çox müzakirə olunur. Məsələn, elə qadınlar var ki, işləyib və yetərincə pensiya kapitalı var. Elələri də var ki, ümumiyyətlə, pensiya kapitalı yoxdur. Həm mənim, həm də Əmək və sosial siyasət komitəsi mövqeyi belədir: məsələlərə vətəndaşlarımızın sosial müdafiəsi baxımından yanaşılsın”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:108
embedMənbə:https://konkret.az
archiveBu xəbər 09 Aprel 2025 17:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see287

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see258

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see204

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see191

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see180

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see167

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see162

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see160

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see158

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see158

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see146

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see145

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see145

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see143

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see141

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see136

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri