Icma.az
close
up
RU
“Uşağın adına görə icra hakimiyyətinə getmək absurddur!” Sosioloq

“Uşağın adına görə icra hakimiyyətinə getmək absurddur!” Sosioloq

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Dövlət ailədaxili mübahisəyə qarışmamalıdır. Uşaq adı üçün üçüncü tərəfə müraciət ailə institutuna zərbədir!”

Valideynlər arasında uşağın ad və soyadına münasibətdə razılıq əldə edilmədikdə məsələ müvafiq icra hakimiyyəti orqanı tərəfindən həll olunacaq. Bu müddəa “Uşaq hüquqları haqqında” yeni qanun layihəsində əksini tapır.

Uşağa ad, ata adı və soyadın verilməsi qaydalarıyla bağlı Qanunda bir çox digər müddəalarla yanaşı bu da qeyd olunur: “Uşağa ad, ata adı və soyad valideynlərin razılığı ilə verilir, fikir ayrılığı yaranarsa, müvafiq icra hakimiyyəti orqanı tərəfindən həll olunur”. 

Sosioloq Mətanət Məmmədova “Sherg.az”a açıqlamasında qeyd etdi ki, uşaq dünyaya gəlirsə, övladına bir ad qoyursan, bununla məsələ bitir. Burada necə fikir ayrılığı yarana bilər ki? 

- Valideynlər normal insanlardısa, normal ailədə yaşayırlarsa, ad məsələsində fikir ayrılığı yaranmır. Tutalım, fikir ayrılığı yaşandı, valideynlər getdi icra hakimiyyətində müəyyən şöbələrə, orda müzakirə edildi, bunlara məsləhət verildi, məsələ həll edildi. Sonra nə olacaq? Bu şəxdlər gəllib evdə “sənin dediyin olmadı, mənim dediyim oldu”, iddiası ilə bir-birini qısnayacaq, yenə mübahisə, narazılıq yaşanacaq valideynlər arasında. Problemlər də bundan başlayır. Ən kiçik bir məsələdən böyük problemlərə doğru yolculuğa çıxırıq. Bu da bəzən boşanmalara səbəb olur. Sonra da düşünürük ki, ailələrimizdə problemlər nədən yaranır. Mən məsələnin bu səviyyəyə çatdırılmasının eleyhinəyəm və düşünürəm ki, bu bizim gənclərimizə təqdim etdiyimiz ən yaxşı seçim deyil, mənfi bir yol göstərir. Məsələnin həllini üçüncü tərəfə tapşrımaqla, biz sanki ailələrə, bir-birini başa düşməyən gənclərə daha çox sərbəstlik vermiş oluruq. Ortaq fikrə gələ bilmirsinizsə, dövlət orqanına müraciət edin, məsələ həll olunsun. Bu insanların bir böyüyü, sözü keçən valideyni yoxdurmu? Yəni, ata-ana bu qədər korazehindir ki uşağın adına görə icra hakimyyətin müracıət edəcəklər?! Hesab edirəm ki, bu, doğru yol deyil və valideynlərə elə bir əlavə çıxış yolu qoyulmamalıdır. Bu, problemin həllinə deyil, daha da artmasına, populyarlıq qazanmasına səbəb olar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://sherg.az
archiveBu xəbər 04 Mart 2026 13:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri