Icma.az
close
up
RU
Uşağın sidikifrazat sistemində zədələnmənin olmasını necə şübhələnmək olar?

Uşağın sidikifrazat sistemində zədələnmənin olmasını necə şübhələnmək olar?

Icma.az xəbər verir, Saglamolun saytına əsaslanaraq.

Uşağın boy və fiziki inkişafda geri qalması, hərarətin “səbəbsiz” olaraq 38-400C-yə qalxması, yüksəlmiş susuzluq hissiyyatı, həddən artıq həcmdə sidiyin ifraz edilməsi, arterial təzyiqin qalxması, ətraflarda, bədəndə və üzdə şişkinliklərin əmələ gəlməsi, sidiyə getmə tezliyinin və onun həcminin adi günlərə nisbətən azalması və bir sıra digər əlamətlər uşağın sidik ifrazı sistemində müəyyən xəstəliklərin olmasına işarə edə bilər.

Bundan başqa, uşaqda bel nahiyəsində ağrı, qarnında ağrı və köp, qusma halları da ola bilər. Bu hallar xəstəlik prosesinə dəlalət edir və təcili mütəxəssis müdaxiləsi tələb edir.

Valideynlər mütəmadi olaraq uşağın sidiyinin rənginə və qoxusuna fikir verməlidirlər. Sidiyin rənginin nisbətən tündləşməsi, onda bulanıq çöküntünün olması, kəskin qıcqırmış iy verməsi, sidikdə qan qarışığının olması kimi əlamətlər onun orqanizmində patoloji halın olmasını göstərərək, tez bir zamanda uroloqa müraciət etməyi tələb edir.

Ancaq onu da nəzərdə saxlayın ki, bəzi dərmanların qəbulu, bəzi məhsullar (çuğundur, yerkökü) da sidiyin rəngini dəyışə bilər.

Sahə pediatrları müəyyən dövrdən bir uşağın sidiyini müayinə edirlər. Hətta uşağınızın sidiyində heç bir dəyişiklik hiss etməmiş olsanız da, bu müayinəyə etinasız yanaşmayın.

Analiz üçün sidiyin düzgün şəkildə yığılmasının böyük əhəmiyyəti vardır. Adi sidik analizi üçün qabaqcadan təmiz yuyulmuş şüşə qaba uşağın səhər ilkin sidiyini yığmaq lazımdır. Analiz yiğmamışdan qabaq uşağın xarici cinsiyyət üzvləri (patoloji mikrobların sidiyin tərkibinə daxil olmaması məqsədi ilə) ilıq su ilə yaxşı-yaxşı yuyulmalıdır. Onu da nəzərdə saxlamaq lazımdır ki, sidiyin yığılması və analizə verilməsi arasında nə qədər az vaxt keçmiş olarsa, müayinənin nəticəsi bir o qədər dəqiq olar.

Uşağın xarici cinsiyyət üzvlərində hər hansı bir iltihab prosesi varsa, sidiyin analizə verilməsi məsləhət olunmur. Çünki bu zaman cinsiyyət üzvlərindən sidiyə mikrobların düşməsi nəticəsində analizin cavabı yanlış ola bilər.

Əgər uşağın valideynlərində və ya yaxın qohumlarından hər hansı birindəsə böyrək və ya sidik ifrazı sistemi üzvlərində anadangəlmə inkişaf güsurları olmuşdursa, elə həyatının ilk anlarından uşağı mütəxəssisə göstərmək lazımdır. Sidik ifrazı sisteminin bəzi ağır güsurları (məsələn, böyrəklərin polikistozu, “artıq” böyrək və s) irsi olaraq uşaqlara da keçə bilər.

Onurga sütunu düzgün formalaşmayan uşaqlarda əksər hallarda sidik-cinsiyyət üzvlərinin patologiyaları da rast gəlinir.

Uşaqlarda böyrək və sidik ifrazı sistemi patologiyalarının qarşısını almaq üçün ilk növbədə uşaq yaşlarında karioz dişlər, xroniki tonzillit, adenoidit kimi xroniki infeksiya ocaqlarını müalicə etmək lazımdır. Uşaqları soyuqdəymələrdən və infeksiyalardan qorumalı, qəbizlik, bağırsaq disbakteriozu və parazitar (qurd) xəstəliklərini vaxtında müalicə etmək məsləhət görülür.

Bundan başqa, uşaqlara ağır əşyalar qaldırmamaq, yaşa uyğun olmayan fiziki gərginliyə məruz qalmamaq da tövsiyə edilir.

Heç bir halda uşaqların müalicəsində (hətta “ən sadə” hesab etdiyiniz xəstəliklərdə də!) özfəaliyyət göstərməyin! Ona görə ki, kifayət qədər müvafiq tibbi məlumatlara malik olmayan şəxs tərəfindən təyin edilən dərmanlar bəzi hallarda müalicə etmək əvəzinə, uşağınızın bir çox orqanlarına çox böyük zərər vura bilər!

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:256
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see613

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see324

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see315

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see315

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see307

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see286

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see284

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see280

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see271

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see268

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see250

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see250

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see248

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see243

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see240

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see231

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see230

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see211

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see210

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri