Icma.az
close
up
RU
Menu

Məktəblərdə telefon və ağıllı saatlar qadağan ediləcək

Qədim Efes şəhərində gecə muzeylərinə səfərlər başlayıb

Zelenskinin məqsədi danışıqlar prosesinə ABŞ sız qatılmaqdır

Akademik Məmmədtağı Cəfərovun 90 illiyinə həsr olunmuş Respublika konfransı

Nazir Anar Əliyev Beynəlxalq Əmək Konfransının sessiyasında çıxış edib

Xocalıdakı “Qarabağ Tekstil Evi”ndə çalışacaq şəxslər üçün peşə kursları başlayıb

Biləsuvarda ölümlə nəticələnən yol qəzası baş verib

Orta Dəhliz və Azərbaycanın yeni iqtisadi hədəfləri

“Qərbi Azərbaycana qayıdış ideyası revanşizm deyil, tarixi ədalət çağırışıdır” Elçin Babayev

Şagirdi ilə ailə həyatı quran müəllimənin yeni görüntüsü (FOTO)

“Mançester Yunayted”də gələn mövsüm çempion olacaqlarını düşünürlər

ABŞ Dövlət katibi Mərkəzi Asiya ölkələrinə səfər edəcək

Azərbaycan BƏT ilə əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsini müzakirə edib

Baş məşqçi millimizin finala yüksəlməsindən danışdı

Aİ iqtisadiyyatları üçün risklər barədə xəbərdarlıq edildi

“Uşaq Dünyası” I Beynəlxalq Musiqi Festivalının üçüncü günü klassik musiqiyə həsr olunub FOTO

Tarixi qələbəyə belə sevindilər Video

Toyota Corolla idman hetçbekinin radikal versiyasını təqdim etdi...

Putin Rusiyanın Ukraynadan nə ilə fərqləndiyini CAVABLADI

Bukayo Saka haqqında sənədli film çəkilib

Uşağın süni süd qarışığı ilə qidalandırılması

Uşağın süni süd qarışığı ilə qidalandırılması

Icma.az, Saglamolun saytına istinadən bildirir.

Əfsuslar olsun ki, elə hallar da olur ki, uşaq, bəzən özünün, bəzən isə anasının sağlamlığında olan bir sıra patoloji pozulmalara görə ana südü ilə qidalandırıla bilmir.

Bu halda uşağa donor südü verilə bilər. Lakin donor südü də uşağa əks-göstərişdirsə və ya donor südü tapmaq mümkün deyilsə, bu halda uşağa süni süd qarışıqlarından biri təyin olunur.

Uşağın qidalandırılması üçün lazım olan süni süd qarışığı onu nəzarətdə saxlayan həkim-pediatr  (və ya doğum evində həkim-neonatoloq) tərəfindən seçilməlidir. İmkan daxilində, süd qarışığı uşağın qida rasionuna, miqdarı tədricən artırılmaqla, kiçik paylarla daxil edilməlidir.

Süni süd qarışığını qəbulundan sonra uşağın dərisində səpgilər əmələ gəldikdə, uşaqda gəyirmə, qarnında köp, güclü sancılar olduqda, uşaqda qəbizlik və ya əksinə duru nəcis ifrazı müşahidə edildikdə, bu haqda mütləq pediatra məlumat verin. Çünki, ola bilər ki, seçilmiş süd qarışığı uşağa uyğun gəlməsin. Bu zaman onu yenisi ilə əvəz etmək lazım gəlir. Lakin həkimlə məsləhətləşmədən, bunu, özünüz etməyə tələsməyin.

Bəli, yuxarıda sadalanan əlamətlərin əksəriyyəti süd qarışığının uşağa uyğun gəlməməsi səbəbindən baş verə bilər. Ancaq sancılar, gəyirmə, ishal və s. bu kimi əlamətlər, tamamilə təbii ana südü ilə qidalandırılan uşaqlarda da yarana bilər. Bu səbəbdən, uşağın süni qidalandırılması zamanı bir süd qarışığını digəri ilə əvəz etmək lazım gəldikdə, bunu mütləq pediatrla məsləhətləşdikdən sonra etmək olar.

Süni qidalandırılma zamanı süd qarışığını seçərkən, uşağın fərdi dözümlülüyünü və zövqünü də nəzərə almaq lazımdır. Elə hallar da olur ki, uşaq hər hansı bir süd qarışığına qarşı allergik reaksiya (səpgilər, ishal və s.) verir, digər (bəzən tərkibi təxminən eyni olan) qarışığa isə heç bir mənfi reaksiya vermir. Bu halda süd qarışığını həkimin köməyi ilə eksperiment yolu ilə seçmək lazım gəlir.

Elə də olur ki, hər hansı bir qida, uşağın “ağız dadına” uyğun gəlmir. Uşağı heç bir zaman güclə yedizdirmək olmaz. Əgər sizin təklif etdiyiniz süd qarışığından uşaq inadla imtina edirsə, həkimə bu barədə məlumat verərək, süd qarışığının digəri ilə əvəzlənməsinin lazım olub-olmaması barədə onunla məsləhətləşin. Yadda saxlayın ki, bizim hər birimizin, hətta ən kiçik körpənin belə, fərdi ağız dadı olur.

Əgər uşaq, hər hansı bir süni süd qarışığını yaxşı qəbul edirsə, onu səbəbsiz olaraq dəyişmək olmaz.

Bir süd qarışığının digəri ilə əvəzlənməsinə yalnız aşağıdakı hallarda icazə verilir:

- həmin süd qarışığına qarşı fərdi dözümsüzlük olduqda (əsasən, özünü allergik reaksiyalar şəklində büruzə verir – səpgilər, nəcis ifrazında olan pozulmalar və s.).

- uşaq, birinci pillə süd qarışığının, ikinci pillə süd qarışığı ilə dəyişdirilməsinə icazə verilən yaş həddinə (6 aylığında) çatdıqda. Bu zaman, əgər uşaq, birinci pillənin hər hansı bir süd qarışığını yaxşı qəbul edirdisə, növbəti pillədə ona veriləcək yeni süd qarışığının da həmin seriyadan və eyni istehsalçıdan olması daha yaxşı olardı (məsələn, “qidanın adı”-1, 6 ayından sonra – “qidanın adı” -2).

- uşağa, müalicəvi süd qarışığının verilməsinə tələbat yarandıqda (yalnız həkim təyinatı ilə verilə bilər!).

- müalicəvi süd qarışıqlarının qəbulundan, adaptasiya olunmuş süd qarışıqlarının qəbuluna keçərkən (müalicəvi süd qarışığının təyin edilməsini tələb edən patoloji vəziyyət aradan qaldırıldıqdan sonra).

Süni süd qarışığının dəyişdirilməsi tədricən və müəyyən olunmuş qaydalar əsasında aparılmalıdır. Bu qaydalar əsasən aşağıdakılardır:

- Əvvəlcə köhnə və yeni qida qarışığını körpəyə eyni zamanda vermək lazımdır. Bu zaman qidanın əsas - 2/3 hissəsi onun həmişəki qidası, digər 1/3 hissəsi isə qidalanmaya daxil edilən yeni süd qarışığı olmalıdır (hər biri ayrı-ayrı butulkalarda olmaqla).

- Yeni qidalanmaya keçirilmənin 3-cü və 4-cü günlərində köhnə və yeni qidaların miqdarı bərabərləşdirilərək eyni həcmdə olmaqla verilir.

- Yeni qidalanmaya keçirilmənin 5-ci və 6-cı günlərində uşağa verilən köhnə qidanın həcmi 1/3-ə, yeni qidanın miqdarı isə 2/3-yə çatdırılır.

- Qidalanmanın 7-ci günündə isə uşağı tamamilə yeni qidaya keçirmək olar (uşaqda heç bir allergik reaksiya olmadığı halda).

Tanış olmayan qidaya uşağın orqanizminin adaptasiya etməsi, adətən, bir neçə gün ərzində (orta hesabla 7 gün) baş verir. Belə ki, yeni qida qəbulunun təxminən 2-3-cü günlərində uşağın mədə-bağırsaq sistemində müəyyən pozulmalar (qarında ağrı, nəcisin konsistensiyasının dəyişməsi) yarana bilər. Adətən, 4-5-ci günlərdə hər bir şey normallaşır və bu hal keçib gedir. Yeni qida qəbulunun 6-7-ci günlərində uşaqda səpgi, yanaqlarında nahamarlıq, qızartı əmələ gələrsə, diareya (ishal) və ya qəbizlik baş verərsə, bu halda mütləq həkimlə məsləhətləşmək lazımdır. Bu, yeni qida qarışığının uşaq orqanizminə uyğun gəlməməsi nəticəsində baş verə bilər.

Aşağıdakı hallarda yeni qida qarışığını uşağın rasionuna daxil etmək olmaz:

- uşaq xəstə olduqda;

- uşağın dişləri aktiv şəkildə çıxmağa başladıqda;

- peyvənddən əvvəlki bir neçə gün və ondan sonrakı 1 həftə ərzində;

- yeni əraziyə (və ya digər iqlim zonasına), yeni mənzilə köçdükdə;

- yeni əlavə qidalandırılma (sıyıqlar, püre və s.) ilə eyni zamanda olmaqla.

Bir çox hallarda bəzi analar öz məntiqlərinə və düşüncələrinə əsasən, uşağın qəbul etdiyi süd qarışığını hər hansı bir "daha yaxşı və xeyirli" olan digər süni süd qarışığı ilə bir gün ərzində əvəz edirlər. Bir müddət keçdikdən sonra belə analar yenidən daha yaxşı süd qarışığı "tapır" və hər şey yenə təkrar olunur. Ən yaxşı halda uşaq orqanizmi belə "eksperimentlərə" heç bir mənfi reaksiya verməyə bilər. Lakin bəzən uşaqda belə "təcrübələrin" nəticəsində allergik reaksiya inkişaf edir və ya onun həzm sistemində hər hansı bir pozulma yaranır. Belə "eksperimentlərə" heç bir halda yol vermək olmaz.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:174
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 15:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə telefon və ağıllı saatlar qadağan ediləcək

04 İyun 2026 02:36see337

Qədim Efes şəhərində gecə muzeylərinə səfərlər başlayıb

04 İyun 2026 04:02see247

Zelenskinin məqsədi danışıqlar prosesinə ABŞ sız qatılmaqdır

04 İyun 2026 09:07see247

Akademik Məmmədtağı Cəfərovun 90 illiyinə həsr olunmuş Respublika konfransı

03 İyun 2026 17:27see235

Nazir Anar Əliyev Beynəlxalq Əmək Konfransının sessiyasında çıxış edib

03 İyun 2026 17:53see223

Xocalıdakı “Qarabağ Tekstil Evi”ndə çalışacaq şəxslər üçün peşə kursları başlayıb

03 İyun 2026 11:28see211

Biləsuvarda ölümlə nəticələnən yol qəzası baş verib

03 İyun 2026 11:29see209

Orta Dəhliz və Azərbaycanın yeni iqtisadi hədəfləri

03 İyun 2026 11:30see203

“Qərbi Azərbaycana qayıdış ideyası revanşizm deyil, tarixi ədalət çağırışıdır” Elçin Babayev

03 İyun 2026 11:28see202

Şagirdi ilə ailə həyatı quran müəllimənin yeni görüntüsü (FOTO)

05 İyun 2026 05:54see202

“Mançester Yunayted”də gələn mövsüm çempion olacaqlarını düşünürlər

05 İyun 2026 03:13see198

ABŞ Dövlət katibi Mərkəzi Asiya ölkələrinə səfər edəcək

04 İyun 2026 02:39see190

Azərbaycan BƏT ilə əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsini müzakirə edib

04 İyun 2026 16:29see189

Baş məşqçi millimizin finala yüksəlməsindən danışdı

04 İyun 2026 01:15see184

Aİ iqtisadiyyatları üçün risklər barədə xəbərdarlıq edildi

03 İyun 2026 20:48see175

“Uşaq Dünyası” I Beynəlxalq Musiqi Festivalının üçüncü günü klassik musiqiyə həsr olunub FOTO

04 İyun 2026 19:16see175

Tarixi qələbəyə belə sevindilər Video

05 İyun 2026 00:33see174

Toyota Corolla idman hetçbekinin radikal versiyasını təqdim etdi...

03 İyun 2026 21:59see171

Putin Rusiyanın Ukraynadan nə ilə fərqləndiyini CAVABLADI

05 İyun 2026 00:23see170

Bukayo Saka haqqında sənədli film çəkilib

04 İyun 2026 04:15see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri