Icma.az
close
up
RU
Uşağınız bu sözləri tez tez deyirsə, DİQQƏTLİ OLUN

Uşağınız bu sözləri tez tez deyirsə, DİQQƏTLİ OLUN

Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

Stenford Universitetinin alimləri müəyyən ediblər ki, uşağın stressli və ya çətin hadisələr barədə necə danışması, onun gələcəkdə psixoloji problemlərlə üzləşmə riskini proqnozlaşdırmaq baxımından danışdığı hadisənin özündən daha əhəmiyyətli ola bilər.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, tədqiqat müəllifləri erkən yaşlarda stressə məruz qalmağın ciddi ictimai sağlamlıq problemi olduğunu bildiriblər.
Onların sözlərinə görə, dünyada yetkin yaşda qoyulan psixiatrik diaqnozların təxminən üçdə biri erkən yaşlarda yaşanan stresslə əlaqəli ola bilər. Tədqiqatın aparıcı müəllifi, Stenford Universitetinin Humanitar və Təbiət Elmləri Məktəbindən Çeyz Antonaççi bildirib ki, araşdırmanın nəticələri psixoloji pozuntuların diaqnozu qoyulmazdan əvvəl risk əlamətlərini müəyyən edə bilən əlçatan vasitələrin hazırlanmasının mümkün olduğunu göstərir.
 

Onun sözlərinə görə, depressiya və təşviş pozuntuları çox vaxt məhz yeniyetməlik dövründə üzə çıxır. Bu problemlər davamlı xarakter aldıqdan sonra onların müalicəsi də xeyli çətinləşir. Alimlər vurğulayıblar ki, uşaqlıqda ağır və xoşagəlməz hadisələr yaşayan hər bir uşaqda sonradan psixoloji və davranış pozuntuları yaranmır.


Əksinə, bəzi uşaqlar stressə qarşı yüksək psixoloji davamlılıq nümayiş etdirirlər. Bu fərqlilik isə hansı uşaqların gələcəkdə daha böyük risk altında olduğunu əvvəlcədən müəyyənləşdirməyi çətinləşdirir.
Araşdırma zamanı 9-13 yaş arasında 200-dən çox uşaqla onların yaşadıqları stressli hadisələr barədə söhbət aparılıb. Daha sonra alimlər süni intellekt əsaslı dil analizi vasitələrindən istifadə edərək uşaqların seçdiyi söz və ifadələri təhlil ediblər.
 

Nəticədə yalnız danışıq üslubuna əsasən hansı uşaqlarda gələcəkdə depressiya və təşviş kimi problemlərin yaranma ehtimalının daha yüksək olduğunu müəyyənləşdirmək mümkün olub.


Araşdırmada maraqlı məqamlardan biri uşaqların daha mürəkkəb cümlə və hekayə quruluşundan istifadə etməsi olub. Müəyyən dil elementlərinin, o cümlədən ön sözlərin daha çox işlədilməsi gələcəkdə daxilə yönəlmiş psixoloji problemlərin yüksək riski ilə əlaqələndirilib.
Digər risk göstəricilərindən biri isə uşaqların hadisələri son dərəcə qəti şəkildə təsvir etməsi olub. Məsələn, “həmişə”, “heç vaxt” kimi mütləq məna daşıyan sözlərdən tez-tez istifadə edən uşaqlarda gələcək psixoloji çətinliklərlə bağlı riskin daha yüksək olduğu müəyyən edilib.
 

Əksinə, danışıq zamanı üçüncü şəxslərə daha çox diqqət yetirən, “o”, “onlar” kimi əvəzliklərdən istifadə edən uşaqlarda risk daha aşağı olub. Alimlər bunu uşağın yalnız öz daxili dünyasına deyil, başqa insanlara və xarici aləmə də diqqət yetirməsi ilə əlaqələndirirlər.


Tədqiqatçılar uşaqların danışdıqları hadisələrin məzmununu da ayrıca araşdırıblar. Məlum olub ki, məzmun gələcəkdə klinik pozuntunun yaranmasını danışıq üslubu qədər dəqiq proqnozlaşdırmasa da, mövcud psixoloji simptomların ağırlığını müəyyənləşdirməkdə faydalı ola bilər.
Münaqişə, əzab, qorxu və zorakılığın üstünlük təşkil etdiyi, “dava”, “qorxdum”, “hücum etdilər” kimi ifadələrin işlədildiyi hekayələr daha yüksək risklə əlaqələndirilib. Bu uşaqların danışdıqları hadisələrdə fiziki zorakılıq, sosial təcrid və qışqırıq kimi güclü emosional reaksiyalara da daha çox rast gəlinib.
 

Əksinə, oyunlar, futbol, ev heyvanları və digər hobbilərdən bəhs edən müsbət məzmunlu hekayələr daha aşağı psixoloji risklə əlaqəli olub. Sakit və gündəlik hadisələrin emosional baxımdan neytral şəkildə təsvir edilməsi, həmçinin psixoloji yardım barədə danışılması da aşağı risk göstəriciləri sırasında yer alıb.


Alimlərin qənaətinə görə, uşağın nə danışması onun yaşadığı stressli hadisənin konkret detallarını göstərirsə, necə danışması həmin təcrübəni beynində necə təşkil etdiyini və şərh etdiyini ortaya çıxara bilər.
Araşdırmanın baş müəllifi Yan Qotlib bildirib ki, nitqin təhlili həm ucuz, həm sadə, həm də geniş miqyasda tətbiq edilə biləcək üsuldur. Onun fikrincə, uşağın danışıq xüsusiyyətləri gələcək psixoloji problemlərin müəyyənləşdirilməsində ayrı-ayrı digər göstəricilərdən daha güclü proqnoz vasitəsinə çevrilə bilər. (lent.az)
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:298
embedMənbə:https://bizim.media
archiveBu xəbər 20 Avqust 2026 06:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see389

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see361

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see306

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see285

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see281

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see274

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see263

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see256

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see255

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see240

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see230

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see228

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see225

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see222

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see220

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see216

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see215

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see211

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see211

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri