Icma.az
close
up
RU
USAİD in Azərbaycandakı ƏLALTILARI Gizli maliyyələşmə sxemi ilə bağlı YENİ FAKTLAR

USAİD in Azərbaycandakı ƏLALTILARI Gizli maliyyələşmə sxemi ilə bağlı YENİ FAKTLAR

Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi ABŞ Prezidenti Donald Tramp Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) fəaliyyətini fevralın 1-dən etibarən dayandırıb. Üstəlik təşkilatın xərclərinin ABŞ-ın milli maraqlarına uyğun olmadığı açıqlanıb. Tramp USAİD-ı Dövlət Departamenti ilə birləşdirməyi planlaşdırır.ABŞ-ın Hökumətin Effektivliyi Departamentinə rəhbərlik edən İlon
Mask isə USAİD-i COVİD-19-un patogenləri də daxil olmaqla bioloji silahların hazırlanmasını maliyyələşdirməkdə ittiham edib. Mask USAİD-i “cinayətkar təşkilat” adlandırıb.
Sözü ilə əməli düz gəlməyən USAİD
 

MÖVZU İLƏ BAĞLI:
MDB-də QHT və KİV-ləri maliyyələşdirmə SXEMİ – USAİD-in regional fəaliyyəti ilə bağlı SENSASİON FAKTLAR


1961-ci ildə ABŞ prezidenti Con Kennedi tərəfindən əsası qoyulmuş USAID-in  kasıb və az inkişaf etmiş ölkələrə iqtisadi və humanitar yardım göstərmək üçün yaradıldığı deyilsə də əslində bu təşkilat Soyuq müharibə dövründə “yumşaq təsir” vasitə vasitəsi kimi layihələndirilmişdi. Hadisələrin sonrakı inkişafı göstərdi ki, doğrudan da USAİD yardım məqsədli yox, siyasi təşkilatdır.
Ötən müddətdə dünyanın 100-dən artıq ölkəsində nümayəndəliyi və 10 mindən artıq əməkdaşı olan USAİD guya ehtiyacı olan ölkələrə humanitar yardım, iqtisadiyyat, səhiyyə, təhsilə, demokratiya sahələrinə dəstəklə məşğul olduğu deyilsə də, əslində onun fəaliyyəti bütün dünya üzrə QHT və medianı qanunsuz maliyyələşdirməklə ölkələrin daxili işlərinə qarışmağa, ictimai rəyə təsir imkanları qazanmağa, bu rıçaqlardan təzyiq və hətta dövlət çevrilişləri üçün istifadə etməyə, müstəqil dövlətlərdə qanuni seçilmiş hakimiyyətləri və konstitusion quruluşu devirməyə yönəlib.
Təşkilat öz fəaliyyətini iki istiqamətdə aparırdı. Birinci mərhələdə USAİD onun pul kisəsindən asılı olan ultramedia qurumlarının vasitəsi ilə ideoloji iş aparılırdı, hansısa ölkədəki sosial problem qabardılırdı. Daha sonra isə USAİD tərəfindən adı çəkilən ölkəyə maliyyə yardımı edilirdi. Amma bir qayda olaraq problemin həllinə yönələn maliyyə vəsaiti məsələ ətrafında aparılan piara xərcələnən vəsaitdən daha az olurdu.
Bu da təsadüfi deyildi. Çünki ABŞ-ın məqsədi hansısa ölkədə olan sosial problemin həllindən daha çox o ölkədə mövqe qazanmaq və hökumətə təsir imkanları əldə etmək idi. Beləcə, az pulla ABŞ çox böyük işlər görməyə çalışıb. Lakin nəhəng maliyyə və ideoloji maşın olan USAİD fəaliyyətini şəffaf apara bilmədi. ABŞ büdcəsindən ayrılan pullar heç də həmişə Vaşinqtonun siyasi hədəfləri üçün xərclənmədi. Ona görə də Ağ Evin yeni sahibləri bu təşkilatı təftiş etməyi vacib bildi.
USAİD Azərbaycanda hansı layihələrdə maraqlı olub?
USAİD 1992-ci ildə Azərbaycanda peyda oldu. O zamandan təşkilat elm, təhsil və sosial sahələrdə bəzi layihələrə yardım edib. Amma təşkilatın əsas işi cəmiyyətin radikal üzvləri ilə olub. Milli dəyərlərin məhv edilməsi, dövlətin əsaslarının sarsıdılması üçün ölkəmizdəki radikal qüvvələrin hər zaman yanında dayanan USAİD bunun üçün kifayət qədər səxavətli olub. Cəmiyyətin demokratikləşməsinə töhfə kimi qələmə verilən layihələr əslində cəmiyyətdə qarşıdurma və ictimai-siyasi gərginlik yaradıb.
USAİD Azərbaycandakı fəaliyyətini necə qurmuşdu?
Təşkilat iki istiqamətdə iş aparırdı. Birinci istiqamət o idi ki, USAİD-in sponsor olduğu “The New York Times”,“Politico”,“Associated Press”, BBC, “Reuters”, “Frans-Press” və digər nəhəng media qurumlarında ölkəmizlə bağlı saxta ittihamlar yazılırdı.

Nəzərə alaq ki, təşkilat bu vaxtadək 700-dən artıq media orqanını, 300-ə yaxın media sahəsində çalışan QHT və 6 mindən çox jurnalisti maliyyələşdirib. Daha sonra da həmin media qurumları və QHT-lər ayrı-ayrı ölkələr və o cümlədən Azərbaycan haqqında göstərişli yazılar yazıb, “hesabatlar” hazırlanıb. Təbii ki, ölkəmizdə anti-milli qüvvələrə həmin media orqanlarında səslənən tezislərlə bağlı müəyyən öhdəliklər götürüb.

Nəzərə alaq ki, ötən əsrin 90-cı illərində və 2000-ci illərin əvvəllərində USAİD Azərbaycanda bir sıra siyasi partiyaların, QHT-lərin və bəzi mətbu orqanların əsas donoru olub. Amma 2010-cu illərdən başlayaraq dövlətin apardığı siyasət və hazırlanan qanunvericilik bazası əsasında USAİD-in ölkəmizdə fəaliyyəti böyük ölçüdə məhdudlaşıb.
Amma "müstəqil" jurnalistlərə dəstək adı ilə ilə USAID təkcə iri mediaya deyil, həm də jurnalistlərə və regional KİV-lərə də dəstək verib. Bu fəaliyyət əsasən "Internews" və ya "Global Media Assistance" kimi proqramlar vasitəsilə həyata keçirilib. Məsələn, 2023-cü ildə USAID Şərqi Avropa ölkələrindəki “müstəqil” jurnalistlərə dəstək üçün 15 milyon dollar xərcləyib. Bundan əlavə yeni "müstəqil" platformaların yaradılmasına da təşkilat öz səxavətini əsirgəməyib.
“Jurnalist”lərə ayrılan milyonlar
Xəbər verdiyimiz kimi bu günlərdə “Turan” İnformasiya Agentliyi öz fəaliyyətini dayandırdı. Nə təsadüfdürsə 34 yaşlı Agentlik öz faəliyyətinə USAİD-in ölkəmizdə qadağan edilməsindən az sonra son verdi. Belə məqamda isə artıq şərhə ehtiyac yoxdur.

Qeyd edək ki,  təşkilatın ölkəmizdəki mirzələri arasında  “MeydanTV”, “Abzaz”, “ToplumTV” və digərləri də var.
Bundan əlavə, III Respublika Platforması adlı təxribatçı qurumun yaradılması birbaşa USAİD-lə bağlıdır. Belə ki, USAİD rəhbəri Samanta Pauerdən gələn sifariş əsasında qurulmuş platformanın məqsədi 2024-cü il 7 fevrala təyin edilmiş seçki ərəfəsində təxribat aksiyaları törətmək idi. “Demokratik Təşəbbüslər İnstitutu”nun rəhbəri Akif Qurbanovun koordinatorluğu ilə yaradılmış bu platforma müəyyən təxribatlar törətsə də, Azərbaycan hüquq-mühafizə orqanlarının sayıqlığı nəticəsində tezliklə zərərsizləşdirilə bildi.
Eyni zamanda, qaçaqmalçılıqda ittiham olunan “Toplum TV” üzvlərinin də qrant aldığı təşkilatlar arasında USAİD-in də adı xüsusi qeyd olunur.
LGBT sponsorluğu
USAİD Azərbaycandakı fəaliyyət istiqamətlərindən biri də milli dəyərlərin məhvidir. Ötən dövrlərdə Azərbaycanda LGBT və digər üzdəniraq təşkilatların ayaq tutub yeriməsi üçün milyonlar xərclənib. Təsadüfi deyil ki, ötən ilin sentyabrında keçirilən parlament seçkiləri ərəfəsində ölkəmizin media gündəminə belə bir mövzunu sırımağa çalışırdılar: Azərbaycan parlamentində cinsi azlıqların nümayəndəsi niyə təmsil olunmur?
Guya ki, Azərbaycan dünyəvi və demokratik olduğunu bununla sübut etməlidir. Əslində isə bu və digər təşəbbüslər Qərbin həm ölkənin icra, həm qanunvericilik, həm məhkəmə və həm də “dördüncü hakimiyyət” adlandırılan mediada öz maraqlarının inikasını tapmaq idi.
Lakin milli ənənələrə sadiq olan Azərbaycan cəmiyyəti Qərbdən gələn “yad cisimləri” qəbul etmədi. Çünki cəmiyyətimiz üçün maraqlı olan milli və dövlətçilik ənənələri qoruyub inkişaf etdirməkdir.

Bizim.Media-nın analitik qrupu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://bizim.media
archiveBu xəbər 19 Fevral 2025 15:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see271

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see212

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see196

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see195

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see189

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see186

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see179

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see160

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see156

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see156

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see152

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see145

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see143

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see130

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri