Icma.az
close
up
RU
MDB də QHT və KİV ləri maliyyələşdirmə SXEMİ USAİD in regional fəaliyyəti ilə bağlı SENSASİON FAKTLAR

MDB də QHT və KİV ləri maliyyələşdirmə SXEMİ USAİD in regional fəaliyyəti ilə bağlı SENSASİON FAKTLAR

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xəbər verdiyimiz kimi ABŞ Prezidenti Donald Tramp Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) fəaliyyətini fevralın 1-dən etibarən dayandırıb. Üstəlik təşkilatın xərclərinin ABŞ-ın milli maraqlarına uyğun olmadığı açıqlanıb. Tramp USAİD-ı Dövlət Departamenti ilə birləşdirməyi planlaşdırır.
ABŞ-ın Hökumətin Effektivliyi Departamentinə rəhbərlik edən İlon Mask isə USAİD-i COVİD-19-un patogenləri də daxil olmaqla bioloji silahların hazırlanmasını maliyyələşdirməkdə ittiham edib. Mask USAİD-i “cinayətkar təşkilat” adlandırıb.
USAİD 1961-ci ildə ABŞ Prezident Con Kennedi tərəfindən yaradılıb. Soyuq müharibə dövründə yaradılan təşkilatın əsas hədəfi düşmən dövlətərə “yumşaq təsir” göstərmək olub. Bunun üçün USAİD qarşı tərəfin QHT, mətbuat və vətəndaş cəmiyyətinin ayrı-ayrı seqmentləri ilə güclü qonarar hesabına iş aparıb.
 

MÖVZU İLƏ BAĞLI:
Yardım adı altında hibrid MÜHARİBƏ – USAİD-in radikal qruplarla BAĞLANTILARI ilə bağlı YENİ FAKTLAR


SSRİ dağılandan sonra USAİD postsovet məkanında öz fəaliyyətini daha da genişləndirib.ABŞ son 9 ildə USAID-ə 335 milyard dollar xərcləyib
Rusiyada 13 il əvvəl qovulan USAİD
Bu vəsaitin xeyli hissəsi keçmiş sovet ölkələri üçün ayrılıb. Tək bir faktı deyək ki, USAID 2023-cü ildə “Rusiya” layihələrinə 100 milyon dollar xərcləyib. Bütün əsas Qərb KİV-ləri, o cümlədən BBC, Reuters və The New York Times Rusiya mediasına qarşı kampaniyada iştirak edib. Bu mövzuya dair qeydlərdə onların dövlət tərəfindən maliyyələşdirilməsi faktı xüsusilə vurğulanırdı.
Agentlik Rusiyada 20 il - 1992-ci ildən 2012-ci ilə qədər fəaliyyət göstərib. Həm dövlət qurumları, həm də qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq edib. Bu dövrdə, açıq məlumatlara görə, USAID 57 Rusiya təşkilatının maliyyələşdirilməsinə 2,7 milyard dollar xərcləyib. Bunun təxminən 60%-i “demokratiyanın inkişafı”na və “insan hüquqlarının müdafiəsi”nə, qalanı isə İİV və vərəmlə mübarizə, ana və uşaqların müdafiəsi, əlilliyi olan insanlara dəstək proqramlarına yönəldilib.
Lakin Rusiyada apardığı pozuculuq fəaliyyətinə görə rəsmi Moskvanın qərarı ilə 2012-ci ilin sonlarından başlayaraq Rusiyada USAİD-in fəaliyyəti dayandırılıb. 2012-ci ilin sentyabrında USAID Rusiya Federasiyasındakı fəaliyyətinin miqyasının azaldığını elan etdi. Rusiya Xarici İşlər Nazirliyi həmin vaxt qeyd edib ki, agentlik qrantların bölüşdürülməsi yolu ilə müxtəlif səviyyələrdə seçkilər də daxil olmaqla, siyasi proseslərə təsir göstərməyə cəhd edib.
USAID-in Rusiya regionlarında, xüsusilə Şimali Qafqazda fəaliyyəti də ciddi suallar doğurdu. Bundan əvvəl Rusiyada 2011-ci ilin dekabrında keçirilən parlament seçkilərindən sonra keçirilən etiraz aksiyalarına dəstək cəhdi olub.
Ukrayna USAİD üçün ən yaxşı paliqondur
Rusiya Federasiyasında fəaliyyətini dayandırdıqdan sonra agentlik əsas diqqəti  digər postsovet ölkələrinə yönəltdi. Həmin ölkələr arasında isə ilk yeri Ukrayna tutur. Halbuki, 2022-ci ilə qədər Ukrayna ABŞ-dan xarici yardım alan iyirmi ən böyük ölkə arasında belə deyildi. Lakin son üç il ərzində Kiyev təkcə USAID-dən 35 milyard dollar alıb. Üstəlik, Ukrayna mediasının 90%-i təşkilatın qrantları sayəsində fəaliyyət göstərib.
USAID Avromaydana hadisələrinə, o cümlədənRusiyaya qarşı müharibəyə sponsorluq edib. Ukraynanın büdcəsi 67% hərbi büdcə və 1/2 kəsir təşkil edir. Kiyevə yardım əslində hərbi əməliyyatları maliyyələşdirir. Ukraynaya Pulsuz "Dövlət Departamenti kukiləri"nin əksəriyyəti USAID vasitəsilə gəlib. 2021-ci ildə Ukraynaya 224 milyon dollar, 2022-ci ildə artıq 9 milyard dollar, 2023-cü ildə 16 milyard dollar, 2024-cü ildə isə 5,4 milyard dollar verilib.
Lakin xərclərin səmərəliliyi təkcə ABŞ-da deyil, Ukraynada da sual altındadır. 2024-cü ilin sorğusuna görə, ukraynalıların 70%-i korrupsiyanın artdığını qeyd edib.
Bundan əlavə, USAID Maydandakı iğtişaşlara 5 milyard dollar sərmayə qoyub. USAİD-in vəsaitlərinin 1/3-i geosiyasi layihələrə yönəldilib. Kütləvi İnformasiya İnstitutunun rəhbəri Oksana Romanyuk etiraf edib ki, Ukrayna mediasının 80%-i bu vaxtadək USAID tərəfindən maliyyələşdirilib.
USAİD-in Moldova “sevgisi”
Tək bir faktı deyək ki, 2024-cü ildə USAID Moldovaya 310 milyon dollar ayırıb. Bu Moldava kimi kiçik ölkə üçün böyük məbləğdir. Qərbə loyal olan Moldova KİV-lərini maliyyələşdirən USAİD “Hökumət və Vətəndaş Cəmiyyəti” proqramına da xüsusi diqqət yetirib. Bu məqsədlər üçün 110 milyon dollar vəsait ayrılıb. Bundan əlavə, demokratiya və sabitliyin təşviqi üçün 8 milyon vəsait ayrılıb.
Lakin praktikada bu fəaliyyət sadiq media ilə sıx qarşılıqlı əlaqədə və başqaları ilə yanaşı, cinsi azlıqların maraqlarını təşviq edən təşkilatlarla əməkdaşlıqda ifadə olunurdu. Kiçik Moldova üçün belə məbləğlər astronomik görünür. Üstəlik, qrantlar bərabər bölüşdürülməyib, onlar yalnız dar bir qrup tərəfindən alınıb. Qərbin gündəmini təbliğ edən, lakin etibarlı insanların yaxın çevrəsinə daxil olmayanlar isə sözügedən vəsaitlərdən məhrum qalıblar.
Moldovanın daxili işlərinə müdaxilənin bariz nümunəsi 2009-cu il aprelin 7-də Kişinyovda iğtişaşlar nəticəsində prezident administrasiyasının və parlamentin binalarının yandırılması, Müstəqillik Bəyannaməsinin əsl nüsxəsinin məhv edilməsi hadisələridir.
Həmin vaxt dövlət başçısı postunu tutan Vladimir Voronin etiraf edib ki, USAİD-in bu hadisələrdə iştirakından xəbəri var, lakin ABŞ, Rumıniya və digər ölkələrin diplomatik pasportlarına və vətəndaşlığına malik olduqları üçün günahkarları məsuliyyətə cəlb etmək mümkün olmayıb.
USAID-in Moldovada fəaliyyəti 2022-ci ildə ən yüksək səviyyəyə çatıb. Belə ki, Ukrayna müharibəsi başlayandan sonra, USAİD Moldovada Rusiyanın təsirini tamamilə aradan qaldırmaq vəzifəsini qarşısına qoydu. Həmin vaxtdan etibarən, loyal mediaya ayrılan maliyyə əhəmiyyətli dərəcədə artıb.
USAİD və Gürcüstan
Agentliyin hesabatına görə, 2024-cü ildə “qanunçuluğun gücləndirilməsi” proqramlarına 8,58 milyon dollar, “seçki və siyasi proseslərin dəstəklənməsi” üçün daha 6,33 milyon dollar ayrılıb. Bundan əlavə USAID “vətəndaş cəmiyyətinin iştirakı” üçün 4,35 milyon dollar ayırıb.
Bu proqramların Gürcüstanda agentliyin maliyyələşdirdiyi ilk onluğa daxil olduğu bildirilir. Onlar üçün ümumilikdə 111,5 milyon dollar vəsait ayrılıb. Bundan başqa USAİD 2024-cü ildə Gürcüstanda keçirilən parlament seçkilərinə 41,7 milyon dollar xərcləyib.
Ermənipərəst USAİD
Qeyd edək ki, USAİD-in fəaliyyətinin dayandırılması Ermənistanı yasa boğub. Çünki bu təşkilat ermənilərin əsas himayədarlarından biri idi. Yada salaq ki, bir neçə ay əvvəl Ermənistan Baş nazirin müavini Mher Qriqoryan və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Ermənistan missiyasının direktoru Con Allelo Ermənistan və ABŞ arasında əməkdaşlığın inkişafına dair qrant sazişinə düzəliş imzalamışdılar.
Yeni düzəlişə əsasən USAİD sazişdə nəzərdə tutulan məbləği iki dəfədən çox artaraq 120 milyon dollardan 250 milyon dollara yüksəlib, birgə proqramların sahələri də genişlənir.
Lakin Trampın məlum qərarı digər razılaşmalarla yanaşı bu sazişin perspektivinə də maneə törədib. Trampın qərarını “ANİ” Erməni Araşdırmalar Mərkəzinin koordinatoru Tatul Akopyan faciə adlandırıb. Onun sözlərinə görə, bu qərar Ermənistan vətəndaş cəmiyyəti və mediası üçün çətin vəziyyət yaradıb:
“Ermənistanda dövlət və QHT-lərlə yanaşı mediada Dövlət Departamentindən layihələr üçün vəsait alırdı. 2023-cü ildə USAID Ermənistanda 5 illik 15 milyon dollarlıq proqrama başlayıb. Amerika qrantlarının dondurulması həm də nəzarətçi proqramını aparan Faktor TV-də problemlər yaratdı. “Civilnet”in bəzi proqramlarına da müəyyən vəsait ayrılıb”.
Xatırladaq ki, təşkilatın rəhbəri Samanta Pauer Paşinyan hökuməti ilə çox isti münasibəti vardı. Bundan əlavə Samanta xanımı Qarabağ xuntasının keçmiş “dövlət naziri” Ruben Vardanyanla “dostluq telləri” bağlayırdı.
Bir sözlə, təşkilatın açıq şəkildə ermənipərəst siyasətini nəzərə alsaq, bu təşkilatın Ermənistana qarşı səxavətli jestləri heç də təəccüblü deyil. Bu, bir daha ABŞ-ın xaricdə dövlət maraqlarının həyata keçirilməsi ilə məşğul olan USAID-in erməni lobbisinin təsiri altında olduğunu təsdiqləyir...
Surxay Atakişiyev, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://bizim.media
archiveBu xəbər 17 Fevral 2025 16:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya siyasətində sabitlik pozulub

01 Sentyabr 2025 08:07see258

Sentyabrın 1 də hava kəskin dəyişir

31 Avqust 2025 14:03see139

İsveçrə ABŞ də qızıl zavodu açmaqdan imtina edib

31 Avqust 2025 15:25see131

Rusiyada saxlanılan miqrant futbolçuları deportasiya gözləyir

01 Sentyabr 2025 01:13see129

Onlayn tanışlıq ətrafında dolaşan bir sıra miflər

31 Avqust 2025 06:32see129

İsrail Rusiyaya səfir təyin etdi

01 Sentyabr 2025 00:02see125

Bakıda zəncirvari qəza: İki KamAZ və dörd minik avtomobili toqquşub

01 Sentyabr 2025 01:01see124

Rəcəb Tayyib Ərdoğan Tiencində Si Cinpinlə görüşüb

31 Avqust 2025 13:51see123

Türk qəhvəsi sevənlər OXUSUN Sən demə...

01 Sentyabr 2025 01:45see122

La Liqa: Barselona dan xal itkisi

01 Sentyabr 2025 01:40see122

Teleqramda möhtəşəm yenilik...

01 Sentyabr 2025 01:17see121

Azərbaycan Prezidentinin köməkçisi: Azərbaycan dialoq tərəfdaşı kimi ŞƏT lə sıx əməkdaşlıq edir

31 Avqust 2025 09:25see120

Mançester Yunayted dən Vilyarreal a

31 Avqust 2025 12:49see120

Çindən Azərbaycana idxalın həcmi nə qədərdir?

31 Avqust 2025 11:42see119

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see118

Mehmed Fetihler Sultanı nda yeni sima Foto

31 Avqust 2025 10:38see118

İsrail ordusu HƏMAS ın xaricdəki liderlərini hədəf alacaq

31 Avqust 2025 22:01see118

Kurtlar Vadisi nin Mematisi illər sonra FOTO

31 Avqust 2025 15:05see118

Rusiya Kiyev, Dnepr və Zaporojyeyə hücumlara haqq qazandırıb

31 Avqust 2025 11:24see116

Yer niyə fırlanır və ya fırlanmasa, nələr baş verər?

31 Avqust 2025 19:39see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri