Icma.az
close
up
RU
Terror təşkilatlarının maliyyələşmə SXEMİ Milyardlarla dollarlıq trafiklə bağlı SENSASİON FAKTLAR

Terror təşkilatlarının maliyyələşmə SXEMİ Milyardlarla dollarlıq trafiklə bağlı SENSASİON FAKTLAR

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi ABŞ Prezidenti Donald Tramp Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) fəaliyyətini fevralın 1-dən etibarən dayandırıb. Üstəlik təşkilatın xərclərinin ABŞ-ın milli maraqlarına uyğun olmadığı açıqlanıb. Tramp USAİD-ı Dövlət Departamenti ilə birləşdirməyi planlaşdırır.
ABŞ-ın Hökumətin Effektivliyi Departamentinə rəhbərlik edən İlon Mask isə USAİD-i COVİD-19-un patogenləri də daxil olmaqla bioloji silahların hazırlanmasını maliyyələşdirməkdə ittiham edib. Mask USAİD-i “cinayətkar təşkilat” adlandırıb.
 

MÖVZU İLƏ BAĞLI:
Yardım adı altında hibrid MÜHARİBƏ – USAİD-in radikal qruplarla BAĞLANTILARI ilə bağlı YENİ FAKTLAR


ABŞ-ın elan etdiyi prinsiplərə ləkə olan USAİD
1961-ci ildə Prezident Kennedi tərəfindən əsası qoyulmuş USAID kasıb və az inkişaf etmiş ölkələrə iqtisadi və humanitar yardım göstərmək üçün yaradılmış bir strukturdur. Lakin sonrakı dövrlərdə təşkilat öz prinsiplərinə zidd çıxaraq ABŞ-a dost olmayan dövlətlərə karşı çevrilişlərin və təzyiqlərin katalizatoru oldu.
Hətta USAİD son illərdə beynəlxalq terror təşkilatların maliyyəçisinə çevrildi. Bu gün harada qan tökülür, müharibə gedirsə orada USAİD var. Bir sözlə USAİD dünyada separatizmin, terrorizmin əsas maliyyəçisinə çevrilib. Bunun üçün hər il milyardlarla dollar vəsait xərclənir. Soyuq Müharibə zamanı və ondan sonra Birləşmiş Ştatlar xaricdəki əməliyyatları maliyyələşdirmək üçün USAİD-dən istifadə edərək xarici yardıma ÜDM-in 3%-ə qədərini xərcləyirdi.
Xarici yardım, yoxsa xarici müdaxilə?
Aparılan araşdırmalar göstərir ki, USAİD beynəlxalq terrorun əsas dəstəkçilərindən biridir. Məsələn, Suriyadakı Əl-Qaidə ilə əlaqəli döyüşçülərin qidalanmasında, geyindirilməsində USAİD-in iştirakı birmənalı təsdiq olunub. Çünki terrorçuların qərargahlarında təşkilatın loqosu ilə bəzədilmiş yüzlərlə boş tara aşkar edilib.
USAİD Əl-Qaidəni təkcə maliyyələşdirməyib, həm də onun liderlərinin yetişdirilməsində iştirak edib. Kanadalı jurnalist Catherine Herridge X sosial şəbəkəsində ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Əl-Qaidənin gələcək lideri Ənvər əl-Avlakinin kollec təhsili üçün tam pul ödədiyi maaş vərəqəsinin fotoşəkilini paylaşıb.
“Görünür, USAİD daha sonra “Əl-Qaidə”nin əsas siması olmuş Ənvər Avlakinin (Avlaki) kollec təhsilini dəstəkləyib”-deyə o, başqa bir jurnalist Pamela Braunun dərc etdiyi fotoya şərh verib.

Həmin şəxs Amerika kəşfiyyat orqanları tərəfindən 2001-ci il sentyabrın 11-də törədilən terror aktlarında, eləcə də 2000-ci illərin ikinci yarısında bir sıra hücumlarda iştirakda şübhəli bilinirdi. Terrorçu 2011-ci il sentyabrın 30-da Yəməndə ABŞ-ın pilotsuz təyyarəsinin endirdiyi zərbə nəticəsində öldürülüb.
Taliban və Hizbullaha yaşıl işıq
USAİD-lə bağlı daha bir biabırçı fakt Əfqanıstanla bağlı fəaliyyətidir. Beləki, təşkilat Talibana Əfqanıstanda misli görünməmiş böyük ərazidə xaşxaş becərilməsi və heroin istehsalını dəstəkləmək üçün istifadə olunan suvarma kanalları, əkinçilik avadanlığı və hətta gübrə üçün yüz milyonlarla dollar vəsait ayrılıb. Bu da onu göstərir ki, həm Əl-Qaidə, həm İŞİD, həm də Taliban ABŞ-ın layihəsidir. Məhz bu cür terror təşkilatlarını maliyyələşdirmək üçün hər il 7-8 milyard dollar vəsait xərclənib.
Bu günlərdə daha bir fakt ortaya çıxıb. Belə ki, Livanda "Hizbullah"a məxsus silah anbarından ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) humanitar yardımı tapılıb. Bundan əlavə, Livanda "Hizbullah"ın dayaq məntəqəsində patrulda olarkən snayper tüfəngləri, tank əleyhinə raketlər və partlayıcı maddələrin yanında üzərində USAID yazısı olan bağlamalar aşkar edib.

USAİD-in terroru dəsdəkləməsini artıq Amerikanın özündə belə etiraf edirlər. Məsələn, Sülh Naminə Veteranlar Təşkilatının üzvü Maykl terrorla əlaqəli qrupların maliyyələşdirilməsi ilə bağlı suala belə cavab verib:
"Maliyyələşdirməyə baxmaq lazımdır. Lakin mən də buna şübhə etmirəm. ABŞ-ın ayırdığı maliyyənin bir hissəsi terrora yardım üçün xərclənib".
Tramp USAİD-dən niyə imtina etdi?
Ağ Evin yeni sahiblərinin USAİD-dən imtina etməsi heç də terrora dəstəkdən geri çəkilmək məqsədi daşımır. Bu addım sadəcə dövlət vəsaitinə qənaət üçün edilib. Çünki USAİD xarici yardıma hər il ABŞ-ın ÜDM-in 3%-ə qədərini xərcləyirdi. Hökumətin məlumatlarına görə, ABŞ 2023-cü ildə beynəlxalq yardıma 68 milyard dollar xərcləyib. Bu isə kifayət qədər böyük vəsaitdir.
Ona görə də Tramp vəzifəyə gəldikdən sonra xarici yardımların kəsilməsinin tərəfdarı olub. O bildirib ki, bu cür təşkilatlar ikitərəfli münasibətləri pozur və qeyri-sabitliyə töhfə verir. Onun fikrincə, xaricə paylanan resurslar daxili ehtiyaclara yönləndilməlidir. Çünki Respublikaçıların əsas devizi belədir:
"Öncə Amerika"
Göründüyü kimi, xarici yardımları dayandıran Tramp administrasiyası USAİD-in fəaliyyətini də araşdırır. Bu araşdırmaların ilkin nəticələri isə göz önündədir. Böyük ehtimalla USAİD-lə bağlı araşdırmalar davam edəcək. Belə olan halda isə daha dəhşətli faktların üzə çıxacağı şübhəsizdir...
Bizim.Media-nın analitik qrupu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://bizim.media
archiveBu xəbər 14 Fevral 2025 12:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see182

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see143

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see137

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri