Uşakov: “Putin, Uitkoff və Kuşnerin görüşü konstruktiv və faydalı olub”
Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.
Rusiya Prezidenti Vladimir Putinin ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə görüşü məzmunlu, konstruktiv və faydalı olub.
Bizim.Media xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib. O, görüşün yekunları ilə bağlı bir sıra açıqlamalar verib.
Uşakovun sözlərinə görə Rusiya Avropanın təhlükəsizliyi ilə bağlı təklifləri ABŞ-la birlikdə müzakirə etməyə dərhal başlamağa hazırdır:
“Moskvanın Avropanın təhlükəsizliyi ilə bağlı yeni təklifləri var. ABŞ nümayəndələri Putinin Konstantinovkada humanitar missiyanın təşkili təklifini fəal şəkildə dəstəkləyiblər. Rusiya humanitar missiyanın həyata keçirilməsi üçün Konstantinovkada minatəmizləmə işlərinə dərhal başlamağa hazırdır”.
O həmçinin bildirib ki, humanitar missiya şəhərin faktiki olaraq kimin nəzarətində olduğunu hər kəsə göstərməyə imkan verəcək:
“Ən genişmiqyaslı əsir mübadiləsinin parametrləri hazırda razılaşdırılır. Eləcə də Uitkoff və Kuşnerlə görüşdə Zelenskinin davranışı və onun Trampa göndərdiyi mesajlar müzakirə olunub. Putin və Tramp Ukrayna münaqişəsinin nizamlanmasını APEC sammiti çərçivəsində planlaşdırılan ikitərəfli görüşdə müzakirə etməyə davam edəcəklər”.
Sonda Uşakov vurğulayıb ki, Kreml Uitkoff və Kuşnerin Putinlə görüşdə verilən mesajları Zelenskiyə çatdıracağına ümid edir.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 12 Noyabr 2026 21:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















