Uşaq bağçaları ilə bağlı lisenziyaya yenidən baxılmalıdır
Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.
Təqdirə layiq haldır ki, bu gün Elm və Təhsil Nazirliyi məktəbəqədər təhsilin əhatəliyinin artırılması istiqamətində ciddi addımlar atır. Lakin bu istiqamətdə bir sıra əngəllər var. Heç kimə sirr deyil ki, Bakı şəhərində və eləcə də respublikamızın ayrı-ayrı bölgələrində yüzlərlə, körpələr evi-uşaq bağçası fəaliyyət göstərir. Lakin onların böyük bir qisminin xüsusi razılıq-lisenziyası olmadığı üçün onlar müxtəlif adlar altında (məsələn, tədris mərkəzi, təhsil mərkəzi, kurs və.s) faktiki olaraq körpələr evi-uşaq bağşasının funksiyasını həyata keçirirlər.
Axar.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Samir Vəliyev bildirib.
"Orada təhsil və təlim – tərbiyə alan minlərlə uşağın məktəbəqədəri bitirməsini özündə əks etdirən real statistikaya daxil olmaması deməkdir. Bu növ fəaliyyəti Elm və Təhsil Nazirliyi tərəfindən körpələr evi - uşaq bağçası kimi lisenziyalaşdırması isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 3 avqust tarixli 171 nömrəli qərarı imkan vermir. Həmin qərarda nəzərdə tutulan "Məktəbəqədər təhsil müəssisələrinin tikintisi’’nə dari olan hissəsinə yenidən baxılmasını vacib hesab edirik", - deputat qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 11 İyun 2025 19:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















