Icma.az
close
up
RU
Uşaq hüquqları gələcəyin təminatdır ŞƏRH

Uşaq hüquqları gələcəyin təminatdır ŞƏRH

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 18 noyabr, AZƏRTAC

“Uşaqların hüquqlarının qorunması hər bir cəmiyyətin mənəvi və sosial inkişaf səviyyəsini müəyyən edən əsas göstəricilərdən biridir. Hər bir uşaq doğulduğu andan etibarən yaşamaq, inkişaf etmək, təhsil almaq, sevgi və qayğı ilə əhatə edilmək, zorakılıq və istismardan müdafiə olunmaq hüququna malikdir”.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Şükufə Məmmədova bildirib. Onun sözlərinə görə, bu, təkcə ailənin deyil, dövlətin və cəmiyyətin birgə məsuliyyətidir. BMT-nin 1989-cu ildə qəbul etdiyi “Uşaq Hüquqları Haqqında Konsvensiya” bu sahədə ən mühüm beynəlxalq sənəddir. Vurğulanıb ki, Azərbaycan Respublikası 1992-ci ildə həmin Konvensiyaya qoşulmaqla uşaq hüquqlarının qorunmasını dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrmişdir.

“Azərbaycan Respublikasının Konstitusiyası, “Uşaq hüquqları haqqında” Qanun (19 may 1998-ci il), “Ailə Məcəlləsi”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” Qanun və digər normativ aktlar bu sahədə möhkəm hüquqi baza formalaşdırıb. Dövlət siyasətinin yerli səviyyədə həyata keçirilməsi məqsədilə bütün rayon və şəhər icra hakimiyyətəri yanında uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar yaradılıb. Bu komissiyalar uşaq hüquqlarının təminatında, profilaktik tədbirlərin görülməsində və maarifləndirmə işlərində birbaşa mühüm rol oynayır. Son illərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən həyata keçirilən sosial siyasət uşaqların hüquqlarının daha etibarlı qorunmasına, onların inkişafı üçün bərabər imkanların yaradılmasına yönəlib. Uşaq hüquqları üzrə komissiyalar da bu siyasətin yerli icra mexanizmini təşkil edir. Komissiyalarda məsul katib və uşaq və ailələrlə iş üzrə psixoloq ştatların təsis edilməsi uşaqlarla işdə peşəkar psixoloji dəstəyin və qərarların icra mexanizmlərinin gücləndirilməsinə xidmət edir. Abşeron rayonunda da bu sahədə lazımi işlər görülür. Belə ki, RİH yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın təşəbbüsü ilə məktəblərdə, kolleclərdə ictimai mərkəzlərdə “Uşaq hüquqları aylığı”, “Erkən nikahın fəsadları”, “Zorakılığa yox deyək!” kimi maarifləndirici aksiyalar keçirilir. Hər tədbir zamanı yüzlərlə şagird və valideynlərlə söhbət aparılır, sorğu vərəqləri paylanılır, uşaqların sosial-mənəvi inkişafı ilə bağlı maarifləndirici materiallar təqdim olunur. Sevindirici haldır ki, Abşeronda son illərdə uşaqların hüquqlarının qorunması istiqamətində həyata keçirilən tədbirlər müsbət nəticələr verməkdədir. Belə ki, komissiyaya daxil olan müraciətlərin təhlili göstərir ki, 2024-2025-ci illərdə uşaqların hüquqlarının pozulması ilə bağlı müraciətlərin sayında təxminən 20 faiz azalma müşahidə olunub”, - deyə Şükufə Məmmədova vurğulayıb.

Onun sözlərinə görə, İcra Hakimiyyəti yanında uşaq hüquqları üzrə komissiyaların fəaliyyəti təkcə hüquqi tədbirlərlə məhdudlaşmır, həm də maarifləndirmə, ailələrlə sosial iş və uşaqların rifahının qorunmasına yönəlmiş çoxşaxəli fəaliyyət sahəsini əhatə edir. Bu mənada, komissiyaların gördüyü hər bir iş gələcək nəsillərin rifahına xidmət edən ən dəyərli fəaliyyət sahəsidir:

“Ümummilli Lider Heydər Əliyevin sözləri ilə desək, “Uşaqlar bizim gələcəyimizdir. Onların sağlam, savadlı və xoşbəxt böyüməsi dövlətimizin və cəmiyyətimizin başlıca vəzifəsidir”. Bu fikirlər bu gün də Azərbaycan dövlətinin sosial siyasətinin bünövrəsini təşkil edir. Uşaqların rifahı, təhsili və təhlükəsizliyi uğrunda görülən hər bir iş ölkəmizin sabahına qoyulan mənəvi sərmayədir. Son illər Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanların ailələri, xüsusilə də onların bizə əmanət qalan övladlarına diqqət və qayğı göstərilir. Bu sahədə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın göstərdiyi xüsusi diqqət ölkə üzrə icra strukturları üçün birmənalı fəaliyyət xətti müəyyən edib. Şəhid ailələrinin övladlarının rifahı və müdafiəsi sahəsində görülən bütün işlər onların sağlam, təhlükəsiz və xoşbəxt böyümələrinə xidmət edir, eyni zamanda Azərbaycan dövlətinin sosial siyasətinin mühüm tərkib hissəsini təşkil edir. Ölkəmizin hər yerində olduğu kimi, Abşeron rayonunda da şəhid ailələrinə daim diqqət göstərilir. Rayonda keçirilən tədbirlərdə fəal iştirak təmin olunur və həyatlarının hər bir mərhələsində dövlətin qayğısı, diqqəti xüsusi olaraq hiss etdirilir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:184
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Noyabr 2025 00:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see556

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see480

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see437

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see303

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see299

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see295

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see288

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see283

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see276

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see266

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see252

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see244

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see235

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see223

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see220

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see197

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see189

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see184

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see181

Mətanət A işçilərin maaşının bir hissəsini depozit saxlayırmış

01 Noyabr 2026 11:14see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri