“Uşaq hüquqları haqqında” Qanuna dəyişikliklər təsdiqləndi
Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Uşaq hüquqları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi Milli Məclisdə üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
Modern.az xəbər verir ki, bu məsələ parlamentin noyabrın 29-da keçirilən iclasının gündəliyinə daxil edilib.
Layihəyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsinin bütün sahələrdə təmin edilməsi vəziyyətinin monitorinqi üzrə meyarlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Layihədə təklif olunan dəyişikliklər uşaq müəssisələrində xidmətlərin keyfiyyətinin yüksəldilməsinə, uşaq hüquqlarının həyata keçirilməsinin təkmilləşdirilməsinə xidmət edir.
Qanun layihəsi “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamının icrasının təmin edilməsi məqsədilə hazırlanıb.
Müzakirələrdən sonra qanun layihəsi üçüncü oxunuşda səsə qoyularaq təsdiqlənib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 29 Noyabr 2024 13:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















