Icma.az
close
up
RU
Uşaq qidalarında gizli risklər

Uşaq qidalarında gizli risklər

Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Uşaq qidalarının keyfiyyəti ilə bağlı narahatlıqlar uzun illərdir gündəmdədir. Son günlər "Nestlé” şirkətinin körpə və erkən yaşlı uşaqlar üçün nəzərdə tutulmuş bəzi məhsulları ehtiyat tədbiri olaraq geri çağırması bu mövzunu yenidən aktuallaşdırıb. Belə ki, Avstriya, Danimarka, Finlandiya, Almaniya, İrlandiya, İtaliya, İsveçrə və Birləşmiş Krallıqda "SMA”, "BEBA”, "ALFAMINO”, "Pre NAN” və digər ticarət nişanları altında istehsal olunan məhsulların müəyyən partiyaları dövriyyədən çıxarılıb. Geri çağırmaya səbəb istehsal prosesi zamanı məhsulların "Bacillus cereus” bakteriyasının ifraz etdiyi "cereulide” toksini ilə çirklənmə riskdir. Bu hadisə fonunda Azərbaycan bazarında satılan uşaq qidalarının təhlükəsizliyi və nəzarət mexanizmləri ilə bağlı suallar da aktuallaşıb.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, idxal olunan qida məhsulları, o cümlədən uşaq qidaları üzərində risk səviyyəsindən asılı olaraq müəyyən edilmiş dövriliklə fiziki nəzarət həyata keçirilir: "Bu nəzarət zamanı məhsullar laboratoriya tədqiqlərinə cəlb olunur, həmçinin təhlükəsizlik, minimum keyfiyyət göstəriciləri və orqanoleptik xüsusiyyətlər üzrə yoxlanılır”. Qurumun məlumatına görə, 2025-ci ildə uşaq qidaları üzrə ümumilikdə iki uyğunsuzluq faktı aşkarlanıb. Bir halda məhsul partiyası geri qaytarılıb, digər halda isə məhv edilib.

Qida təhlükəsizliyi üzrə mütəxəssis Asim Vəliyevin sözlərinə görə, uşaq qidaları ilə bağlı narahatlıqlar hər zaman gündəmdədir: 

"Uşaqların immunitet sistemi hələ inkişaf mərhələsində olduğu üçün risklərə daha açıqdır. Nəzərə almaq lazımdır ki, geri çağırma hər zaman məhsulun zərərli olması demək deyil, əksər hallarda riskin qarşısını vaxtında almaq üçün atılan addımdır. Geri çağırmalar əsasən bir neçə səbəbdən həyata keçirilir. Laborator analizlər zamanı normadan kənar göstəricilərin aşkarlanması, istehsal xəttində texniki nasazlıq, etiketləmə xətası və ya xammalın təhlükəsizliyi ilə bağlı şübhələr buna nümunədir. Bəzi hallarda hətta potensial risk ehtimalı da geri çağırma üçün kifayət edir. Bu da istehsalçının məsuliyyətli yanaşmasının göstəricisi hesab olunur”. 

A.Vəliyev bildirib ki, rəsmi idxal olunan məhsullar bazara sənədlər, laborator analizlər və uyğunluq göstəriciləri əsasında buraxılır: 

"Lakin bu, bütün məhsulların tam risksiz olduğu anlamına gəlmir. Daşınma, saxlanma və satış mərhələlərində də problemlər yarana bilər. Uşaq qidalarında ən çox rast gəlinən risklər mikrobioloji çirklənmə ilə bağlıdır. Bakteriyalar, kif göbələkləri və onların toksinləri körpələr üçün xüsusilə təhlükəlidir. Digər risklərə ağır metalların iz miqdarı, düzgün göstərilməyən allergenlər, şəkər və duzun normadan artıq olması daxildir. Bəzən qablaşdırma materialı da risk mənbəyinə çevrilə bilər”.

Mütəxəssis bildirdi ki, valideynlər uşaq qidası seçərkən ilk növbədə etiket məlumatlarına diqqət etməlidirlər: 

"Məhsul yaşa uyğun olmalı, tərkibi sadə və aydın göstərilməlidir. Şəkər, süni dadlandırıcı və rəngləndiricilərdən mümkün qədər uzaq durmaq tövsiyə olunur. Son istifadə tarixi və qablaşdırmanın bütövlüyü mütləq yoxlanmalıdır. Məhsul açıldıqdan sonra üzərində göstərilən müddətə əməl edilməlidir. Bəzən məhsulun qiymətinin yüksək olması onun daha keyfiyyətli olduğu fikrini yaradır. Lakin "premium” və bahalı məhsulların avtomatik olaraq daha təhlükəsiz olduğu düşüncəsi düzgün deyil. Qiymət çox vaxt brend, marketinq və qablaşdırma ilə bağlı olur. Əsas meyar məhsulun tərkibi, istehsal nəzarəti və düzgün saxlanma şəraitidir. Bəzən daha sadə və münasib qiymətli məhsullar daha təhlükəsiz ola bilər”.

Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirdi ki, xüsusilə saxlanma zamanı temperatur rejimi pozulduqda, məhsul günəş şüaları altında qaldıqda və ya qablaşdırma açıldıqdan sonra uzun müddət istifadə edildikdə bakteriyaların çoxalması riski artır. Bu isə azyaşlılar üçün təhlükəlidir. M.Hüseynovanın sözlərinə görə, valideynlər uşaq qidası seçərkən ilk növbədə pediatrın tövsiyələrini nəzərə almalıdırlar: 

"Qida uşağın ayına və yaşına uyğun təyin edilməlidir. Etiket məlumatlarında istehsalçı şirkət barədə ətraflı məlumat, məhsulun tərkibi, saxlanma şəraiti, istehsal tarixi və son istifadə müddəti mütləq göstərilməlidir. Məhsul alınarkən qablaşdırmada zədələnmə, rəng və ya görünüşdə dəyişiklik müşahidə olunarsa, belə məhsullar istifadə edilməməlidir. Allergiyaya meyilli uşaqlar üçün isə xüsusi tərkibli məhsullar və ya "premium” kateqoriyalı qidalar təyin oluna bilər, buna da diqqət yetirilməlidir”.

Pediatr Gülnar Abdullayeva isə düşünür ki, uşaq qidalarını hər hansı bir alternativlə əvəz etmək mümkün deyil: 

"Uşaqlara qida yazarkən məhsulun apteklərdən alınmasını tövsiyə edirik. Saxlanma yerinə və şəraitinə diqqət edilməsini bildiririk. Süni qidaların alternativi yoxdur. Bəzi valideynlər bunu keçi südü ilə əvəz edirlər, amma bu, yolverilməzdir. Uşaq qidası hər bir uşağa fərdi olaraq seçilir. Bəzi uşaqlarda həzm sistemi ilə bağlı şikayətlər - qəbizlik, qusma, ishal olduqda, ona uyğun qida təyin edirik. Bəzi uşaqlar allergik olur, bu uşaqlara qida seçərkən də bütün hallar nəzərə alınmalıdır. Süni qidalar ucuz və ya bahalı olmasından asılı olmayaraq, əgər standartlara uyğundursa, təhlükəli hesab edilmir. Elə uşaq ola bilər ki, bahalı, "premium” qida ona uyğun olmasın və allergiya versin. Ən yaxşı qida uşağın orqanizminə uyğun gələn qidadır”.

"Kaspi" qəzeti

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 01 Fevral 2026 11:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qalatasaray 10 nömrə mövqeyinə onu gətirir

16 Avqust 2026 01:18see291

Kəpəz Sabah ın qonağıdır Heyətlər

15 Avqust 2026 19:52see278

Navai taksi sürücüsü işlədiyi günləri xatırladı Foto

16 Avqust 2026 13:25see260

La Liqa 2026/27 mövsümü: 15 16 avqust matçlarının təqvimi və rəqabət in TƏHLİLİ

15 Avqust 2026 16:26see250

Bakı Qazax yolunda iki yük maşını toqquşdu, ölənlər var

15 Avqust 2026 22:40see248

Almaniyanın Baltik dənizi sahillərində zəhərli yosunlar yayılıb

16 Avqust 2026 02:25see218

Bədəninizdə su çatışmazlığını göstərən 5 gizli əlamət

16 Avqust 2026 04:05see209

Masazırda bayquş ulayırdı!

16 Avqust 2026 00:07see202

Bu ölkə ilə əlaqələri gücləndirəcəyik Pezeşkian

16 Avqust 2026 00:20see192

Yəməndə husilərə qarşı 181 hərbi əməliyyat keçirilib

16 Avqust 2026 15:01see175

​Komitə sədrindən həyəcanlı çağırş “Bu acı böhranı yalnız...”

16 Avqust 2026 15:16see173

Epşteyn işi ilə bağlı maraqlı məqam: Playboy un sahibi FTB yə dəfələrlə zəng edibmiş

16 Avqust 2026 00:18see169

Günay bikinidə fotolarını yaydı

16 Avqust 2026 03:05see168

İmad Faraj Neftçi ilə vidalaşdı

15 Avqust 2026 16:29see166

İran AzTV ilə bağlı qərarını açıqladı

16 Avqust 2026 20:34see165

Azərbaycanın tranzit yükdaşımaları bərpa etməsi xoşniyyətli siyasətin göstəricisidir

17 Avqust 2026 12:27see165

Moskva Dəməşq arasında birbaşa aviareyslər bərpa olunur

16 Avqust 2026 03:18see162

Duran "Seltik"də daha bir qol vurdu

16 Avqust 2026 12:12see160

Kimlər aclığa dözə bilmir? Həkimdən məsləhət

17 Avqust 2026 04:01see160

Türkiyənin Giresun vilayətində sel 5 nəfəri apardı

17 Avqust 2026 05:40see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri