Qəzzada dağıntılar altında bayram hazırlıqları... Fotolar
Icma.az bildirir, Yeniavaz portalına istinadən.
Qəzzada 60 yaşlı qadın çətin şəraitə baxmayaraq bayram ənənəsini davam etdirir.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Al Jazeera” məlumat yayıb.
Bildirilir ki, müharibə, sərhəd məhdudiyyətləri və bahalaşma Qəzzada bayram hazırlıqlarını xeyli çətinləşdirib.
Qəzza şəhərinin şimalında qismən dağıdılmış evdə yaşayan Samira Touman ailəsi ilə birlikdə “kaak” və “maamoul” kimi ənənəvi bayram şirniyyatlarını hazırlayır. O, həm ailəsi, həm də sifarişçilər üçün işləyərək əlavə gəlir əldə etməyə çalışır.
Lakin bölgədə davam edən yanacaq və qaz qıtlığı səbəbindən ailə yemək bişirmək üçün odun və dağıdılmış binalardan toplanan taxta parçalarından istifadə etməyə məcbur qalır. Bu isə işi daha da çətinləşdirir. Sərhəd keçidlərinin tez-tez bağlanması isə ərzaq və xammal qiymətlərini kəskin artırıb.

Samira Touman bildirib ki, müharibədən əvvəl tam təchiz olunmuş mətbəxi və sabit sifariş bazası olsa da, hazırda hər şeyi sıfırdan əl ilə görməyə məcburdur.
Buna baxmayaraq, Samira ailəsi ilə birlikdə bayramın az da olsa sevincini yaşatmaq üçün ənənəni davam etdirdiklərini və Qəzzada vəziyyətin sabitləşməsini arzuladıqlarını bildirib: “Bu il ümid edirik ki, Ramazan bayramı daha yaxşı günlər gətirəcək, işlərimiz və həyatımız yaxşılaşacaq və sabitləşəcək, qiymətlər düşəcək, xammal və tikinti materialları Qəzzaya daxil olacaq. Çox uzun sürən bu çətin vəziyyətdən bezmişik”.
Bu mövzuda digər xəbərlər:Kiyev dağıntılar altında... FOTOLAR
01 Avqust 2025 09:39
Qəzzada dağıntılar altında 8 min cəsəd var
08 May 2026 16:02
Uşaqlar da dağıntılar altında qaldı Qəzzada dəhşətli hadisə
16 Sentyabr 2026 14:39
Qəzzada dağıntılar altında daha bir israilli əsirin cəsədi tapılıb
28 Oktyabr 2025 20:11
Qəzzada ölü sayı 65419 a çatdı: dağıntılar altında meyitlər var
24 Sentyabr 2025 16:23
Baxış sayı:127
Bu xəbər 19 Mart 2026 13:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















