Icma.az
close
up
RU
Menu

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

Yuxuya getməyi asanlaşdıran 7 qida

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

Uşaqlar işıqlı gələcəyimizdir

Uşaqlar işıqlı gələcəyimizdir

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

Hər bir ölkənin gələcək inkişafı məhz bu günün uşaqlarından, gənclərindən asılıdır. Uşaqların sağlam mühitdə böyüməsi, tərbiyə alması üçün dövlətimiz tərəfindən ardıcıl olaraq tədbirlər görülür. Bu qayğı sağlam düşüncəli, sağlam ruhlu, sağlam vücudlu insanların yetişməsi ilə yanaşı, onların vətənə bağlı, vətən sevgili vətəndaş kimi böyüməsinə xidmət edir. Uşaqların layiqli vətəndaş kimi yetişmələri, uşaqlarla bağlı sosial problemlərin həlli, uşaq hüquqlarının etibarlı təminatı baxımından dövlət səviyyəsində bütün addımlar atılır. Azərbaycan Prezidenti İlham Əliyevin uğurla həyata keçirdiyi dövlət uşaq siyasəti Azərbaycanın milli strategiyasının ayrılmaz tərkib hissəsidir. Onun başlıca prinsipləri uşaqların keyfiyyətli təhsil və yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin edilməsi, hərtərəfli qayğı ilə əhatə olunması, yüksək mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, şəxsiyyət və layiqli vətəndaş kimi formalaşmasıdır. Son illərdə uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin artırılması, pulsuz səhiyyə xidmətinin tətbiqi, uşaq ölümü hallarının kəskin şəkildə azaldılması, uşaqlar arasında tez yayılan xəstəliklərə qarşı profilaktik tədbirlərin gücləndirilməsi istiqamətində ardıcıl işlər görülür. Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası ilə əlaqədar yaranan ictimai münasibətləri tənzimləmək və bu sahədə dövlət orqanlarının, müəssisələrin və təşkilatların hüquq və vəzifələrini müəyyən etmək məqsədilə ölkəmizdə qanunlar, dövlət proqramları qəbul edilib.

Uşaqlar cəmiyyətimizin zərif və kövrək nümayəndələridir. Bu gün onların sağlamlığı üçün də ölkəmizdə lazım olan şərait yaradılıb. Uşaqların qidalanmasının müdafiəsi sahəsində dövlət siyasətinin əsas istiqamətləri kimi, uşaqların qidalanması ilə bağlı məqsədli dövlət proqramları hazırlanaraq həyata keçirilib. 2006-2010-cu illəri əhatə edən "Ana və uşaqların sağlamlığının qorunması üzrə Tədbirlər Proqramı" çərçivəsində əhəmiyyətli islahatlar aparılıb. 2014-cü il 13 iyun tarixində Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış "Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı" da gənc nəslin sağlamlığının yüksək səviyyədə qorunmasında əhəmiyyətli rol oynadı. Proqram çərçivəsində respublikamızda ana və uşaqların sağlamlığının qorunması sahəsində tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, doğuşayardım tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, uşaqlara, o cümlədən yenidoğulmuşlara, körpələrə göstərilən tibbi xidmətin keyfiyyət və səmərəliliyi yaxşılaşdırılıb. Zəruri vəzifələrin həyata keçirilməsi davam etdirilir. "Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında" Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı da uşaqlar üçün nəzərdə tutulan süni qida məhsullarının minimum keyfiyyəti və təhlükəsizliyinə dair tələblər, onların istehsalı, qablaşdırılması, etiketləşdirilməsi, saxlanması kimi tələblərə cavab oldu. Süni qida məhsullarına dövlət nəzarəti təşkil olunub, uşaqların ana südü ilə qidalanmasının müdafiəsi məqsədi ilə analara maddi, hüquqi, tibbi-sosial təminat verilib. Uşaqların sağlam həyat tərzinin təmin edilməsi, sağlamlıqlarının möhkəmləndirilməsi istiqamətində də ciddi addımlar atılır. Bildiyimiz kimi, Ümumdünya Səhiyyə Təşkilatı da uşaqların ana südü ilə qidalanmasına çağırışlar edir. Belə ki, ÜST körpənin altı aylıq yaşına qədər yalnız ana südü ilə qidalanmasını, sonra isə uyğun tamamlayıcı qidalarla birlikdə ən azı iki ilə qədər ana südü verməyə davam etməsini tövsiyə edir. Ana südü yeni doğulmuş körpələr üçün yalnız ən yaxşı qidalanma deyil, həm də xəstəliklərin qarşısını almaq üçün güclü bir vasitədir. Avqustun 1-dən 7-dək dünyanın bütün ölkələrində "Ümumdünya ana südü ilə qidalanma həftəsi" keçirilir. Məqsəd ana südünün körpələri bir çox xəstəlikdən qoruya biləcəyini geniş ictimaiyyətə izah etməkdir. Bu, gələcəyimiz olan uşaqların sağlamlığına yönəlmiş bir addımdır. Ana südü körpə sağlamlığı, körpə ölümlərinin azaldılması, xroniki xəstəliklərin qarşısının alınması üçün ən əhəmiyyətli qidadır. Mütəxəssislərin qənaətinə görə, ana südü ilə bəslənən körpələrdə infeksion xəstəliklərin rast gəlmə tezliyi daha az görülməkdədir. Həmçinin ana südü alan uşaqlarda beynin inkişafı daha yaxşı gedir, allergik xəstəliklər, ishal və tənəffüs yolu xəstəlikləri və hətta irəli yaşlarda ateroskleroz, xərçəng və dağınıq skleroz kimi xəstəliklər daha az müşahidə olunur. Ana südü körpənin hər dövrü üçün olduqca əhəmiyyətlidir. Ana südü asan həzm olunan və infeksiyalardan qoruyucu xüsusiyyətlər ilə seçilən zülallarla zəngindir. Onda olan dəmir, sink kimi mineralların miqdarı, inək südü ilə müqayisədə daha çoxdur.

Sevindirici haldır ki, ölkəmizdə son illər görülən genişmiqyaslı işlər sırasında ana və uşaqların sağlamlığının qorunması istiqamətində həyata keçirilən tədbirlər mühüm yer tutur. Həyata keçirilən tədbirlər dövlətin gələcəyimiz olan uşaqlara qayğısının təzahürüdür.

Nəzakət ƏLƏDDİNQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:224
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 04 Avqust 2025 14:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1001

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see471

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see374

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see294

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see280

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see279

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see258

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see251

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see217

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see217

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see211

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see207

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see206

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see205

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see199

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see199

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see192

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see192

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see192

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri