Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

Səhiyyə Nazirliyində yeni təyinat

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Uşaqlar niyə boy atmır? Problem genetikadadır, yoxsa süfrəmizdə?

Uşaqlar niyə boy atmır? Problem genetikadadır, yoxsa süfrəmizdə?

Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.

"Son illər Azərbaycanda uşaqların fiziki inkişaf göstəriciləri, xüsusilə boy artımı ilə bağlı səsləndirilən narahatlıqlar təsadüfi deyil. Müasir tibb elmi göstərir ki, uşağın boyu yalnız genetik göstərici deyil; əksinə, genetik potensialın nə dərəcədə reallaşması uşaqlıq və yeniyetməlik dövründə qidalanma, həyat tərzi, hormonal balans, fiziki aktivlik və erkən profilaktik tədbirlərlə birbaşa bağlıdır. Yəni boy artımında müşahidə edilən geriləmə, əslində, cəmiyyətin sağlamlıq, qidalanma və sosial mühit göstəricilərinin güzgüsüdür".

Ölkə.az xəbər verir ki, bu fikirləri Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib.

Onun sözlərinə görə, bu gün uşaqlar arasında boy artımının zəifləməsinin əsas səbəbləri sırasında keyfiyyətsiz və balanssız qidalanma xüsusi yer tutur:

"Şəkərli içkilər, ultra-emal olunmuş məhsullar, fast-food mədəniyyəti kalorili, lakin bioloji dəyəri zəif qidalanma forması yaradır. Bu isə sümüklərin inkişafı üçün vacib olan zülal, kalsium, D vitamini, sink və digər mikroelementlərin xroniki çatışmazlığına gətirib çıxarır. Bunun üzərinə fiziki hərəkətsizliyi, ekran asılılığını, yuxu rejiminin pozulmasını və erkən yaşlarda vitamin-mineral profilaktikasının sistemli aparılmamasını əlavə etdikdə, problemin miqyası daha aydın görünür.

Bəzən bu məsələnin həlli kimi məktəb ətrafında qida satışına inzibati məhdudiyyətlərin tətbiqi təklif olunur. Halbuki bu yanaşma təkbaşına problemin köklü həlli ola bilməz. Əsl və davamlı həll yolu uşaqlara hələ bağça yaşlarından etibarən sağlam qidalanma vərdişlərinin və qidanın bioloji dəyərinin nə olduğunu öyrətməkdən keçir. Uşaqlar anlamalıdırlar ki, şəkər əlavəli və süni qidalar tez doyma və ani enerji hissi yaratsa da, orqanizm üçün real fayda daşımır, əksinə, metabolik pozuntuların və xroniki xəstəliklərin əsasını qoyur. Erkən yaşda bu şüurun formalaşdırılması elə bir nəsil yetişdirə bilər ki, onlar təkcə öz sağlam seçimlərini etməsin, eyni zamanda sağlam qidalanmanı dərk etməkdə çətinlik çəkən böyüklər üçün də yolgöstərən mövqeyinə yüksəlsin".

"Dünya təcrübəsi göstərir ki, bu cür problemlər fərdi deyil, məhz dövlət siyasəti səviyyəsində həll olunur. Bir çox ölkələr uşaqların sağlam böyüməsini milli prioritet kimi qəbul edib. Türkiyədə məktəblərdə uzun illərdir dövlət tərəfindən süd paylanması proqramları həyata keçirilir, erkən yaş dövründə D vitamini və dəmir preparatları sistemli şəkildə verilir. Skandinaviya ölkələrində məktəb yeməkləri dietoloqlar tərəfindən hazırlanmış balanslı menyular əsasında təqdim olunur. Yaponiyada isə məktəb qidalanması sadəcə sosial layihə deyil, gələcək insan kapitalının qorunması strategiyasıdır.

Bu yanaşmaların hamısını birləşdirən əsas fikir ondan ibarətdir ki, uşağa qoyulan sərmayə gələcəyə qoyulan sərmayədir. Məktəblərdə uşaqlar üçün xüsusi menyuların hazırlanması yalnız sağlamlıq məsələsi deyil, bu, sosial bərabərliyin təmin edilməsi, regionlararası fərqlərin azaldılması və gələcək nəsillərin fiziki və intellektual potensialının qorunması deməkdir. Belə menyular yüksək keyfiyyətli zülalları, süd və süd məhsullarını, təbii tərəvəz və meyvələri, tam taxılları əhatə etməli, şəkərli və zərərli qidaların payı minimuma endirilməlidir.

Boy artımının əsasən qızlarda 16–17, oğlanlarda isə 18–19 yaşa qədər mümkün olduğu nəzərə alınarsa, məktəb və yeniyetmə dövrü həlledici mərhələdir. Bu dövrdə düzgün qidalanma, fiziki aktivlik və sağlam həyat tərzi yalnız boy göstəricilərini deyil, gələcəkdə ürək-damar xəstəliklərinin, metabolik pozuntuların və bir çox xroniki xəstəliklərin riskini də əhəmiyyətli dərəcədə azaldır.

Bəzən bu cür proqramlar dövlət üçün əlavə iqtisadi yük kimi təqdim olunur. Halbuki strateji və uzunmüddətli baxış göstərir ki, sağlam böyüyən uşaq gələcəkdə daha məhsuldar işçi qüvvəsi, daha az səhiyyə xərci və daha yüksək iqtisadi dəyər deməkdir. Sağlam insan daha çox yaradır, daha az itirir və cəmiyyətə daha böyük töhfə verir. Bu baxımdan məktəb qidalanması və uşaq sağlamlığına yönəlmiş proqramlar xərc deyil, ölkənin iqtisadi və sosial dayanıqlılığına edilən ağıllı investisiyadır", - deyə R.Mahmudov qeyd edib.

Həmidə İbrahimova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://olke.az
archiveBu xəbər 30 Yanvar 2026 12:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see515

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see486

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see298

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see277

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see271

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see268

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see260

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see259

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see257

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see253

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see252

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see235

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see232

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see231

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see224

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see223

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see211

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see207

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see205

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri