Icma.az
close
up
RU
Əcnəbi və qəribə adlar uşaqlar üçün problem yarada bilər SOSİOLOQ

Əcnəbi və qəribə adlar uşaqlar üçün problem yarada bilər SOSİOLOQ

Icma.az, Sherg.az saytına istinadən bildirir.

“Ad seçimi uşağın gələcəyini müəyyən edir, valideynlər diqqətli olmalıdır”

Azərbaycan Milli QHT Forumunun təşəbbüsü ilə “Gələcəyimizin adı: yeni doğulan uşaqlara qoyulan adlar və milli kimlik” mövzusunda geniş ictimai dinləmə keçirilib. Müzakirədə Milli QHT Forumuna üzv olan, mövzu ilə bağlı fəaliyyət göstərən QHT-lərin nümayəndələri, dövlət qurumları yanında ictimai şuraların üzvləri və ekspertlər iştirak ediblər. 

Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli çıxışında mövzunun aktuallığını vurğulayaraq bildirib ki, milli kimliyin təməl daşlarından biri ad ənənələridir. Onun sözlərinə görə, dövlət başçısının milli kimliyin və dilin saflığının qorunması ilə bağlı çağırışlarının reallaşdırılmasında ictimai təşəbbüslərə dəstək mühüm rol oynayır: “QHT-lərin bu istiqamətdə fəaliyyətinin əlaqələndirilməsi və fikir mübadiləsinin təşkili də əsas məqsədlərdən biridir”. Mirzə Ələkbər Sabir Fondunun rəhbəri Sevda Tahirli “Milli kimlik məsələsi və çağdaş adlar, dilin qorunmasında ad amili, xarici təsirin gizli fəsadları” mövzusunda çıxış edərək bildirib ki, son illər qeyri-ənənəvi və yad mənşəli adlara meyl narahatedici tendensiyaya çevrilib. O vurğulayıb ki, dilin milli kodları adlar vasitəsilə yaşadılır və bu sahədə laqeydlik nəsillər arasında mənəvi bağlılığı zəiflədə bilər. Ədliyyə Nazirliyi yanında İctimai Şuranın sədri Çingiz Qənizadə isə “Valideynlik hüququ və milli adlar: milli irsin və yaddaşın qorunmasında vətəndaş məsuliyyəti” mövzusunda çıxış edib. O bildirib ki, ad seçimi yalnız şəxsi zövq məsələsi deyil, həm də gələcək nəsillərə ötürülən mənəvi irsdir. Çıxışda valideyn hüquqları ilə milli-mənəvi dəyərlərin qorunması arasında hüquqi balansın əhəmiyyəti qeyd olunub və bu istiqamətdə maarifləndirmə işinin gücləndirilməsinin vacibliyi vurğulanıb.

Sosioloq Mətanət Məmmədova “Sherg.az”a açıqlamasında bildirdi ki, valideynlər övladırna ad seçərkən diqqətli olmalıdırlar: 

- Adlar həm Azərbaycan ədəbi dil normalarına, həm də milli kimliyimizə uyğun olmalıdır. Çünki hər bir ad bizim milli kimliyimizin və ana dilimizin kodlarını yaradır. Uşaqlara elə adlar seçilməlidir ki böyüyəndə utanmasınlar, valideynini qınamasın ki bu nə addır mənə qoymusunuz?! Sovet dövründə “kolxoz”, “sovxoz”, “şura”, “inqilab”, “ittifaq”, “sovet”, hətta “traktor” kimi adlar da qoyulub. Tarixi dövr fərqli idi. Ola bilsin, kimsə yeni quruluşu bəyənib, onu ideallaşdırıb və övladına bu cür adlar qoyub. Amma zaman keçdikcə bu adlar ləğv olundu. Daha çox milli adlara üstünlük verilməyə başlandı. Ad məsələsində insanlarımızın düşüncələri fərqlidir. Elə insanlar var, sevdiyi şairin, ədəbin adını övladına verir. Bəzisi bədii əsərlərdə obrazı yaradılan qəhrəmanların adlarını da övladlarına qoyur. Filmlərdən, seriallardan adlar götürənlər var. Dominik, Friderik, Melisa, Alisa... kimi adlar indi də qoyulur. Əcnəb futbolçuların adlarını qoyurlar övladırına – Raul, Neymar... Hətta mənfi qəhrəmanların adlarını seçənlər olur; Bihtər, Behlül. Həm də təəccüblüdür ki, məhz Türkiyə türkcəsində yazılmasını istəyirlər, hətta adları Azərbaycan dilinin qrammtik qaydalarına uyğunlaşdırmaq da istəmirlər. Birisi israr edir ki övladının adı Rustam yazılsın. Deyirlər, ay vətəndaş Rüstəm olmalıdır, razılaşmaq istəmirlər. Müsbət haldır Ədliyyə Nazirliyi tərəfindən adlarla bağlı xüsusi siyahı tərtib olunub. Vətəndaşlara siyahı təqdim olunur və orada qeyd olunan adları qoya biləcəyi bildirilir. Bu, adlarımızın milliləşməsi istiqamətində atılmış uğurlu addımdır. 

M.Məmmədova qeyd etdi ki, ad seçimi həssas məsələdir, çünki təkcə validyenlərin istəyi deyil, uşağın gələcəyi də əsasdır: 

- Bu məsələdə valideynlər də, nənələr, babalar da diqqəli olmalıdır. Öz istəklərini, arzularını reallaşdırmağa çalışarkən uşağın gələcəyini də düşünməlidirlər. Bəzən nənə, baba öz adının nəvəsinə qoyulmasını istəyir. Düşünmürlər ki müasir dövrdür, heç olmasa iki hissəli adı qısadılmış halda, yaxud ona uyğun gələn başqa bir adla əvəzləsinlər. ar. Ana dilimizin qaydaları qorunsun. Adın kökü, şəkilçisi, iki sadə adın birləşməsindən əmələ gələn adlar dil qanunlarını ehtiva etməli və müasir cəmiyyətə uyğun olmalıdr. Ad insanın şəxsiyyət vəsiqəsidir və ömrü boyu onunla qoşa addımlayır. Uşaqlarımıza elə adlar verməliyik ki gələcəkdə utanmasınlar, dəyişmək məcburiyyətində qalmasınlar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://sherg.az
archiveBu xəbər 13 Aprel 2026 20:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see430

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see336

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see330

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see298

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see246

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see245

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see234

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see214

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see214

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see205

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see201

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see200

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see198

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see197

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see193

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see190

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see183

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see181

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri