Icma.az
close
up
RU
“Uşaqlar özləri də maraqlıdırlar ki, onlara bayram nemətlərindən yox, məhz pul verəsən” Deputatlar “papaqatdı”dan danışdılar SORĞU

“Uşaqlar özləri də maraqlıdırlar ki, onlara bayram nemətlərindən yox, məhz pul verəsən” Deputatlar “papaqatdı”dan danışdılar SORĞU

Pravda.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İlaxır çərşənbənin tarix boyu bu günə qədər yaşadılan adətlərindən “papaqatdı” indi də uşaqların sevimli əyləncəsi olaraq qalır. Qədim dövrlərdən hələ bir neçə il əvvələ qədər qapıya atılan papaqların içinə şirniyyatlar, qoz-fındıq doldurulurdusa, indi bu adəti də müasir dövrə uyğunlaşdıranlar - pul qoyanlar az deyil. Bəs görəsən, Milli Məclisin deputatları qapılarına papaq atan uşaqları nə ilə sevindirirlər?

Pravda.az deputatlar arasında keçirdiyi sorğunu təqdim edir.

Deputat Tənzilə Rüstəmxanlı papağa pul qoymağın tərəfdarı deyil:

“Papağın içinə bayram sovqatı qoyulsa, daha yaxşıdır. Axı Novruz həm də noğul bayramıdır...”

Deputat Elman Nəsirov deyib ki, uşaqlar bayram günlərində onun qapısını tez-tez döyürlər:

“Həmişə maraqlı olmuşam ki, onlara süfərədə olan bayram nemətlərindən verim. Amma deyəsən, bu sahədə də ictimai sifariş formalaşıb. Uşaqlar özləri də maraqlıdırlar ki, onlara bayram nemətlərindən yox, məhz pul verəsən. Son zamanlar bu reallığın fərqindəyəm və bunu nəzərə alıram”.

Deputat Ceyhun Məmmədov isə hər şeyin pulla ölçülməsinin əleyhinədir:

“Düşünürəm, ənənələri qorumalıyıq. Necə ki qədim dövrlərdə papaqlara şirniyyat, çərəz qoyulurdusa, eyni ənənəni davam etdirməliyik. Çünki bu ənənələr bayramın əsl mahiyyətini ortaya qoyur, milliliyini göstərir. Bayramlarımızın ənənələri qorunmalıdır. Əlavələr edərək gələcəkdə bayramları öz mahiyyətindən uzaqlaşdıra bilərik”.

Deputat Arzuxan Əlizadə də həmkarının fikirləri ilə razıdır. O da adət üzrə papaqatdıda şirniyyat və bayram sovqatlarının qoyulmasının tərəfdadır:

“Bu ənənə indi də davam edir...”

Deputat Arzu Nağıyev isə doğulub böyüdüyü Tovuz rayonunun adətlərindən danışıb:

“Mən Tovuzda böyümüşəm. Bizdə, ümumiyyətlə, papaq atmaq adəti olmayıb. Heç vaxt kiminsə qapısına papaq atmamışıq. Torba atmışıq. Papağı bacadan sallayardılar, içinə qoysalar, onu qaldırardılar. Tonqallar qalayıb, lopalar atmışıq. Nə veriblərsə, götürmüşük, yumurta boyamışıq. Evdə mütləq həmin gün aş bişirilib. Ənənələrə sadiq qalmışıq, bu cür böyümüşük. Bizim üçün Novruz bayramı ən gözəl bayramlardanbiri olub”.

Deputat Samir Vəliyev də qədim adət-ənənələri qorumağın tərəfdarıdır:

“Novruz baharın gəlişini simvolizə edən tarixi bayramımızdır. 3 min il tarixə malikdir və gözəl adət-ənənələri var. Novruz Azərbaycan xalqının tarixində hansı ənənələrlə qalıbsa, müstəqilliyimizin bu illərində də təbii olaraq eyni ənənələri qoruyub saxlamalıyıq. Papaqatdı adəti də eyni adətlə qalmalıdır. Evdə bişirilənləri bölüşməyi bacarmalıyıq. Bayram günü buna ehtiyacı olanlar var, onlar da baharın gəlişini süfrələrində bol nemətlərlə qeyd etməldirlər. Bu nöqteyi-nəzərdən papaqatdı adətini başqa şəkildə dəyişdirməklə bayram əhvali-ruhiyyəsinə, ənənələrimizə təsir etmiş olarıq, yəni papaqatdıda evdə bişirilən şirniyyatları bölüşmək adət-ənənələrimizi qorumaq deməkdir”.

Aytəkin Qardaşova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:102
embedMənbə:https://pravda.az
archiveBu xəbər 18 Mart 2025 19:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səhərlər bir ovuc kişmiş yeyərək ÖMRÜNÜZÜ UZADIN

01 May 2025 20:08see131

Elməddin Cəfərov: Qurban deyəndə ağla qoyun kəsmək gəlməməlidir

02 May 2025 02:34see130

Vens: Uoltsun istefasının Signal messenceri qalmaqalı ilə əlaqəsi yoxdur

02 May 2025 04:22see128

ABŞ 350 milyard dollardan çox vəsait ala bilər

01 May 2025 08:28see128

Microsoftun süni intellekt aləti Recall

02 May 2025 04:02see125

Zamiq Əliyev finalda 120 dəqiqə oynadı

02 May 2025 00:21see123

Lionel Messinin nailiyyətini üstələdi, Kriştiano Ronaldoya yaxınlaşdı

01 May 2025 17:41see122

Sosial yardım adı altında dələduzluq Diqqətli olun!

01 May 2025 20:31see122

“Bakı, Təbriz, Ankara, biz hara, farslar hara!” “Traktor” sabah çempion ola bilər

01 May 2025 21:51see120

Azərbaycan yığmasının məşqçisi: Reqatadakı nəticələrimizin davamını beynəlxalq arenada gətirmək istəyirik

01 May 2025 17:41see120

Zəngin insanlar hansı rənglərdən uzaq durur və nə üçün?

01 May 2025 17:28see119

BMT maliyyə çatışmazlığı səbəbilə genişmiqyaslı islahatlara hazırlaşır

02 May 2025 04:36see118

Sel körpünü dağıtdı

02 May 2025 03:01see117

Qızıl almaq istəyənlər üçün fürsət sürətlə enir

01 May 2025 09:41see116

Manaf Ağayev oğullarından şikayət etdi

01 May 2025 14:44see115

Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda İkinci Forum keçirilir

02 May 2025 10:19see113

Trampın müşaviri və müavini vəzifələrindən gedir

01 May 2025 19:30see112

Aİ də qaz idxalı sabit olaraq qalır

01 May 2025 22:30see112

25 ölkədən 175 gimnast Bakıda medal uğrunda yarışacaq...

01 May 2025 19:36see112

Rusiyada dəhşətli qəzanın görüntüləri: Cənazə maşını yeraltı keçidə çırpılıb, sürücü ölüb

02 May 2025 17:29see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri