Tramp Mərkəzi Kəşfiyyat İdarəsinin kadrlarını ixtisar etmək niyyətindədir
Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ prezidenti Donald Tramp Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) və digər kəşfiyyat orqanlarında mühüm kadr ixtisarı həyata keçirməyi planlaşdırır.
APA xəbər verir ki, bu barədə “Washington Post” məlumat yayıb.
Adı açıqlanmayan mənbəyə istinadən yayılan məlumatda agentliyin işçilərinin təxminən 1200 nəfərə qədə ixtisar ediləcəyi bildirilir.
Nəşrin məlumatına görə, MKİ-də təxminən 22 min nəfər çalışır.
Qəzetdə təqdim olunan məlumata görə, ABŞ administrasiyası kəşfiyyatçıların sayının azaldılması ilə bağlı planları barədə artıq Konqresi məlumatlandırıb.
Qəzet qeyd edir ki, prosesin bir neçə il ərzində baş verəcəyi gözlənilir və dərhal ixtisar planlaşdırılmır.
MKİ-nin hansı bölmələrinin işçilərinin ixtisara məruz qala biləcəyi bəlli deyil.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 03 May 2025 04:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















