KİV: Rubio həm dövlət katibi, həm də prezidentin köməkçisi kimi fəaliyyət göstərəcək
Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ağ Ev ABŞ dövlət katibi Marko Rubionun ən azı altı ay həm dövlət katibi, həm də milli təhlükəsizlik məsələləri üzrə müşavir kimi fəaliyyət göstərməsini planlaşdırır.
APA xəbər verir ki, bu barədə “Politico” qəzeti mənbələrə istinadən məlumat yayıb.
“Marko Rubionun ən azı altı ay dövlət katibi və milli təhlükəsizlik məsələləri üzrə müşavir vəzifəsini icra edəcəyi gözlənilir və prezident Donald Trampın bir neçə yüksək səviyyəli müşaviri bu vəzifəni daimi etməkdə maraqlıdır”, –məqalədə deyilir.
Nəşrin mənbələrindən birinin qeyd edib ki, Rubio milli təhlükəsizlik məsələləri üzrə müşavir vəzifəsini tutmağı planlaşdırmırdı - ondan bunu şəxsən prezident Donald Tramp və onun aparat rəhbəri tələb edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 03 May 2025 03:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















