Icma.az
close
up
RU
Uşaqlar üçün ekran müddətinə məhdudiyyət qoyulsun TƏKLİF

Uşaqlar üçün ekran müddətinə məhdudiyyət qoyulsun TƏKLİF

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Avstraliya hökuməti sosial media platformalarına 10 dekabr tarixindən etibarən 16 yaşdan kiçik istifadəçilərin xidmətlərə girişini tamamilə bloklamaq üçün “məqbul tədbirlər” tətbiq etməyi tapşırıb.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan sosioloq Üzeyir Şəfiyev bildirib ki, təkcə Avstraliyada deyil, dünyanın bir çox ölkəsində analoji məhdudiyyətlər mövcuddur. Lakin onun fikrincə, sosial mediaya çıxışın tam qadağan olunması doğru yanaşma deyil.

Üzeyir Şəfiyev: Gəncləri bundan məhrum etmək düzgün olmaz

“Sosial şəbəkələrdə süzgəc mexanizmlərinin və filtrlərin tətbiqini, eləcə də fəaliyyətini tənzimləyən qanunun qəbulunu dəstəkləyənlər çoxdur. Həmin qanun isə istifadəçilərə maarifləndirmə yolu ilə çatdırılmalıdır ki, onlar nəyi istifadə etməyin mümkün olduğunu, nəyi olmadığını aydın dərk etsinlər”.

Sosioloqun sözlərinə görə, qanun qəbul edildikdən sonra süzgəc və filtr sistemləri tətbiq olunarsa, yeniyetmələrin, gənclərin və ailələrin sosial şəbəkələrdə zərərli paylaşımlarla, delinkvent və deviant, hüquq və əxlaq normalarına zidd məzmunlarla qarşılaşma riski minimuma enəcək.

“Hesab edirəm ki, qadağadan çox bu model daha səmərəlidir. Çünki sosial şəbəkələrdən düzgün və faydalı istifadə qaydaları var. Gəncləri bundan tamamilə məhrum etmək doğru olmaz”.

Məsələnin hüquqi tərəflərini şərh edən hüquqşünas Ayxan Məmmədli isə bildirib ki, Avstraliyada qəbul edilən qərar rəqəmsal təhlükəsizliyin gücləndirilməsi məqsədi daşıyır və həmin ölkənin milli qanunvericiliyinə uyğun şəkildə həyata keçirilir.

Onun sözlərinə görə, Azərbaycanda da analoji məhdudiyyətin tətbiqi hüquqi baxımdan mümkündür, lakin bunun üçün bir sıra normativ dəyişikliklər tələb olunur:

“İlk növbədə Konstitusiyada təsbit edilən fikir və məlumat azadlığı balanslaşdırılmalıdır. Belə məhdudiyyət yalnız uşaqların təhlükəsizliyinin təmin olunması və ictimai maraqların qorunması ilə əsaslandırıla bilər. Bununla yanaşı, ‘İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında’ Qanuna dəyişiklik edilərək yaş məhdudiyyətlərinin tətbiqi üçün hüquqi baza formalaşdırıla bilər”.

Ayxan Məmmədli: Qanunvericilik təşəbbüsü hökumət və ya deputatlar tərəfindən irəli sürülə bilər

Hüquqşünas əlavə edib ki, “Uşaqların hüquqları haqqında” Qanuna rəqəmsal mühitdə uşaqların müdafiəsini əhatə edən ayrıca müddəalar daxil edilə bilər. Sosial media platformalarının fəaliyyətinin tənzimlənməsi məqsədilə istifadəçi yaşının doğrulanması öhdəliyinin müəyyən olunması da vacibdir.

Onun fikrincə, yaşın identifikasiyası üçün texnoloji alqoritmlər və verifikasiya sistemləri hüquqi mexanizmlər vasitəsilə təsbit edilməlidir. Platformalar üçün nəzarət və icra sanksiyaları müəyyən edilməli, İnzibati Xətalar Məcəlləsinə, zərurət yaranarsa, Cinayət Məcəlləsinə də müvafiq əlavələr edilməlidir.

Məmmədlinin sözlərinə görə, prosesin effektivliyi üçün dövlət qurumları – xüsusilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, həmçinin Təhsil Nazirliyi – monitorinq mexanizmlərini gücləndirməlidirlər. Eyni zamanda internet provayderlərinə yaş məhdudiyyətlərinin texniki tətbiqi ilə bağlı öhdəlik verilə bilər.

O qeyd edib ki, beynəlxalq təcrübənin öyrənilməsi hüquqi mexanizmlərin daha səmərəli qurulmasına müsbət təsir göstərəcək. Bu zaman valideyn məsuliyyətinin gücləndirilməsi də mühüm məsələlərdən biridir.

“Yaş yoxlaması zamanı toplanan məlumatların təhlükəsizliyi xüsusi diqqət tələb edəcək. Hüquqi mexanizmlər uşaqların rəqəmsal hüquqlarını məhdudlaşdırmadan, əksinə onları qorumağa yönəlməlidir. Belə məhdudiyyətlərin tətbiqi yalnız geniş ictimai müzakirələrdən sonra mümkündür. Qanunvericilik təşəbbüsü hökumət və ya deputatlar tərəfindən irəli sürülə bilər. Milli Məclisdə müzakirələrdən sonra qəbul olunacaq hüquqi dəyişikliklər bunun üçün əsas yaradacaq”.

Zeynəb Rzayeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:162
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 26 Noyabr 2025 15:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see429

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see286

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see275

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see273

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see261

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see255

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see247

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see245

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see230

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see225

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see218

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see217

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see217

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see216

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see215

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see214

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see204

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see197

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see191

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri