Icma.az
close
up
RU
Uşaqlara niyə mənasını bilmədiyimiz ərəb adları qoyuruq?

Uşaqlara niyə mənasını bilmədiyimiz ərəb adları qoyuruq?

Bakupost portalından verilən məlumata əsasən, Icma.az bildirir.




İbrahim Nəbioğlu

Diqqət edirsizmi, son zamanlar islami adların, yəni ərəb adlarının sayı durmadan artır.

Bir tanışım deyir ki, bizim aran rayonlarından birində nəvəsinin oxuduğu sinifdə 5 nəfər oğlan uşağının adı Muhammeddir. Eyni sinifdə 4 nəfər Fadimə, 3 nəfər də Zəhra adlı gül balamız oxuyur.

Deyə bilərsiniz ki, sənin də adın ərəb mənşəlidir, peyğəmbərlərdən birinin adıdır.

Əslində mənim adımın mənşəyi İslamiyyətdən daha da əvvəllərə gedir, “Abraham”dan, “Avram”dan gəlir.

Ancaq atam mənə ad seçəndə indiki trenddən uzaqdı, sadəcə olaraq oğluna öz atasının adını qoyub.

Mənimlə bir sinifdə “Məhəmməd” adında bir sinif yoldaşım oxuyurdu.

Ancaq indi o adı dövrün “tələbinə” uyaraq “Muhammed” olaraq yazırlar.

Niyə, səbəbini bilirsiz – İslami ahəng vermək üçün, ərəblər elə yazdıqlarına görə.

Və ya “Fatma” ilə “Fadimə”…

“Fadimə” deyəndə məcburən məsələyə başqa rakursdan baxırsan...

Təbii ki, dini, irqi dözümlülük örnəyi olan ölkəmizdə, tolerantlığı ilə öyünən cəmiyyətimizdə kimsə başqasının övladına nə ad verməsinə qarışa bilməz. Mən də qarışmır və bu seçimlərə hörmət edirəm. Ancaq narahatçılıq doğuran bu məsələdə ifrata getmək, mənasını, nə anlama gəldiyini, mənşəyini bilmədən məqbul olmayan adlar qoymaq çox düşündürücüdür...

Bir başqa tanışımın ailəsində “Azra” adlı gözəl bir qız övladı böyüyür.

“Azra” adı ərəb mənşəlidir, mənası “Bakirə, əl dəyməmiş” deməkdir.

Ərəb mədəniyyətində bu ad ilk növbədə qızlara saflığı və məsumluğu təmsil etməsi üçün verirlər. Ancaq tərcüməsi də ortadadır.

“Sənəm” yerinə israrla “Sanem”i seçirlər. Halbuki “Sənəm” deyəndə biz “gözəl, göyçək, dilbər” anlayırıq. Ancaq “Sanem” ərəbcə “büt” deməkdir.

“Yenə yada düşdü bizim sənəmlər; Getməyin binası, hayıf ki, yoxdur”, – böyük Molla Pənah Vaqifindir.

Ya da…

“Bir saatdan sonra bir nazənin sənəm gələcəkdir”, – böyük Üzeyir Bəy Hacıbəyli yazırdı.

“Gülsüm” kasıb, aciz, yoxsul deməkdir.

Cənnət bağı kimi tanınan “İrem” Allahın qəzəbinə tuş gəlmiş “yalançı cənnət” deməkdir.

“Necla” ərəbcə “şaşı, yəni çarpaz gözlü” deməkdir.

Son zamanların dəbdə olan adlarından “Aleyna” ərəbcə “Üstümüzə bəla və dərd yağdıran” deməkdir.

Quran-i Kərimdə adı keçdiyi üçün qızlarımıza "Kəzban" (Tükəzban) adı veririk, amma “Kəzban” ərəb dilində “yalançı” deməkdir.

Övladlarına "Saniye", "Rabia", "Selase" və ya "Vahidə" kimi mənalı və müqəddəs adlar qoyduqlarını düşünənlər, əslində onlara nömrə verdiklərini bilmirlər:

“Vahidə” deyəndə birinci, “Saniye” deyəndə ikinci, “Selase” deyəndə üçüncü, “Rabia” deyəndə dördüncü nəzərdə tutulur. Çünki bədəvi ərəb mədəniyyətində qız övladı ikinci dərəcəli sayıldığı üçün onlara ad qoymur, cadəcə nömrələyirdilər!

Bir çox ilahiyyatçı alimlər bu kimi adların müqəddəsliklə heç bir əlaqəsi yoxdur deyirlər.

Önəmli qeyd:

Bu qısa qeydlərimin məqsədi kiməsə yol göstərmək, məsləhət vermək deyil. Korrekt bir şəkildə diqqətinizi ad qoyanda mənalarını incələməyə çəkmək istədim. Bu qədər. Əsla və əsla kiminsə inancını sorğulamaq kimi bir qəflətə qapılmadım. Burada misal kimi çəkdiyim adlar tanınmış ilahiyyatçı alimlər professor Süleyman Ateşin “Rümeysa adı zərərlidirmi?” və dosent Hayrettin Öztürkün “Uşaqlarınıza bu adları qoymayın” məqaləsindən bəhrələnmişəm.

Bütün balalarımız mutlu və bəxtəvər olub adları ilə böyüsünlər!


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:186
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 06 Avqust 2025 11:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see526

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see304

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see295

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see294

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see286

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see269

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see267

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see264

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see251

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see248

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see238

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see234

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see233

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see233

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see231

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see230

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see226

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see219

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see218

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri